Məzmuna keç

Nəsil

Rəşid Nurməmmədov (müzakirə | töhfələr) (A) tərəfindən edilmiş 04:33, 31 iyul 2022 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Acıma – bu, hər bir fərddə eqoizm hissini öldürərək, bütün nəslin qarşılıqlı saxlanmasına imkan yaradan təbii bir hissdir. Jan Jak Russo
  • Azərbaycan qadınları tariximizin hər bir dövründə cəmiyyətin mənəvi dayağı olmuşlar. Xalqımızın əsrlər boyu təşəkkül tapmış zəngin milli mədəni sərvətlərinin hifz edilməsində və ali bəşəri keyfiyyətlərin nəsildən-nəslə ötürülməsində onların misilsiz xidmətləri vardır. Heydər Əliyev
  • Azərbaycan müəlliminin bir amalı olmalıdır. Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firavan, qüdrətli bir ölkəyə çevirməyə qadir, müstəqillik ideyalarına sadiq, özünü vətənin azadlığı naminə fəda etməyə hər an hazır olan, yeni təfəkkür tərzini qavrayaraq müasir tələblərə cavab verən sağlam əqidəli, milli ruhlu nəsil yetişdirmək. Heydər Əliyev
  • Cəsarətli insanın uğuru bütöv bir nəsli cəsarət göstərməyə oyadır. Onore de Balzak
  • Cismini ruhunun tabutu etmə. Şərab içib nəsil əkmək kimi müqəddəs işə başlama. Pifaqor
  • Evlənməyin səbəbi iki şey olmalıdır: malın mühafizəsi, nəslin davamı. Burada şəhvətin söndürülməsi, ya başqa məqsədin güdülməsi doğru olmaz. Nəsirəddin Tusi
  • Ey yüksələn yeni nəsil, gələcək sizindir. Respublikanızı biz qurduq, Onu yüksəldəcək və davam etdirəcək sizlərsiniz. Mustafa Kamal Atatürk
  • Əfsanəsiz xalq, əsatirsiz ölkə yoxdur: köçərilərdə onlar şifahi nağıl və hekayətlər şəklində nəsildən-nəslə ötürülür; yarımmədənilər üçün bu əfsanə və əsatirlər onların inamının əsası, onların yazılarının, ədəbiyyat və tarixlərinin əsas məzmunudur; mədəni xalqlarüçün isə onlar təxəyyülü qidalandırmaq üçün ən gözəl qida, mənəvi sərvətdir. Mirzə Kazım bəy
  • Əgər allahlar insanların yalvarışlarına qulaq assaydılar, insan nəslinin kökü çoxdan kəsilmiş olardı. Epikür
  • Əli, oğlu Həsənə buyurmuşdur:

Əziz oğlum, məndən dörd şey öyrən, işlədiyin zaman sənə zərər verməyəcək dörd şeyi də ağlında tut: Zənginliyin ən üstünü ağıldır; yoxsulluğun ən böyüyü axmaqlıqdır. Qorxulu şeylərin ən qorxulusu özünü bəyənməkdir; nəslin-kökün ən ucası gözəl xasiyyətdir. Əziz oğlum, axmaqla dost olmaqdan çəkin; o sənə fayda vermək istərkən zərər yetirər. Xəsislə dost olmaqdan çəkin; ona ən çox möhtac olduğun zaman köməyinə gəlməz. Pislik edənlə dost olmaqdan çəkin; o səni çox ucuz bir şeyə satar. Yalançı ilə dost olmaqdan çəkin; çünki o, ilğıma bənzər; sənə uzağı yaxın göstərər, yaxını isə səndən uzaqlaşdırar. Əli

  • Dahiliyin və fəzilətin oxşarlığı ona əsaslanır ki, sağlığında kiməsə abidə qoymaq, deməli nəslinin onu unutmayacağına ümidin olmamasını elan etmək deməkdir. Artur Şopenhauer
  • Daxma qoxusu yeddi nəsil dağılmaz. Fin atalar sözləri
  • Dil keçmiş nəsillərin düşüncəsinə biçilmiş libasdır. O, indiki nəslə dar da gələ bilər, gen də. Əbu Turxan
  • Gələcəkdə nəslindən utanmamaq üçün gecələrin qaranlığında, səhərlərin aydınlığında duaya qalx. Şeyx Ədabali
  • Gənclik yeni nəsil deməkdir. Kökünə bağlı, əcdadının yolu ilə gedən, milli, mənəvi dəyərlərinə sadiq, əyilməz, alnıaçıq, həm də tükənməz gücdür. Füyuzat jurnalı
  • İndi bizim təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Amma bununla yanaşı, ən böyük məqsəd Azərbaycan vətəndaşı hazırlamaqdır, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü hazırlamaqdır. Heydər Əliyev
  • İnsanı dörd üsulla yoxlamaq olar: nəslinə, davranışına, gördüyü işin keyfiyyətinə və əməllərinə görə.Qızılı da bu cür yoxlayırlar: cızmaqla, sındırmaqla, qızdırmaqla və zərbə endirməklə. Çanakya
  • İnsanın böyüklüyü nəsil-nəcabəti ilə deyil, bilik və mədəniyyəti ilə ölçülür. Fars atalar sözləri
  • İnsanın şərafəti öz qabiliyyətinə görədir, nəslinə görə deyildir. Ağıllı övladın nəslə ehtiyacı yoxdur, naxələf övlad isə nəslin adını batırır. Abbasqulu ağa Bakıxanov
  • İnsanpərvəlik insan cəmiyyətini, insan nəslini həyatını qoruyub saxlamaq üçün zəruridir. Pol Anri Holbax
  • Kişinin elm və bacarığı, qadının nəsil-nəcabəti əhəmiyyətlidir. Corc Herbert
  • Kitab bir nəslin digər nəslə mənəvi vəsiyyətidir. Gertsen
  • Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir. Frensis Bekon
  • Qarşılıqlı sevgiyə əsaslanan ər-arvad ittifaqı tama çevrilmiş birliyi əmələ gətirir; əgər bu, cehiz və ya nəslin davamı üçün bağlanırsa, onda əlaqələnmiş hissələrdən ibarətdir; əgər ki, yalnız ona görə ki, bir yerdə yatsınlar, onda uyğunlaşmış hissələrdən ibarətdirlər və belə kəbini birgə həyat yox, bir damın altında, yaşamaq hesab etmək daha doğrudur. Plutarx
  • Məktəb gənc nəslin düşüncəsinin formalaşdığı bir emalatxanadır. Əgər gələcəyi əldən buraxmaq istəmirsənizsə, onu əlinizdə möhkəm tutmalısınız. Dmitri Mendeleyev
  • Məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam... Hesab edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu, mənim prinsipial mövqeyimdir... Heydər Əliyev
  • Mövhumat - bəşər nəslinin ən dəhşətli düşmənidir. Volter
  • Müdrik adam biliyinə görə tanınar, nəslinə görə yox. Assuri atalar sözləri
  • Müsbət elmlərin təməllərinə söykənən, gözəl sənətləri sevən, fikir tərbiyəsində olduğu qədər bədən tərbiyəsində də qabiliyyəti artmış və yüksəlmiş olan fəzilətli, qüdrətli bir nəsil yetişdirmək ana siyasətimizin açıq diləyidir. Mustafa Kamal Atatürk
  • Nəsil artırma və ona aid olan xüsusiyyətlər o qədər ürəkbulandırıcıdır ki, üz gözəlliyi, iştirakçıların bəzənib-düzənməsi və qarşısı alınmış instinktlər olmasaydı təbiət insan adlanan bu növün bütövlükdə məhv edərdi. Leonardo da Vinçi
  • Nəsil, şöhrətin fanatik pərəstişkarlarının indiki nəsli qurban verdikləri xəyali bütdür. Pyer Büast
  • Ola bilsin ki, gələcək nəsil adi ətdən və qandan ibarət insanın bu torpaqda gəzdiyinə çətin ki, inansın. Mahatma Qandi
  • Öz xalqının tarixini, qonşu ölkələrin tarixini bilmək hər kəs üçün, lakin böyüməkdə olan gənc nəsil üçün daha vacibdir. Onlar qəhrəmanlıq səhifələri vətənpərvərlik və Vətənlə bağlı hər şeyə məhəbbət hissləri tərbiyə edən Azərbaycan tarixi ilə bağlı dərin bilgilərə sahib olmalıdırlar.[1] Ziya Bünyadov
  • Rus xalqı güclü xarakterə malikdir. Əgər kimisə onu sözlə mükafatlandırsa, o, sözü nəslinə aid edib xidmətinə, istefasına, Peterburqa və dünyanın o başına qədər aparacaq. Nikolay Qoqol
  • Şöhrət axtaran adam hökmdara , var-dövlət axtaran varlıya, bilik axtaran məşhur alimə xidmət etməlidir, nəsil istəyən həyat yoldaşının uyğun dövrünü gözləməlidir. Çanakya
  • Tarix keçmişlərin təcrübə və müdrikliyini gənc nəslə çatdırır. Siciliyalı Diodor
  • Tibb üçün sizin kimi donorlar yetişdirmək başqa bir şeydir. Bəs cəmiyyətdə ən yaxşı yerləri tutacaq süni uşaqlardan ibarət olan nəsil? Bütün rəqiblərindən üstün olan uşaqlar? Yox, belə olmaz. Bu insanları qorxuzdu. Onlar dəhşət içində uzaqlaşdılar. Kazuo İşiquro
  • Vaxtında kitabları qarışdırdım. Filosofların həyat haqqında dediklərini başa düşmək istədim. Bəziləri hər şeyi qara kimi görürdülər. "Biz heç kim deyilik və sıfıra çatmayacağıq, dünyada müvəqqəti həyat zamanı sevinc və xoşbəxtlik üçün yer yoxdur" dedilər. Digər kitabları oxumuşam, ağıllı adamlar bunları yazıblar. Deyirdilər: "Sona sıfır gəldiyindən, nə olursa olsun, heç olmasa yaşadığımız müddətcə şən və nəşəli olaq." Mən öz xarakterim baxımından həyatın ikinci mənzərəsini bəyənirəm, ancaq aşağıdakı həddlərdə: Bütün insanlığın öz şəxsiyyətində olduğunu görən kişilər kasıbdırlar. Aydındır ki, həmin insan bir şəxsiyyət olaraq yox olacaqdır. Yaşadıqları kimi məmnun və xoşbəxt olmalı olan şey özü üçün deyil, özündən sonra gələnlər üçün çalışmaqdır. Fərasətli bir adam yalnız bu şəkildə hərəkət edə bilər. Həyatda tam zövq və xoşbəxtlik yalnız gələcək nəsillərin şərəfinə, varlığına, xoşbəxtliyinə xidmət edə bilər.[2] Mustafa Kamal Atatürk
  • Yaxşı kitab müəllifin bəşər nəslinə hədiyyəsidir. Çingiz Aytmatov
  • Yaşlı nəsil gənclikdən narazılıq söyləyəndə onları kimin yetişdirdiyini unudur. Əbu Turxan
  • Yaşlı nəsil hər şeyə inanır, orta yaşlılar hər şeyə şübhə ilə yanaşır, gənc nəsil isə hər şeyi bilir. Oskar Uayld
  • Yeni nəsil, ən böyük respublikaçılıq dərsini bu günki müəllimlər birliyindən və onların yetişdirəcəkləri müəllimlərdən alacaq. Mustafa Kamal Atatürk

İstinadlar

[redaktə]
  1. [1] YADDAŞ ÖLÜMDƏN GÜCLÜDÜR...
  2. Romanya Dışişleri Bakanı Antonescu İle Konuşma. Atatürk 20 mart 1937-ci ildə Ankara Palasda, Rumıniyanın xarici işlər naziri Viktor Antoneskuya bunları dedi.