Monako
Monako | |||||
---|---|---|---|---|---|
fr. Principauté de Monaco | |||||
| |||||
Easy going Monaco, Deo Juvante | |||||
Himn: Hymne monégasque |
|||||
Rəsmi dilləri | |||||
Paytaxt | Monako-Vill | ||||
İdarəetmə forması | Dualistik, konstitusiyalı monarxiya | ||||
Knyaz | II Albert (IV.2005~) | ||||
Dövlət naziri | Mişel ROJE (III.2010~) | ||||
Sahəsi | Dünyada 194-cü | ||||
• Ümumi | 2.02 km² km² | ||||
Əhalisi | |||||
• Əhali | 38,300 nəfər (190-cı) | ||||
• Siyahıyaalma (2016) | 37,308 nəf. | ||||
• Sıxlıq | 18,713 nəf./km² (1-ci) | ||||
• Ümumi | 8.596.156.574 $[2] | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | ▲ $7.672 milyard (2015 təx.) dollar (168-ci) | ||||
• Adambaşına | ▲ $115,700 dollar (3-cü) | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2019) | ▲ $7.424 milyard dollar (159-cu) | ||||
• Adambaşına | ▲ $190,513 dollar | ||||
Valyuta | avro | ||||
İnternet domeni | .mc | ||||
ISO kodu | MC | ||||
BOK kodu | MON | ||||
Telefon kodu | +377 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][3] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Monako (fr. Monaco) və ya rəsmi adı ilə Monako knyazlığı[4] (fr. Principauté de Monaco) — Aralıq dənizində, Qərbi Avropada, İtaliyanın Liquriya bölgəsindən bir neçə kilometr qərbdə, Fransız Rivierasında yerləşənə suveren şəhər-dövlət və mikrodövlət. Şimaldan, şərqdən və qərbdən Fransa ilə həmsərhəddir. Knyazlığın 38.682 sakini[5] var və onlardan 9.486-sı Moneqask vətəndaşıdır;[6] Bura dünyanın ən bahalı və zəngin yerlərindən biri kimi tanınır.[7][8] Knyazlığın rəsmi dili fransız dilidir.
Monako adı Münhen şəhərinin italyanca deyilmə şəklidir. Paytaxtı Monako-Vill, ən böyük rayonu Monte-Karlo, ümumi sahəsi 2.02 kvadrat kilometrdir. Monako dünyada ən kiçik fransızdilli ərazi sayılır.
1911-ci il konstitusiyasına görə
- Monte-Karlo — Monakonun şərq və şimal-şərqini əhatə edir, kurort və kazino ərazisi kimi məşhurdur.
- Monte-Karlonun 20 hotelində dünyanın müxtəlif dillərində danışan qonaqlara rast gəlmək mümkündür. Monako Knyazlığı öz qonaqlarını 7 əsrlik zəngin qəhrəmanlıq hadisələri ilə dolu Qrimaldi ailəsinin tarixi ilə tanış edir. Köhnə şəhər üzərində ucalan knyaz sarayı öz memarlığı və hər gün düz günorta baş verən gözətçi dəyişikliyi ilə məşhudur. Sarayın ətraflarında isə digər görməli yerlər var; qeyri-adi akvariuma malik Okeanoqraf muzeyi, həmişə yaşıl Ekzotik bitkilər bağı, Monte-Karlo kazinosu, Dəniz muzeyi, kino muzeyi, Monako knyazının köhnə avtomobillər kolleksiyası ekspozisiyası və s.
- Monte-Karlo incəsənətlə yaşayır. Burada hər il müxtəlif sərgilər, solo və filarmonik konsertlər keçirilir, dünyanın müxtəlif yerlərindən gəlmiş məşhur opera müğənniləri və balet truppaları çıxış edirlər.
- Monte-Karlonun Knyaz sarayı çoxəsrlik adət-ənənənin mühafizəkarıdır. Saray 1215-ci ildə Genuya qalasının yerində tikilmişdir. Sarayın qabaq hissəsini tutan, XVI (16-cı) əsr Genuya rəssamlarının əsərlərindən ibarət italyan qalereyası, Lüdovik XV (15-ci) qonaq otağı öz gözəlliyi ilə seçilir. Qışda qara, yayda ağ parad formasına malik karabiner gözətçilərinin növbə dəyişməsi hər gün saat 11:55-də təntənəli surətdə həyata keçirilir.
- Monte-Karloda idman: Monte-Karlo burada keçirilən idman hadisələri ilə də tanınmışdır: məşhur Formula 1 Qran-Pri yarışları, tennis üzrə bütün dünyada məşhur "Open" turniri, at yarışları, yaxta yarışları, müxtəlif yarışlar və çempionatlar. Aktiv istirahət həvəskarları su xizəyi və motosikl, yelkən qayıqları və vindserfinq ilə də məşğul ola bilərlər. Məşhur Kantri-Klubun tennis kortları və dəniz səviyyəsindən 1.890 m hündürlükdə yerləşən qolf meydançası ilin fəslindən asılı olmayaraq hamı üçün açıqdır.
Maraqlı faktlar
[redaktə | mənbəni redaktə et]• Monako dünyanın ən sıx ölkəsidir. Hər 1 km2 15 500 nəfər düşür.
- 2010-cu ilin sentyabrında Monte Karlodan yola düşən günəş enerjisi ilə çalışan ilk gəmi yer üzünü 587 günə dövr edib. 28 ölkə, 3 okean, 11 dəniz qət edən bu gəmi dünyada günəş enerjisi ilə çalışan ən böyük gəmidir. Gəminin adı MS Turanor PlanetSolar-dır.
- Monte Karlonun orkestrinin üzvlərinin sayı ordusundakı əsgərlərin sayından çoxdur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ art. 8 // La Constitution de la Principauté.
- ↑ https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD. Dünya Bankı.
- ↑ http://chartsbin.com/view/edr.
- ↑ Монако кнјазлығы // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 41.
- ↑ "Population, total". World Bank. 20 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 September 2019.
- ↑ "Demography / Population and employment / IMSEE - Monaco IMSEE". www.monacostatistics.mc. 30 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 September 2020.
- ↑ "The 1.25-mile waterfront stretch in Monaco that used to be the world's most expensive street looks no different from the rest of the city". Business Insider. 12 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 July 2022.
- ↑ "Monaco Is The Most Expensive Place To Buy Property In The World". 29 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 July 2022.
Sitat səhvi: " lower-alpha " adlı qrup üçün <ref>
teqləri mövcuddur, lakin müvafiq <references group="lower-alpha"/>
teq tapılmadı