Vikipediya:İnzibatçı hüquqlarının geri alınması

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qısa keçid yönləndirmə


  • Səsvermə müddəti: 25 may 2022 — 9 iyun 2022
  • Qüvvədədir:

İnzibatçı hüquqlarının geri alınması bir neçə şəkildə həyata keçirilən əməliyyatdır. Etdikləri müraciət əsasında Azərbaycanca Vikipediya cəmiyyəti tərəfindən inzibatçı olmağa layiq görülmüş şəxslərin bu statusu ya öz istəyi əsasında (istefa), ya Vikipediyanın kukla siyasətinin pozulması səbəbiylə, ya MetaViki-də keçərli olan qlobal qaydaların ödənilməməsi səbəbiylə, ya inzibatçı hüquqlarının aktiv istifadə olunmaması, ya da üzrsüz səbəbdən uzun müddətli aktiv fəaliyyət göstərməmə səbəbi ilə alına bilər. Bütün bu hallar səsvermə hüququ olan istənilən istifadəçinin hərəkətə keçməsinə, ya özü, ya da bürokratlar tərəfindən inzibatçıların təftişinə səbəb ola bilər. Əgər statusun geri alınması lazımdırsa və statusu alınacaq inzibatçı eyni zamanda bürokratdırsa, istifadəçinin inzibatçı hüququ ilə bərabər bürokrat hüququ da alınmalıdır. Kukla istifadəsi səbəbi ilə statusu geri alınmış inzibatçılar 1 il (365 gün), digər səbəblərdən statusu geri alınmış inzibatçılar isə 6 ay (180 gün) sonra namizədlik qaydalarını ödədiyi təqdirdə yenidən inzibatçı namizədi ola bilər.

Bütün inzibatçılar digər bütün vikipediya istifadəçiləri kimi etdikləri hər bir redaktə üçün məsuliyyət daşımaqdadır. Həmçinin bütün inzibatçılar səsvermə hüququ olan bütün istifadəçilər tərəfindən təftiş oluna bilər.

Hüquqların geri alınma yolları

[mənbəni redaktə et]

İnzibatçılar hər hansı bir səbəbdən inzibatçılıq statusundan imtina edə bilər. Bunun üçün inzibatçının özü tərəfindən MetaViki-dəki müvafiq səhifəyə müraciət edilməsi lazımdır. İstefa verən inzibatçıların VikiCəmiyyəti məlumatlandırma kimi öhdəliyi yoxdur.

Kukla istifadəsi

[mənbəni redaktə et]

Hərhansı bir inzibatçının təftişçilər tərəfindən təsdiq olunmuş Vikipediyanın kukla siyasətini pozduğu aşkarlanar və təsdiqlənərsə, inzibatçının hüquqları dərhal geri alınmalıdır.

Qeyri-aktivlik

[mənbəni redaktə et]
  • Tam fəaliyyətsizlikMetaViki-də mövcud olan qlobal qaydalara əsasən 2 il ərzində heç bir redaktə etməyən və hüquqlarını istifadə etməyən inzibatçıların hüquqları stüardlar tərəfindən geri alına bilər.
  • Nisbi fəaliyyətsizlik — Əgər hərhansı bir inzibatçı son 6 ay ərzində Azərbaycanca Vikipediyada ən az 1000 redaktə və 300 inzibatçı hüququ istifadəsi icra etməyibsə, bu hal araşdırılmalıdır. Üzrlü səbəb olmadığı təqdirdə inzibatçının hüquqları geri alınmalıdır. Təsdiqini tapmış cərrahi əməliyyat (məsələn: Avtomobil qəzası sonrası icra olunan cərrahi əməliyyatlar), ağır xəstəlik (məsələn: Xərçəng xəstəliyi) kimi hallarda inzibatçıya daha 6 ay vaxt verilir. Əgər inzibatçı 6 ayın tamamında son 1 il ərzində ən az 2000 redaktə və 600 inzibatçı hüququ istifadəsi icra etməyibsə, onun inzibatçı hüququ geri alınmalıdır.

Əgər hərhansı bir inzibatçı ölsə, hər hansı yolla bu məlumat əldə edilsə, bu hadisə araşdırılmalıdır. Fakt öz təsdiqini tapdıqdan sonra inzibatçının hüquqları geri alınmalıdır.

Həmçinin bax

[mənbəni redaktə et]