Turqun Almas
Turqun Almas | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Qaşqar |
Vəfat tarixi | (76 yaşında) |
Vəfat yeri | Qaşqar, Çin |
Fəaliyyəti | Şair, dramaturq |
Əsərlərinin dili | Uyğur |
Janrlar | Şeir, poema, pyes |
Turqun Almas(30 oktyabr 1924, Qaşqar şəhəri — 11 sentyabr 2001) — Uyğur şairi, dramaturqu.
Həyatı
[redaktə | mənbəni redaktə et]Turqun Almas 30 oktyabr 1924-cü ildə Qaşqar şəhərində doğulmuşdu. İlk təhsilini doğulduğu şəhərdə alan şair sonra Qulca şəhərinə gedərək orada oxuyur. Urumçi şəhərindəki Darülmuəllimini bitirən Almas Qaraşəhərə müəllim işləməyə göndərilir. 1947-ci ilin mayında Turqun Almas və dostları Kaşqarda mitinq təşkil edirlər. Mitinqin təşkilatçılarını həbs edirlər. 1948-ci ilin aprelin 8-də xalqın təzyiqi altında Turqun Almas və yoldaşlarını həbsdən buraxmaq məcburiyyətində qalırlar. Həbsdən çıxan şair həmin il Qulca şəhərinə gedərək orada "Alma" qəzetində işə girir. Sora da isə Urumçi şəhərindəki "Tarım" jurnalında əmək fəaliyyətini davam etdirir.[1]
1990-cı ildə Aktu rayonunun Barın kəndində baş verən silahlı toqquşmalardan sonra senzor nəzarəti artır və yazıçı, şair, jurnalistlər və sənət adamlarına qarşı təqiblər başlayır. 1991-ci ilin fevralından sonra tanınmış uyğur alimi, yazıçı Turqun Almasın "Uyğurlar", "Hun tarixi", "Əski uyğur ədəbiyyatı" kitabları tənqid hədəfinə çevrilir, oradakı faktların təftişinə başlanılır. Turqun Almas və diğər nüfuzlu uyğur ədibləri "pantürkist", "Uyğur şovinisti", "separatçı" deyə suçlanır, təqib və tənqidlərə məruz qalırlar. Beləliklə, Uyğur ədəbiyyatının inkişafı ləngidilir, təkrar durğunluq dövrünə dönülür.
Turqun Almas "Pıçaq" dramını yazmış, "Tarım şamalları" (Tarım yelləri), "Tan səhər" (Dan səhəri) kimi şeir kitablarını və "Hun tarihi", "Uyğurlar" adlı tarix kitablarını çap etdirmişdir.[2].
Turqun Almasın "Uyğurlar" əsərini Həmit Həmrayev rus dilinə çevirmişdi.[3] Bu kitab uyğurlar haqqında yazılan kitabların birincisidir. Uyğur dilində 1989-cu ildə çıxıb.
Turqun Almas vətənpərvər kimi tarixşünaslıqda da özünü göstərirdi. Ulu babaları qüdrətli türk dövlətləri qurmuş uyğurlara qədim Uyğur dövlətlərini tanıdır və bunlarla qürur duymaları təbliğ edirdi.
XX əsrin uyğur ədəbiyyatının ən qarışıq və ən zəngin dövrü adlandırmaq olar. Divan ədəbiyyatını davam etdirənlərlə heca vəznində xalq şeiri yazanlar ədəbiyyatı ənənəvi qaydada davam etdirib yaşadırdılar. Ədəbiyyata yeni gəlmiş bir qrup isə Avropa ədəbiyyatının təsirilə nəsri, dramçılığı inkişaf etdirməyə çalışırdı. Poeziyada janr baxımından da dəyişikliklər baş verirdi. Avropanın təsirilə sərbəst şeir yazanlar meydana atılsalar da, klassik Çin, yapon şeir qəliblərindən yararlananlar da vardı. Turğun Almas novator, yenilikçi ədib idi.