Tsoy divarı
Tsoy divarındakı yazılar, 2013 | |
Ölkə | Rusiya |
Şəhər | Moskva |
Yerləşməsi | Arbat küçəsi ilə Krivoarbatskiy zolağının kəsişməsindəki ev №37-də |
Əsas tarixlər: İlk dəfə adı çəkilib: 1991 ("Пульс" jurnalında)
|
Tsoy divarı (rus. Стена Цоя, ing. Tsoi's Wall) — musiqiçi Viktor Tsoya və onun yaratdığı "Kino" qrupuna həsr olunmuş, Moskvada yazılar ilə bəzənmiş divar. Divar Arbat küçəsi ilə Krivoarbatski döngəsinin kəsişməsindəki 37 №-li evdə yerləşir və Moskvanın görməli yerlərindən biri hesab edilir.[1] Tsoy fanları üçün divarın yanındakı xüsusi külqabına qırıq siqareti yandıraraq qoymaq adət halını almışdır.[2]
Tsoy fanları tərəfindən tez-tez ziyarət edilən divar dostlar üçün bir-birlərinə göndərdikləri qeydləri gizlətmək və ya görüş təşkil etmək məkanına çevrilmişdir. Moskvadan əlavə bir neçə şəhərdə, o cümlədən Sankt-Peterburq, Xabarovsk,[3] Dnepr, Sevastopol[4] şəhərlərində də Tsoyun xatirəsini əbədiləşdirmək üçün belə divarlardan istifadə olunmuşdur.
Tarixi
[redaktə | mənbəni redaktə et]Divara yazılan ilk yazı 15 avqust 1990-cı ilə təsadüf edir və divarda qara rəng ilə "Viktor Tsoy bu gün öldü" (rus. Сегодня погиб Виктор Цой) yazılmışdır.[5] Ardınca isə başqa bir nəfər bu yazıya cavab olaraq yazmışdır: "Tsoy yaşayır!" (rus. Цой жив!). Daha sonra bir çox əlavə yazılar, o cümlədən "Kino" qrupunun "Пачка Сигарет" (azərb. Siqaret paçkası) və "Муравейник" (azərb. Qarışqa yuvası) adlı mahnılarından götürülmüş bəzi ifadələr divara həkk olunmuşdur. 2006-cı ildə divar "Art Destroy" layihəsinin üzvləri tərəfindən boyandı, lakin divar yazıları Tsoyun pərəstişkarları tərəfindən bərpa edildi. 2009-cu ildə Moskva hakimiyyəti divarın yenilənməsi ilə bağlı müəyyən planlarrın olduğunu bildirdi, lakin bu planlar skeptisizm ilə üz-üzə gəldi (şübhə ilə qarşılandı) və ləğv olundu.
Divarın yaxınlığında motosikletdə ayaqyalın oturan Tsoyun abidəsinin qurulması planlaşdırılırdı, lakin bu təklif yerli sakinlər və Tsoyun pərəstişkarları tərəfindən rədd edildi.[2]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Buşnell, Con. Consuming Russia: popular culture, sex, and society since Gorbachev. Duke University press. 2001. 409, 410. ISBN 0-8223-2313-3.
- ↑ 1 2 Стена Виктора Цоя на Арбате (rus. ). culttourism.ru. 2012-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2020.
- ↑ "Victor Tsoi Painted On An Abandoned Movie Theater In Khabarovsk". mysouth.su. 22 iyun 2011. 2015-06-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2020.
- ↑ "Wall in memory of Viktor Tsoi". Otrokov Alexander. 12 may 2011. 10 June 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2020.
- ↑ Daria Qonzales. "Street art with an intelligent face". Russia Beyond the Headlines. 22 mart 2012. 2012-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2020.