Tiberi Semproni Qrakx
Tiberi Semproni Qrakx | |
---|---|
Tiberius Sempronius Gracchus | |
Doğum tarixi | e.ə.162 |
Doğum yeri | |
Vəfat tarixi | e.ə.133 |
Vəfat yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Tiberi Semproni Qrakx (lat. Tiberius Sempronius Gracchus; e.ə.162 - e.ə.133) — məşhur Qədim Roma siyasi xadimi. Qədim Romada torpaq islahatların təşəbbüskarı olan iki qardaşdan biri. Qay Semproni Qrakxın böyük qardaşı.
Tiberinin tribunatı
[redaktə | mənbəni redaktə et]Tiberi Qrakxın ilk tribunatı böhranın kəskinləşməsi ilə səciyələndi. E.ə 133 ildə xalq tribunu seçilən Tiberi Qrakx, məqsədi, qismən erkən respublika dövrünün polis bərabərliyinin bərpası olan aqrar islahatı təklif etdi. Hər ager publicus sahibinə 500 yuqerdən(125 ha) artıq olmayaraq torpaq saxlamaq icazə verilirdi; bundan başqa o hər yetkin yaşlı oğluna görə daha 250 yuqer torpaq saxlaya bilərdi ki, hər ailəyə düşən ümumi torpaq payı 1000 yuqerdən artıq olmasın. Bu paydan artıq torpaq dövlətin sərəncamına qaytarılırdı. Onlardan hərəsi 30 yuqer olmaqla topaq sahələri yaradılmalı idi və yoxsullara paylanmalı idi. Keçmiş sahiblərə torpağın əvəzinə pul ödənilməli idi. Sahələri satmaq qadağan olunurdu. Aqrara islahatın keçirilməsi üçün üç nəfərdən ibarət kommisiya yaradılmalı idi. Qanun əhəmiyətli dərəcədə, hələ plebeylərin patrisilərlə mübarizəsi zamanına aid, Litsini-Seksti aqrar qanununu təkrarlayırdı və kiçik torpaq sahibkarlığının bərpasını nəzərdə tuturdu. Lakin Tiberi Qrakx islahatın nobilitet üçün az ağrılı olmasını təmin etmək üçün çalışırdı. Buna baxmayaraq iri torpaq sahibləri bu islahata qarşı çıxdılar. Onlar Qrağusun həmkarı tribun Mark Oktavini öz tərəfinə çəkə bildilər və o layihə üzərinə veto qoydu. Uzun mübarizədən sonra Tiberi komisiyalar qarşısında sual qoydu: "xalqın iradəsinə qarşı gedən tribunun öz vəzifəsində qalmaq hüququ varmı?"
Səsvermə nəticəsində Oktavi vəzifəsindən kənarlaşdırıldı. Bu, xalqı magistratlardan daha üstün vəziyətdə olmasına dəlalət edən, çox böyük mahiyətə malik bir addım idi. Oktavinin kənarlaşdırılmasından sonra qanun qəbul olundu. Aqrar komissiyaya Tiberinin özü və onun qohumları daxil oldu. Komissiya, sahələrin bölüşdürülməsi və iri posessorların müqaviməti ilə bağlı, bir sıra çətinliklərlə qarşılaşdı. Çox kəskin olaraq maliyə məsələsi qalxdı. Perqamın birləşdirilməsindən istifadə edən Qrakx, əldə olunan maliyənin islahatın keçirilməsi üçün istifadə olunmasına nail oldu. E.ə 133 ildə Qrakx ikinci dəfə öz namizədliyini irəli sürərkən, varlıların ciddi müqaviməti ilə qarşılaşdı. Seçkiqabağı yığıncaqların birində toqquşma baş verdi. Şaiyə yayıldı ki Tiberi çar hakimiyətini tələb edir. Onda senatorlar birbaşa senatın iclasından yığıncaq yerinə getdilər; əllərinə keçən skamyalarla senatorlar Qrağusun tərəfdarlarını döyməyə başladılar. Toqquşmada Qrakxın özü və onun 300 tərəfdarı öldürüldü.Öldürüldükdən sonra Tibr çayına atılır.
İtaliklərin tam Roma hüququ uğrunda mübarizəsi
[redaktə | mənbəni redaktə et]İslahatın təşəbüskarının öldürülməsindən sonra varlı posessorlar torpaq paylarının bölüşdürülməsinin qarşısını almaq üçün mübarizəyə başladılar. Onlara bu vəzifələrini yerinə yetirməyə, islahatdan, onların torpaq mülkiyətinə toxunduğuna görə, narazı qalan italik müttəfiqləri yardım etdilər. E.ə 125 ildə Qrakxın tərəfdarları italiklərlə münasibətləri yoluna qoymağa cəhd etdilər. Konsul Fulvi Flakk müttəfiqlərə Roma vətəndaşlığı verən qanun layihəsini təqdim etdi. İtaliklər Flavinin layihəsini dəstəklədilər, lakin Romada o keçmədi. Hazırkı durumda qanuna qarşı, öz hüquqlarını paylaşmaq istəməyən, xalq yığıncağı çıxdı. Romanın qərarına cavab olaraq, latın koloniyası Freqelladaki üsyan baş verdi, hansı ki tezliklə yatırıldı. O vaxtdan tam Roma hüququ italik müttəfiqlərin əsas tələbi oldu.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ https://www.larousse.fr/encyclopedie/personnage/Tiberius_Sempronius_Gracchus/122012.
- ↑ CERL Thesaurus (ing.). Consortium of European Research Libraries.
- ↑ Tiberius Sempronius Gracchus // Encyclopædia Britannica (ing.).
- История древнего мира. Упадок древних обществ. Главная редакция восточной литература. Москва 1989