24°52′12″ şm. e. 67°03′00″ ş. u.HGYO

Sind əyaləti

Vikipediya, azad ensiklopediya
(Sind səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Sind əyaləti
سنڌ
سندھ
Bayraq Gerb
Bayraq Gerb

24°52′12″ şm. e. 67°03′00″ ş. u.HGYO


Ölkə
İnzibati mərkəz Kəraçi
Tarixi və coğrafiyası
Yaradılıb 14 avqust 1947
Sahəsi
  • 140.914 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 55.245.497 nəf.
Rəqəmsal identifikatorlar
ISO kodu PK-SD
Rəsmi sayt
Sind əyaləti xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sind əyalətiPakistanın 4 böyük bölgəsindən biri. Mərkəzi Kəraçi şəhəridir.

border=none Əsas məqalə: Sind tarixi

Hazırda Pakistanın ərazisi olan Sind əyaləti Məhəmməd ümmətinin Hindistanda fəth etdiyi birinci əyaləti idi. Sind hakimi böyük şücaətlə müqavimət göstərib. Amma bir dəfə ona deyirlər ki, işğalçılar öz dualarını birağızdan oxuyur, onlar dua edəndə adama elə gəlir, ibadət edən bircə nəfərdi. Hakimin canını qorxu alır. O başa düşür ki, dünyada təzə bir güc peyda olub, bu, müsəlmanların fəxr etdiyi həmin xalq birliyinin gücüdür. Belə qardaşlıq ideyası insanlara hakim kəsilir.

Hindistanda feodal dağınıqlığı 6 əsr (VI–XII əsrlər) davam etdi. VIII əsrin əvvəllərində ərəblər Hindistana hücum etdilər. Feodal dağınıqlığı, ara müharibələri, sürətlə hərəkət edən ərəb süvariləri Hindistanın işğalını asanlaşdırdı. VIII əsrin əvvəllərində ərəb sərkərdəsi Məhəmməd ibn Qasimin qoşunu Sind əyalətini, Hind çayının sahillərini tutdu. Ərəblər Qərbi Hindistanı işğal etdilər. Burada iki ərəb əmirliyi yarandı: Mənsurə (Sindin cənubunda) və Multan əmirlikləri.

Sind və Nadir şah

[redaktə | mənbəni redaktə et]

Hindistanda 57 gün qaldıqdan sonra 1 ramazan 1152 (2 dekabr 1739)-ci ildə bərabərində yüklü miqdarda sərvətlə Dehlidən ayrılan Nadir Avşar, Kabilə çatmıştı. Ancaq o, birdənbirə geri dönərək Sind hakimi Xudayar xan Abbasiyə qarşı hərəkətə keçmişdi.[2]

Nadir 6 gün Kabildə qaldıqdan sonra o tərəfin hakimiyyətini Nasir xana tapşırdı və göstəriş verdi ki, Hindistandan gətirilən xəzinəni Herata aparsınlar. Bir qədər qabaq Nadir Sind və Zəmindar hakimi Miyan Nurməhəmməd Xudayar xan Abbasiyə əmr göndərmişdiki, Kabilə gəlib onunla görüşsün. Öz qüdrətinə arxayın olan Xudayar xan fikirləşmişdi ki, Nadir uzun səfər yorğunluğu nəticəsində onu təqib edə bilməyəcək, odur ki, əmrə qulaq asmayıb Kabilə gəlmədi.[3]

Nadir şah özü isə Kabuldan Sind vilayətinə yollandı ki, bu vilayəti də itaət altına gətirsin. "Aləm Ara-ye Naderi"də bildirilir ki, Nadir şah hələ Hindistanda olarkən Məhəmməd şah, Sind hakimlərinin üzüdönüklüyü haqqında ona məlumat vermiş və onların yola gətirilməsini xahiş etmişdi. Mənbədə o da bildirilir ki, Nadir şah Hindistandan qoşunları ilə birbaşa Sində yollandı.[4]

"Tarix-e Cahanqoşa-ye Naderi"də, habelə digər mənbə və tədqiqat əsərlərində isə Nadir şahın Kabuldan Sində tərəf hərəkətə başladığı bildirilir. "Tarix-e Cahanqoşa-ye Naderi"də təsdiq olunur ki, Sind hakimi Xudayar xan Abbasi hətta Hindistanın fəth edilməsindən sonra belə Nadir şaha itaət etməyə meyl göstərmədi. Əksinə, ətrafına topladığı qoşunların sayını artırmaqla özünün müstəqil hakimliyini qoruyub saxlamaq istəyirdi. Onun bu iddialığı heç şübhəsiz ki, Nadir şahı qane etmirdi və Türküstana yürüş etməzdən əvvəl Sind hakimini də itaət altına gətirməyi qərarlaşdırdı. Qış mövsümünün olması Sind yürüşünü mürəkkəbləşdirsə də Nadir şah bu qərarından dönmədi. Mövcud olan məlumatlara görə, Nadir şah əvvəlcə bu məsələni sülh yolu ilə həll etməyə çalışdı və bu məqsədlə Sind hakimi Xudayar xanı Kabula dəvət etdi. Xudayar xan bununla razılaşıb öz itaətini bildirsəydi daha həmin vilayətə qoşun çəkməyə də ehtiyac qalmazdı. Amma Xudayar xan imtina etdi və Kabula gəlmədi. Çox güman ki, Xudayar xan qış dövründə dağlıq ərazilərə hərəkət etmək çətinliyinə görə, Nadir şahın Sində yürüş edəcəyinə inanmırdı. Lakin onun höcətliyi Nadir şahı məcbur etdi ki, Sində doğru hərəkətə başlasın.[5]

Nadir şah Sində doğru iki istiqamətdən hücuma başladı. Bir tərəfdən Fars bəylərbəyi Məhəmməd Tağı xana göstəriş verdi ki, tabeliyində olan Fars, Kerman və ətraf məntəqələrin qoşunları ilə Sind çayının mənsəbindən yuxarıya doğru hərəkətə başlasın. Piyada qüvvələri və artilleriya quru yolu ilə Sində doğru irəliləməli idi. Nadir şah özü isə dekabr ayının 8-də artilleriyası və bir neçə alayı ilə Bənkeş və Direcat yolu ilə Sində doğru irəlilədi. Bəzi tədqiqatçılar Sində doğru hərəkət edən Nadir şah qoşunlarının 50 min nəfər olduğunu göstərirlər.[6]

Onların ifadəsindən sonra aydın oldu ki, Nadir şah qoşunlarının hərəkətindən xəbər tutan kimi Sind hakimi Xudayar xan da ( "Aləm Ara-ye Naderi"də Kiya Nasir adlanır) vilayət paytaxtı olan Xudaabadı tərk edib dağlara üz tutdu. Ailəsini və yaxınlarını özü ilə aparan Xudayar xan Nadir şahın qəzəbinə tuş gəlməyəcəyinə əmin olmaq üçün Ömərkut qalasına sığınmağı qərara aldı.Bu qala Sinddən 40 mənzillik bir məsafədə yerləşirdi. Ora aparan yol üzərində su və ərzaq mənbələri, hətta yaşayış məntəqələri belə yox idi. Xudayar xanın əyanları və yaxınları da bu uzaq səfərə çıxmağın son dərəcə təhlükəli olduğunu bildirirdilər. Lakin Nadir şahın qəzəbi və qorxusu Xudayar xanı məcbur etdi ki, Sinddən qaçıb Ömərkut qalasına sığınsın. Xudayar xan ona əmin idi ki, özü çətin yolun ağırlığına dözsə də, Nadir şah qoşunu ilə belə bir marşrutla irəliləməyə cəsarət etməz.[7]

Nadir şah bu xəbəri eşidən kimi qarşıdakı yolun bütün çətinliyinə baxmayaraq hərəkət etməyi qərara aldı. Yolun çətinliyi üzündən o, bütün qoşunu özü ilə aparmağa ehtiyac görmədi. Qoşunun bir hissəsini, o cümlədən bütün yükləri oğlu Nəsrulla mirzəni nəzarəti altında Larkan adlanan məntəqədə saxladı və bir neçə alayla özü Xudayar xanın təqibinə başladı.Sind çayının və eləcə də qalın meşələrin keçilməsi üçün Nadir şah 7 gün vaxt itirməli oldu və yeddi günün tamamında Şəhdadpur adlanan məntəqəyə yetişdi. Burada qısa müddətli istirahətdən sonra Ömərkuta doğru hərəkət davam etdirildi. Nadir şaha məlum idi ki, Ömərkut yolu boyu yalnız hər 4–5 mənzildən sonra bir su quyusuna rast gəlmək olar ki, həmin quyunun suyu da Nadir şah qoşunlarının ehtiyacını ödəyə bilməz. Ona görə Nadir şah əmr etdi ki, hər bir döyüşçü özü ilə əlavə bir at götürsün və həmin atlara 3–4 tuluq su yüklənsin. Eyni zamanda Nadir şah qarşıdakı yolun sürətlə qət edilməsi üçün lazımi göstərişləri verdi. "Aləm Ara-ye Naderi"yə görə, son dayanacaqdan hərəkət edən Nadir yalnız 9 gündən sonra Ömərkt qalasına çata bildi.[8]

"Tarix-e Cahanqoşa-ye Naderi" və bir sıra tədqiqat əsərləri bildirirlər ki, Nadir şah Şəhdadpurdan 1740-cı il fevralın 26-da hərəkət etdi və bir gün sonra Ömərkut qalasına çatdı.[9] Hər halda o, məlumdur ki, Ömərkuta yetişmək üçün böyük əziyyətlərə qatlaşmalı oldu və Xudayar xan qəfil şəkildə bu qalada yaxalandı. Mövcud olan məlumata görə, Xudayar xan həmişəki adəti üzrə səhər yuxusundan qalxıb qaladan kənara baxanda Nadir şah qoşunlarının mühasirəsində olduğunu gördü.Xudayar xan yenə qaladan qaçmağa cəhd göstərsə də bu ona müyəssər olmadı və qılıncını boynundan asıb təslim olmaq üçün Nadir şahın hüzuruna yollandı. Nadir şah onu da, onun tayfasının əhalisini də bağışladı və Xudayar xanın malik olduğu zəngin xəzinəni ələ keçirdi. Nadir şah onun xanlığına toxunmadı və Xudaabada geri qayıtmağı tapşırdı. Özü isə bir müddətdən sonra Larkana, qoşununun bir hissəsi ilə Nəsrulla Mirzənin dayandığı məntəqəyə döndü. Onun Larkana dönüşü artıq 1740-cı ilin Novruz bayramı günlərinə təsadüf edirdi. Nadir şah qoşunu ilə Novruz bayramını məhz burada qeyd etdi.[10]

Kəlhorlar sülaləsi

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Kəlhorlar sülaləsi

Talpurlar sülaləsi

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Talpurlar sülaləsi

Talpur tayfası —bəlucların böyük qollarından biridir. Bəlucların şəhadətinə görə talpurlar Əmir Həmzənin (ona salamlar olsun) törəmələridir. O qədər məlumdur ki, Hindistan şahı Məhəmməd Əkbərin şahlığı zamanında, təqribən hicri 995 (1587-ci il miladi) -ci ildə ərəblərin ölkəsində yerləşən Hələb şəhərindən köçüb Bəlucistana gəldilər. Buranı özlərinə dolanışıq məskəni seçdilər.[11]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 ArchINFORM (alm.). 1994.
  2. Minorsky, ‘‘Nadir’’, s.25–26; Dowson, ‘‘ Hıstory of India’’, s.92.
  3. Məhəmməd Hüseyn Qüddusi, Nadir şah, Bakı, "Gənclik", 1998, səh.82.
  4. Mirzа Mehdi хаn Аstrаbаdi. Tаriхi-Nаdiri. Təbriz-1268 h.,
  5. Lockhart L., Nadir-Shah, L., 1938. c.191
  6. Tarix-e Cahanqoşa-ye Naderi … s. 436–436, 442; Moqtəder Q., … s.90; Larudi N., …s. 190
  7. Aləm Ara-ye Naderi, c.II, … s. 756–757
  8. Yenə orada, s.759
  9. Tarix-e Cahanqoşa-ye Naderi … s. 438; Локкарт Л., … C..194
  10. Larudi N….. s.191; Локкарт Л., … c.195
  11. Худадад-хан, Сущность истории Синда, Москва, Наука. 1989, стр. 43.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]