Səyahət agentliyi
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Səyahət agentliyi - turistlərə turizm haqqında məlumat verən, turları təşkil edən, öz turlarını və digər səyahət agentliklərinin təşkil etdiyi turları satan şirkətdir.[1] Fərdlər və qruplar üçün səyahətlər, səfərlər və ekskursiyaları planlaşdırır, təşkil edir və həyata keçirir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Müasir səyahət agentlikləri XIX əsrin ikinci yarısında ortaya çıxmışdır.1841-ci ildə Tomas Kuk Midland Railway şirkəti ilə müştərək olaraq agentliklər şəbəkəsi yaratdı. Onlar öz turlarından əlavə digər firmaların da xidmətlərini təklif edirdilər. Digər ilk Britaniya səyahət agentlikləri Dean & Dawson,[2],[3] the Polytechnic Touring Association, və the Co-operative Wholesale Society agentlikləri idi. ABŞ-də ən yaşlı səyahət agentliyi Brownell Travel şirkətidir. Bu şirkət 4 iyul 1887-ci ildə Devonia adlı gəmi ilə 10 nəfəri Nyu-Yorkdan Avropaya yola saldı.[4]
1920-ci illərdə ticari aviasiyanın inkişafı turizm agentliklərini də ön plana çəkdi.
Növləri
[redaktə | mənbəni redaktə et]Türkiyə
[redaktə | mənbəni redaktə et]Türkiyə Mədəniyyət və Turizm Nazirliyi səyahət agentliklərini 3 qrupa bölür :[1]
- A qrup - Bütün səyahət agentlikləri vəzifələrini yerinə yetirirlər.
- B qrup - Beynəlxalq quru, dəniz və hava nəqliyyat vasitələri A qrupunun təklif etdiyi turların biletlərini satırlar.
- C qrup - Yalnız Türkiyə vətəndaşları üçün ölkədaxili turlar təşkil edirlər.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 "Seyahat Acentası Nedir". Türkiyə Mədəniyyət və Turizm Nazirliyi. 2018-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyul 2016.
- ↑ "Great Central Railway hand bill advertising excursions to Hull". The Transport Archive. Record Office for Leicestershire, Leicester & Rutland. 1900. İstifadə tarixi: 16 March 2011.[ölü keçid]
- ↑ "A brief history of travel technology – from its evolution to looking at the future". 2017-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2016.
- ↑ "About Us". Brownell Travel. 2011. 20 May 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 March 2011.