Rodriqo de Bastidas
Rodriqo de Bastidas | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | təq. 1475[1] |
Doğum yeri | |
Vəfat tarixi | 28 iyul 1527[2] |
Vəfat yeri |
|
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Xidmət illəri | 1496-cı ildən |
Vikianbarda əlaqəli mediafayllar |
Rodriqo de Bastidas (isp. Rodrigo de Bastidas; təq. 1475[1], Sevilya – 28 iyul 1527[2], Santyaqo-de-Kuba[d], İspaniya imperiyası) — İspaniya konkistadoru və Cənubi Amerikanın şimal sahillərinin kəşfiyyatçısı, Santa-Marta şəhərinin banisi. Adelantado tituluna malik olmuşdur.
Ekspedisiyalar
[redaktə | mənbəni redaktə et]1501-ci ilin oktyabrında Bastidas "San Anton" və "Santa Maria de Gracia" adlı iki kirayələnmiş karaveldə Kadisdən yola düşmüşdür. Bu ekspedisiyada onu Vasko Nunyes de Balboa və Xuan de la Kosa müşayiət edirdi. Cənubi Amerika sahillərinə çatdıqdan sonra Bastidas Karib dənizi sahilinin təxminən 1000 km-ni tədqiq etmiş, Maqdalena çayının ağzını, həmçinin Daryen və Uraba körfəzlərini kəşf etmişdir. Ekspedisiya üzvləri ilk dəfə Syerra-Nevada-de-Santa-Marta regionunda qitənin daxili hissəsini tədqiq etmişdilər. O, Panama bərzəxinə ayaq basan ilk avropalı olduqdan sonra Santo-Dominqoya qayıtmağa məcbur olmuşdur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 https://www.biografiasyvidas.com/biografia/b/bastidas.htm.
- ↑ 1 2 Rodrigo Gutiérrez de Bastidas // Diccionario biográfico español (isp.). Real Academia de la Historia, 2011.