Rambler

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Rambler
Loqonun şəkli
URL rambler.ru
Tipi İnternetdə axtarış sistemləri, veb-portal, müəssisə
Müəllif (lər) Dmitri Kryukov
Açılma tarixi 1996
Alexa reytinqi
  • 278 (1 dekabr 2017)[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Rambler" (rus. Рамблер) — məşhur internet axtarış sistemlərindən biri; veb portal. Yaradıcısı Dmitri Kryukovdur.

Dmitri Kryukov arzusunda olduğu axtarış sistemini hazırlayarkən ilk növbədə layihəyə ad fikirləşir. Bunun üçün o, ingilis-rus lüğətini açır, onun diqqətini "Rambler" sözü cəlb edir. Sözün mənası – "sərsəri, səyyah, avara" Dmitrinin xoşuna gəlir. Həqiqətən də axtarış maşınının robotları gecə-gündüz informasiyanı yığaraq, dinclik bilmədən saytlar üzrə hərəkət edirlər.

Artıq 1996-cı ilin payızında axtarış sisteminin son variantı hazır idi.

1996-cı il, sentyabrın 26-da rambler.ru domeni qeydiyyata alındı, oktyabrın 8-də yaradıcının ad günündə "Rambler" rəsmən təqdim olundu. Başlanğıc mərhələdə 100 min sənəd indeks edilmişdi. "Rambler" xidməti rus dilində veb səhifələr axtarmaq imkanı yaradan mükəmməl internet resurs idi.

Dmitri Kryukov 1997-ci ilin oktyabrında "Planeta İnternet" jurnalına verdiyi müsahibəsində iş prosesindən danışaraq deyir:

"Mən heç kimə hər hansı bir layihənin oxşarın yaratmağı arzulamayacağam, əgər kimsə etmək istəsə, mən deyəcəyəm: etməzdən əvvəl, üç-dörd dəfə fikirləşin. Birincisi, həqiqətən iş çox zəhmətlidir. Mən səhər 10-dan gecə 2–3-ə qədər işləyirəm…"

Statistika sistemi və reytinq kataloqu

[redaktə | mənbəni redaktə et]

1997-ci ildə Dmitri "Rambler's Top 100" statistika sistemi və reytinq kataloqunu açır. Bu, Rusiya internet seqmentində ilk reytinq təyinedicisi idi. Sayğac veb səhifələrin davamiyyətini müəyyən etməyə, Runetdə resursun nisbi məşhurluğunu göstərməyə və reklam verənlər üçün mümkün trafiki qiymətləndirməyə imkan yaradırdı.

Axtarış sistemindən böyük veb portala çevrilməsi

[redaktə | mənbəni redaktə et]
"Rambler"in ofisi, 30 aprel 2010-cu il

Dmitri Kryukovun gərgin əməyinin nəticəsi olaraq 2000-ci ildən Rambler böyük veb-portala çevrilməyə başladı. AlmaniyaBolqarıstan üçün xarici layihələr buraxıldı. Alman layihəsi (www.rambler.de) axtarış və reytinq sisteminə malik idi və Almaniyanın rusdilli sakinləri üçün nəzərdə tutulmuşdu.

"Rambler-Bolqarıstan" (www.rambler.bg) layihəsi əksinə, bolqar dilində interfeys, məzmun və sayğacla və bolqar resurslarının indeksləşdirməsi ilə yerli mövzunu hədəfə almışdı.

2001-ci ilin yanvarında Rambler 2.0 yeni axtarış nüvəsinin beta-testi başlandı. Onun hazırlanması zamanı əvvəlki versiyanın əskikləri tam şəkildə nəzərə alınmışdı.

Elə həmin ildə Moskvanın ticarət müəssisələrinin və xidmət sahələrinin interaktiv xəritəsi (Atlastrade.nakarte.ru), qlobal statistika xidməti (RUmetrika (rumetrica.rambler.ru), Kasperski antivirusunun köməyi ilə faylların onlayn yoxlanması imkanı (Antivirus na Ramblere), ən böyük onlayn-mağazalar üzrə malların axtarışı (Rambler-Pokupki), internet-domenlər haqqında informasiyanın alınması, eləcə də ilkin qeydiyyat imkanı (Rambler-Domenı) internet istifadəçilərinin ixtiyarına verildi.

2003-cü ilin iyununda axtarış maşınının tam şəkildə yenilənməsinə başlandı. Axtarışın sürəti, indeksləşdirmənin tezliyi artdı, sistem xüsusi simvolları tanımağı öyrəndi. Fleş-obyektlərlə səhifələrin indeksləşdirməsi başlandı. Həmçinin "r0.ru" axtarışın sadələşdirilmiş versiyası buraxıldı.

2004-cü ildə interaktiv videohostinq Rambler Vision açıldı, "Rambler Rassılki" və "Rambler-obyavleniya" xidmətləri təqdim olundu, poçt və Top100 yeniləndi.

Rusiyada mobil telefonlar üçün ilk dəyərli portal Mobil Rambler xidməti təqdim olundu.

Rambler Vision və Mobil Rambler layihələri "İnternet innovasiyaları" nominasiyasında Rusiya interneti Milli mükafatını qazanıb. "Rambler" 2008-ci ilin başlanğıcında yeni strategiyanı elan etdi. Onun həyata keçməsi nəticəsində portal böyük miqdarda xəbərlər bloku və illüstrasiya ilə "qəzet yerləşdirməsi" stilində yeniləndi.

2013-cü ildə "Rambler-Kartı" xidmətləri və "Slovari" bağlandı. Əsas səhifənin funksionalı genişləndirildi. Tematik əsas səhifələr əlavə edildi. Hava xidməti yeniləndi.

Baxmayaraq ki, Rambler "köhnə" Runet axtarış sistemidir, o daim təkmilləşir. Axtarış maşınının yeni versiyaları axtarışın sürətini əhəmiyyətli dərəcədə artırmağa imkan verir. Ən yeni xəbərləri tapmağa imkan verən axtarış indeksi hər gün yenilənir. Bir sözlə, Rambler daim inkişaf edir və ən məşhur axtarış sistemlərindən biri olaraq qalmaqda davam edir.

"Rambler" 4 dəfə "Runet mükafatı"nı qazanıb.[2]

  1. Alexa Internet (ing.). 1996.
  2. По данным страницы Премия Рунета.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]