Qriqor Hammam
Qriqor Hammam Գրիգոր Համամ | |
---|---|
IV Xaçın knyazı | |
IX əsrin II yarısı – | |
Əvvəlki | Atrnerseh |
Sonrakı | Smbat — Aşağı Xaçın hakimi Vasak — Yuxarı Xaçın hakimi Saak Sevada — Girdiman hakimi |
893 – 897 | |
893 – 897 | |
Əvvəlki | titul yaradıldı |
Sonrakı | II Atrnerseh (oğlu) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | ? |
Vəfat tarixi | ? |
Fəaliyyəti | dilçi |
Uşaqları | Apuli, Smbat, Saak Sevada[1], II Atrnerseh[1], Vasak |
Ailəsi | Arranilər |
Dini | xristian |
Qriqor Hammam – IV Xaçın knyazı, Albaniya knyazı[2], alim, yazıçı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Atrnersehin oğlu idi. Nə vaxt doğulduğu haqda məlumat yoxdur.
Hakimiyyəti
[redaktə | mənbəni redaktə et]Arranın böyük bir hissəsini özünə tabe edən Qriqor, özündən əvvəlki Xaçın knyazlarından fərqli olaraq Kambisenanı da idarə etmişdi.[3] O, qısa müddətə olsa da,"ləğv edilmiş Alban dövlətini bərpa etmişdi." Moisey Kalankatlı onun haqqında yazır:
"Bundan sonra mömin knyaz Hammam tənəzzül etmiş Alban knyazlığını bərpa etdi, necə ki, Aşot Baqratuni bunu Ermənistanda etmişdi. Bu iki hadisə eyni vaxtda olmuşdu. Həmin Hammam bu həyatin faniliyi eşqinə öz qardaşının qanının tökülməsinin banisi idi və Allaha qarşı olan öz böyük günahlarını yumaq üçün kilsələr tikdirdi, bütün kasıb və ehtiyacı olanlar üçün böyük işlər gördü."
— Kalankatlı, III, XXII
Sacilərlə münasibətlər
[redaktə | mənbəni redaktə et]893-cü ildə Qriqor Hammam Sacilər sülaləsindən olan Azərbaycan əmiri Məhəmməd ibn Əbu Sac tərəfindən tutulmuş erməni katolikosu II Georqu böyük məbləğ qarşılığında azad edərək Ermənistana göndərmişdi.[4]
Yaradıcılığı
[redaktə | mənbəni redaktə et]Qriqor Hammam eyni zamanda "Suallar və Cavablar" (856–865) traktatının müəllifidir. Onun bir neçə dini-liturgiya xarakterli şeirləri də dövrümüzə çatmışdır. O, Frakiyalı Dionisiyanın qrammatikasının tərcüməsinin[5][6] və bir neçə başqa əsərin müəllifidir.[7] Qriqor Hammamın adının qeyd edildiyi iki kitabə dövrümüzə çatmışdır ki, onlardan da biri, Qeqarqunikdə 881-ci ilə aid kitabə (bu kitabədə o, özünü Qrqor Atrnersexyan adlandırır[8]), digəri isə Gavurqalada arxeoloji qazıntılar zamanı R. M. Vahidov tərəfindən aşkarlanmış kitabədir.[9] Həmçinin Qriqori Hammam tərəfindən yazılmış bir neçə akrostix şeir də məlumdur.
Ölümü və ailəsi
[redaktə | mənbəni redaktə et]Səhl ibn Sunbatın nəvəsi olan Qriqorun beş oğlu olmuşdu. Qriqor Hammamın ölümündən sonra 890-cı illərin ortalarından onun oğulları Baqratuni sülaləsinin idarə etdiyi Ani çarlığından vassal asılılığını qəbul etmişdilər.[3]
- Apuli — Qardaşı Smbat tərəfindən öldürülmüşdü.
- Smbat — Gəncəsər ətrafı əraziləri — əsas Xaçın torpaqlarını idarə etmişdir
- Vasak — Yuxarı Xaçın hakimi olmuşdu.
- II Atrnerseh — Şəki-Kambisena hakimi olmuşdu.[1] Ərəb müəllifi Əl-Məsudi yazır ki, "mənim kitabımı yazdığım dövrdə şəkililərin knyazı Adərnərsə ibn Hamam olmuşdur."[10].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 См. прим. 60 Arxivləşdirilib 2011-12-06 at the Wayback Machine
- ↑ Asogik, III, 110
- ↑ 1 2 Шнирельман В. А. Войны памяти: мифы, идентичность и политика в Закавказье / Под ред. Алаева Л. Б. — М.: Академкнига, 2003. — С. 198:
Затем его сыновья поделили эту территорию между собой, но все они уже не имели той самостоятельности и превратились в X в. в вассалов армянских Багратидов.
- ↑ Kalankatlı, III, XXII
- ↑ "Studia Patristica By International conference on patristic studies 14 Oxford, Frances Margaret Young, M. Edwards, P. Parvis, 100". 2020-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-31.
- ↑ "A. Vauchez, R. Barrie Dobson, A. Walford, M. Lapidge, Encyclopedia of the Middle Ages, pp. 108–109". 2020-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-31.
- ↑ American Oriental Society, Journal of the American Oriental Society, p. 256
- ↑ Мемориальные памятники средневековой Армении хачкары IX–XIII веков, стр., 13
- ↑ Z. M. Bünyadov – Azərbaycan VII–IX əsrlərdə, Bakı, 2007, səh. 208
- ↑ "КАРАУЛОВ Н. А. Сведения арабских писателей X и XI веков по Р. Хр. о Кавказе, Армении и Азербейджане, стр., 57". 2008-02-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-31.