Qayınana (film)
(Qayınana (film, 1978) səhifəsindən yönləndirilmişdir)
Qayınana | |
---|---|
Janr |
komediya musiqili |
Rejissor | Hüseyn Seyidzadə |
Əsərin müəllifi | Məcid Şamxalov |
Ssenari müəllifləri |
Əjdər İbrahimov Marqarita Maleyeva |
Baş rollarda |
Nəsibə Zeynalova — Cənnət İnarə Quliyeva — Afət; Zərifə İlham Namiq Kamal — İlqar Tanilə Əhmərova — Sevda Fuad Poladov — Ayaz Səfurə İbrahimova — Sədaqət Tələt Rəhmanov — Əli |
Operator | Fikrət Əsgərov |
Bəstəkar | Tofiq Quliyev |
Rəssam | Nadir Zeynalov |
İstehsalçı | Azərbaycanfilm |
İlk baxış tarixi | 10 sentyabr 1979 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 75 dəq. |
Ölkə | SSRİ |
Dil | azərbaycanca |
İl | 1978 |
Texniki məlumatlar |
8 hissə 2165 metr genişekranlı 35 mm |
Rəng | rəngli |
IMDb | ID1411769 |
Qayınana — Rejissor Hüseyn Seyidzadənin filmi.[1]
Məzmun
[redaktə | mənbəni redaktə et]Film mənəvi-məişət mövzusundadır. Buradakı hadisələr gənc bəstəkar Ayazın (Fuad Poladov) ailəsində baş verir. Ayazın anası Cənnətin(Nəsibə Zeynalova) iki gəlini ilə münasibəti filmin əsas süjet xəttini təşkil edir. Qayınana ilə gəlinlər arasında qarşılıqlı anlaşma, hörmət olmadığı üçün dedi-qoduların arası kəsilmir. Ailə konfliktləri getdikcə kəskinləşir. Əgər Ayazın dostu İlqar (İlham Namiq Kamal) onların köməyinə gəlməsəydi, kim bilir bu ailənin aqibəti necə olacaqdı… Adi həyat hadisələrindən, insanların gündəlik qayğılarından, ailə-məişət problemlərindən bəhs edən bu film həmçinin dövrümüzə yad olan köhnə adət-ənənələrin də zərərli tərəflərini ekranda açıb göstərir.
Film haqqında
[redaktə | mənbəni redaktə et]- Musiqili film Məcid Şamxalovun eyniadlı pyesinin motivləri əsasında çəkilmişdir.
- Filmin sınaq çəkilişlərində Ayaz roluna namizəd kimi müğənni Hüseynağa Hadıyev və aktyor Ceyhun Mirzəyev, İlqar roluna namizəd kimi isə Fuad Poladov iştirak etmişdi.[2]
- 2014-cü il martın 21-də təqdim olunan Özbəkistan müğənnisi Şahzadənin ifa etdiyi "Qaynona" mahnısının klipində "Qayınana" filmindən fraqment yer alıb[3].
- 18 yanvar 2017-ci ildə Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyi münasibətilə Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən ədəbi-bədii axşamda "Qayınana" bədii filmi ilk dəfə alman dilində subtitrlərlə nümayiş olunub.[4][5]
Festivallar və mükafatlar
[redaktə | mənbəni redaktə et]- 1)1979-cu ildə Aşqabadda XII Ümumittifaq kinofestivalı[6]
- Bəstəkar Tofiq Quliyevə filmin musiqisinə görə Priz verilmişdir.
- Aktrisa Nəsibə Zeynalovaya Diplom verilmişdir.
Səhv
[redaktə | mənbəni redaktə et]- Orfoqrafik: Titrlərdə filmin adı "Qaynana" yazılmışdır. Əslində "Qayınana" olmalıdır.[mənbə göstərin]
Filmin heyəti
[redaktə | mənbəni redaktə et]Film üzərində işləyənlər
[redaktə | mənbəni redaktə et]- Əsərin müəllifi: Məcid Şamxalov
- Ssenari müəllifi: Əjdər İbrahimov, Marqarita Maleyeva
- Quruluşçu rejissor: Hüseyn Seyidzadə
- Quruluşçu operator: Fikrət Əsgərov
- Quruluşçu rəssam: Nadir Zeynalov
- Bəstəkar: Tofiq Quliyev
- Səs operatoru: Marat İsgəndərov
- Rejissor: Ramiz Əliyev
- Operator: Amin Novruzov
- Montaj edən: Tahirə Babayeva
- Geyim rəssamı: Tatyana Əmirova
- Qrim rəssamı: V. Arapov
- Dekor rəssamı: Fikrət Ələkbərov
- Quraşdırılmış çəkilişlərin operatoru: Həmzə Əhmədoğlu
- Quraşdırılmış çəkilişlərin rəssamı: Gennadi Tişşenko
- Rejissor assistenti: Süleyman Əhmədov, Zəfər Murtuzov (Z. Murtuzov kimi)
- Rəssam assistenti: Y. Kirşner
- Operator assistenti: Nemət Rzayev, Yuri Varnovski
- Redaktor: Seyfəddin Dağlı, Ədhəm Qulubəyov
- Mahnıların mətni: Fikrət Qoca
- Musiqi redaktoru: Oqtay Zülfüqarov
- Mahnıları ifa edir: Flora Kərimova (Afət;Zərifə),Mirzə Babayev (Əli), Yalçın Rzazadə (İlqar), Akif İslamzadə (Ayaz)
- Baletmeyster: Rəfiqə Axundova, Maqsud Məmmədov
- Çalır: Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Orkestri
- Dirijor: Tofiq Əhmədov, Eduard Qazarov
- Filmin direktoru: Gennadi Lapşuk
- İstifadə edilən mahnılar: "Sunny" (Boney M qrupu), "Good Golly Miss Molly" ("Creedence Clearwater Revival" qrupu) (titrlərdə yoxdur)
Rollarda
[redaktə | mənbəni redaktə et]- Nəsibə Zeynalova — Cənnət
- İnarə Quliyeva — Afət; Zərifə
- İlham Namiq Kamal — İlqar
- Tanilə Əhmərova — Sevda
- Fuad Poladov — Ayaz
- Səfurə İbrahimova — Sədaqət
- Tələt Rəhmanov — Əli
- Kamil Məhərrəmov — alverçi
- Məmməd Sadıqov — Məşədi Kazım (şəkil)
- Sadıq Həsənzadə — dişi ağrayan
- Gümrah Rəhimov — yanğın söndürən
- N. Əliyev
- K. Dadaşov
- R. Həsənov
- Mayak Kərimov — İlqarın dostu
- Sədayə Mustafayeva — Minayə
- V. Quliyev
- Dadaş Kazımov — satıcı
- Sadıq Hüseynov — dişi ağrıyan
- Elxan Ağahüseynoğlu — dişi ağrıyan
- Sədaqət Zülfüqarova — dişi ağrıyan
- Hökümə Qasımova — dişi ağrıyan
- Ramiz Əzizbəyli — dişi ağrıyan
- Tofiq Əhmədov — dirijor
- Azad Dadaşov — satıcı
Filmi səsləndirənlər
[redaktə | mənbəni redaktə et]- Ofeliya Sənani — Sevda (Tanilə Əhmərova) (titrlərdə yoxdur)
- Əminə Yusifqızı — Afət; Zərifə (İnarə Quliyeva) (titrlərdə yoxdur)
- Süsən Məcidova — Minayə (Sədayə Mustafayeva) (titrlərdə yoxdur)
- Ramiz Əzizbəyli — Alverçi (Kamil Məhərrəmov (titrlərdə yoxdur)
- Gülşən Qurbanova — Sədaqət (Səfurə İbrahimova) (titrlərdə yoxdur)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Özbəkistan saytında "Qayınana" haqqında məqalə //Mədəniyyət.- 2015.- 16 yanvar.- S.14.
- ↑ Bədəlov, N. "Bizim kino" [Hüseyn Seyidzadənin "Qayınana" filminin kadrarxası məqamları] //ANS TV.- 2016.- 12 mart.
- ↑ Nəsibə Zeynalova özbək klipində — Video. Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine axar.az (az.)
- ↑ Elgün Niftəli. "Vyanada "Qaynana" bədii filmi ilk dəfə alman dilində təqdim edilib" (az.). Azertag.az. 18.01.2017. 2021-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-18.
- ↑ ATV Xəbər. "Vyana şəhərində Nəsibə Zeynalovanın 100 illik yubileyi" (az.). Youtube.com. 18.01.2017. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-18.
- ↑ "Arxivlənmiş surət". 2024-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-19.
Mənbə
[redaktə | mənbəni redaktə et]- "Bakı" qəzeti. 30 may 1981-ci il.
- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 383.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 193–194; 220.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.