Pyotr Məlikov
Pyotr Məlikov | |
---|---|
Doğum tarixi | 29 iyun (11 iyul) 1850[1] |
Doğum yeri | |
Vəfat tarixi | 23 mart 1927 (76 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | kimyaçı |
Elmi dərəcəsi | |
Vikianbarda əlaqəli mediafayllar |
Pyotr Məlikov (gürc. პეტრე მელიქიშვილი; 29 iyun (11 iyul) 1850[1], Tiflis, Tiflis quberniyası, Rusiya imperiyası – 23 mart 1927, Tiflis, Gürcüstan SSR, SSRİ) — Gürcü, sovet kimyaçısı, SSRİ Elmlər Akademiyasının müxbir üzvü (1927). Tbilisi Universitetinin qurucularından biri və ilk rektoru[2][3].
Bioqrafiya
[redaktə | mənbəni redaktə et]Pyotr Melikişvili erməni zadəgan Məlikovl ailəsindəndir. Melikişvilinin valideynləri 1840-cı illərdə Axısqa şəhərindən Pyotrın doğulduğu Tiflis şəhərinə (indiki Tbilisi) köçür.
1868-ci ildə Pyotr Melikişvili Tiflis gimnaziyasını bitirir və növbəti il Odessa şəhərindəki İmperator Novorossiysk Universitetinə (indiki Odessa Universiteti) daxil olur. O dövrdə universitet müəllimləri arasında bir çox görkəmli alim var idi: Lev Tsenkovski, Nikolay Sokolov, İlya Meçnikov və başqaları. 1872-ci ildə Melikişvili universitetin fizika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirir və növbəti il ilk elmi işini yazır. Tezliklə xaricə göndərilir, 1875-ci ildə geri qayıdır. 1885-ci ildə Melikişvili "İzomerik krotonik turşuların törəmələri haqqında" doktorluq dissertasiyasını müdafiə edir. 1885-1917-ci illərdə Odessa Universitetində çalışır[4].
1893-cü ildən etibarən əsasən qeyri-üzvi kimya sahəsində ixtisaslaşmışdır. 1899-cu ildə Sankt-Peterburq Elmlər Akademiyasının Lomonosov Mükafatının laureatı olur.
Tbilisi Universitetinin qurulmasında birbaşa iştirak etmişdir. 1918-ci il yanvarın 13-də Professor Şurasının ilk rəsmi iclasında Melikişvili universitetin ilk rektoru seçilir.
17 dekabr 1919-cu ildə Petr Melikişvili İvan Cavaxişvili tərəfindən rektor olaraq dəyişdirilir (Melikişvili ilə general-qubernator arasındakı siyasi fikir ayrılığı səbəbindən).
30 iyul 1921-ci ildə Aqrar fakültəsinin dekanı olur. 23 mart 1927-ci ildə 77 yaşında Tiflis şəhərində dünyasını dəyişir və Tiflis Universitetinin birinci binasının bağçasında dəfn edilir, məzarına büstü qoyulur.
Elmi nailiyyətlər
[redaktə | mənbəni redaktə et]Əsas əsərlər doymamış üzvi turşulara və qeyri-üzvi peroksidlərə həsr edilmişdir[5].
1878-1881-ci illərdə akril, krotonik, mələk, tiqlin turşularının və onların törəmələrinin quruluşunu, reaktivliyini öyrənir. 1880-ci ildə Emil Erlenmeyerdən asılı olmayaraq qlisid turşusu kəşf edir və onun struktur formulunu qurur. 1880-ci ildə ilk olaraq izoserin adlandırdığı β-amino-laktik turşunu sintez edir.
Daha sonra (1897-1913) Lev Pisarjevski ilə birlikdə bəzi elementlərin (U, Nb, Ta, W, Mo, B, Ti və V) perasidlərini sintez ediri.
1899-cu ildə Sankt-Peterburq Elmlər Akademiyası Melikişvili və Pisarjevskiyə "Turşu peroksidləri haqqında" əsərlərinə görə Lomonosov mükafatını verir.
Xatirəsi
[redaktə | mənbəni redaktə et]1929-cu ildə Pyotr Məlikovun adı Gürcüstan SSR Elmlər Akademiyasının Kimya İnstitutuna verilir.
Tiflis prospekti və Batumi küçələrindən biri Melikişvilinin adını daşıyır.
Tiflisin Lado Asatiani küçəsi, 44 ünvanında ona xatirə lövhəsi qoyulmuşdur[6].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ Меликов Пётр Григорьевич, статья в Большой советской энциклопедии
- ↑ Меликишвили (Меликов) Петр Григорьевич Arxivləşdirilib 2021-10-04 at the Wayback Machine на сайте Архивов РАН
- ↑ "Petre Melikishvili". Ivane Javakhishvili Tbilisi State University. 2018-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-14.
- ↑ "МЕЛИКИШВИЛИ, Пётр Григорьевич" (Краткий очерк истории химии). Кафедра физхимии РГУ (rus). Южный федеральный университет. 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-7-22.
- ↑ "Памятная доска в городе Тбилиси". 2018-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-04.