Proniya
Proniya (yun. πρόνοια – qayğı) — XI–XV əsrlərdə Bizansda feodal institutu, xidmətə görə mükafat olaraq dünyəvi şəxsə və ya monastıra müəyyən ərazini idarə etmək və ondan vergi toplamaq hüququ ilə ömürlük (bəzən irsi) imperiya qrantı. Ən böyük inkişaf XII əsrin ikinci yarısında, torpaq mülkiyyətinin xidmət, əsasən hərbi xidmət şərtləri ilə verildiyi vaxt baş vermişdir. Zamanla proniya irsi mülkiyyətə çevrilmişdir. Tipoloji cəhətdən Qərbi Avropada benefisiyaya yaxındır.
Zəmin
[redaktə | mənbəni redaktə et]XI əsrə qədər artıq əhəmiyyətli gücə malik olmayan Bizans aristokratları hakim imperatoru dəstəkləmək üçün aldıqları fəxri adlardan və titullardan yapışmışdılar. IX Konstantinin dövründə aristokratiya imperiyanın müxtəlif yerlərində öz suverenliyini açıq şəkildə bəyan etməyə, öz məqsədləri üçün yerli əhalidən vergi yığmağa və tez-tez bu vəsaitləri mərkəzi hakimiyyətə qarşı üsyanlar hazırlamaq üçün istifadə etməyə başlamışdı.[1]
XI əsrin sonlarında I Aleksey Komnin zadəganları Bizans ərazisində yaymaq qərarına gələrək aristokratiyanı dəyişdirməyə çalışmışdı. Bu, hərbi xidmət şərtləri altında torpaq qrantı yolu ilə edilmişdir. Beləliklə, imperatora meydan oxumaq arzusunda olan mümkün rəqiblərini Konstantinopoldan uzaqlaşdırmışdır.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Frederick Lauritzen, Leichoudes' pronoia of the Mangana, Zbornik Radova Vizantinoloskog Instituta 55 (2018) 81-96 "Arxivlənmiş surət". Archived from the original on 2019-06-26. İstifadə tarixi: 2023-11-20.
Əlavə ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- "Economics in Late Byzantine World, " from Foundation of the Hellenic World http://www1.fhw.gr/chronos/10/en/o/oa/oa3.html
- Treadgold Warren T. A History of the Byzantine State and Society (англ.) / American Council of Learned Societies. — Stanford: Stanford University Press, 1997. — XXIV, 1019 p. — (History e-book project). — ISBN 978-0-804-72630-6.
- Frederick Lauritzen, Leichoudes' pronoia of the Mangana, Zbornik Radova Vizantinoloskog Instituta 55 (2018) 81-96 [1]