Persepolis
Persepolis | |
---|---|
| |
29°56′06″ şm. e. 52°53′24″ ş. u.HGYO | |
Ölkə | İran |
Yerləşir | Fars ostanı |
Aidiyyatı | Əhəmənilər imperiyası |
Sifarişçi | I Dara, I Kserks, I Artakserks |
Tikilmə tarixi | e.ə. VI əsr |
Kəşf tarixi | 1621[1] |
Üslubu | Əhəməni memarlığı |
Sahəsi |
|
Vəziyyəti | xarabalıqları qalıb |
Rəsmi sayt | persepolis.ir |
Rəsmi adı: Persepolis | |
Tipi | Mədəni |
Kriteriya | i,iii,vi |
Təyin edilib | 1979 |
İstinad nöm. | 114 |
Dövlət | İran |
Region | Asiya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Persepolis (qədim fars dilində:Parsa, Farsca: تخت جمشید/پارسه, Takht-e Jamshid / Təxt-i Cəmşid[3]) — Əhəmənilər dövlətinin paytaxtı, tarixi şəhər. Hal-hazırda xarabalıq halında olan şəhər İranın Fars ostanındakı Şiraz şəhərinin şimal-şərqində yerləşir.
Quruluşu
[redaktə | mənbəni redaktə et]Əhəməni imperiyasının mərkəzi olan Persepolis, e.ə 6. əsrin sonlarına doğru İran şahı I Dara tərəfindən qurulmuşdur. Daradan sonra taxta çıxan I Kserks və Artakserkses (Ardaşir) şəhəri böyüdərək möhtəşəm tikililərlə doldurmuşlardır.
Haqqında
[redaktə | mənbəni redaktə et]Saray
[redaktə | mənbəni redaktə et]Persepolisdə şah sarayları daşınma torpaqla düzəldilən, təpəsi 473 metr uzunluğunda, 86 metr genişliyində və 13 metr hündürlüyü olan düzəlmə bir təpə üzərində inşa edilmişdilər. Sarayların olduğu bu terrasa iki geniş pilləkənlə çıxılırdı. Pilləkənlərin yan divarları qabartma heykəllərlə doludur.
I Kserksin taxt salonunda, hər biri 20 metr hündürlükdə olan ve üzərində 2 metr hündürlüyündə başlıqları olan 100 sütun var idi. Başlıqlar buğa və insan şəklində idilər. Sarayın iki böyük sütunla möhkəmləndirilən qapısının hündürlüyü 11 metrdir. Qapıdakı sütunların qarşısında, üzləri insan şəklində olan iki buğa heykəli vardır.
Qarşılama salonu
[redaktə | mənbəni redaktə et]Daranın Misirdəki daş karxanalarından gətirilən blok daşlarla düzəldilmiş “Apadama” adlı qaşılama salonuna 10.000 nəfər insan yerləşirdi. Bu qədər böyük bir qapalı salon başqa heç bir sarayda görülməmişdir. Xəzinə sarayının geniş dəhlizinə açılan 4 böyük taxta qapısı vardı ve bunlar rəngli və bəzəkli alçılarla bəzədilmişdir.
Persepolisdə böyük sütunlar üzərində, Farsların inanclarını əks etdirən heykəllər vardır. Bunlar xeyir simvolu olan yarı insan bir döyüşçü ilə şər simvolu olan bir canavarın mübarizəsini və xeyir simvolunun zəfərini göstərir.
Şah məzarları
[redaktə | mənbəni redaktə et]Persepolisin yaxınlığındakı qayalıq dağın yamaclarında bir-birindən 8–10 km uzaqlıqda, qayalar oyularaq düzəldilən və saray görkəmli iki sərdabə məzar vardır. Frigiya kral məzarlarına bənzəyən bu məzarlar “Təxt-i Cəmşid” və “Nəqş-i Rüstəm” adlandırılırlar. Bunlardan biri Daranın məzarıdır.
E.ə.331-ci ildə Makedoniyalı İsgəndər Farsları məğlub edərək şəhəri yandırdı. Bundan sonra şəhər torpaq qalıqları altında qaldı və tarix səhnəsindən çəkildi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Archaeology and Language: The Puzzle of Indo-European Origins. Pimlico, 1998. S. 43. ISBN 0-7126-6612-5
- ↑ http://whc.unesco.org/en/list/114.
- ↑ "Arxivlənmiş surət". 2009-12-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-02-03.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]http://bucatarih.sitemynet.com/harikalar/parsa.html Arxivləşdirilib 2007-10-10 at the Wayback Machine