Pep Qvardiola

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Xosep Qvardiola
isp. Pep Guardiola[1]
Ümumi məlumatlar
Tam adı Xosep Qvardiola-i-Sala
Ləqəbi Casus, "Pep"
Doğum tarixi 18 yanvar 1971(1971-01-18)[2][3][…] (53 yaş)
Vətəndaşlığı
Boyu 180 sm
Çəkisi 80 kq, 70 kq[6]
Mövqeyi yarımmüdafiəçi
Karyerası
Gənclik karyerası
1984–1990 İspaniya Barselona B
Klub karyerası[* 1]
1990–2001 İspaniya Barselona 384 (11)
2001–2002 İtaliya Breşiya 29 (4)
2002–2003 İtaliya Roma 8 (1)
2003 İtaliya Breşiya 13 (1)
2003–2005 Qətər Əl-Əhli 18 (2)
2005–2006 Meksika Dorados de Sinaloa 10 (1)
Milli yığma[* 2]
1992–2001 İspaniya İspaniya 47 (5)
1995–2005 Kataloniya Kataloniya 7 (0)
Məşqçisi olduğu klublar
2007–2008 İspaniya Barselona B
2008–2012 İspaniya Barselona
2013–2016 Almaniya Bayern Münhen
2016—h.h İngiltərə Mançester Siti
Təltif və medalları
Olimpiya oyunları
Qızıl Barselona 1992 futbol

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xosep Qvardiola (18 yanvar 1971[2][3][…]) — katalon əsilli ispaniyalı keçmiş futbolçu, Mançester Siti futbol klubunun baş məşqçisi.

Klub karyerası

[redaktə | mənbəni redaktə et]

Xosep Qvardiola futbolçu karyerasına həvəskar futbol klubu olan Gimnastik de Manresada başlayıb. 13 yaşı olanda Barselona B futbol klubuna keçib. Təxminən 6 il bu klubun heyətində çıxış edib, 1990-cı ildən karyerasını Barselona klubunun heyətində davam etdirib. İspaniya milli futbol çempionatında Barselona klubunun heyətində ilk oyununu 16 dekabr 1990-cı ildə Kadiz futbol klubuna qarşı keçirib. Klubun heyətində yarımmüdafiəçi kimi çıxış edən Qvardiola 1997-ci ildə Joze Mari Bakerodan komandanın kapitanı sarğısını təhvil alıb. 1990–2001-ci illərdə Barselonanın heyətində İspaniya milli futbol çempionatında 263, ümumilikdə isə 379 oyun keçirib. Qvardiola 17 iyun 2001-ci ildə Valensiya klubuna qarşı oynadığı oyundan sonra Barselona klubunun heyətindəki çıxışına son qoyub.

Barselona klubundan ayrıldıqdan sonra İtaliya milli futbol çempionatında çıxış edən BreşiyaRoma klublarının heyətində yer alıb. Ancaq İtaliya çempionatında keçirdiyi oyunlarda çox da uğurlu nəticələr göstərə bilməyən Qvardiola Nandrolon testinin nəticələri müsbət çıxandan sonra 4 ay cəza alıb və bununla da İtaliyadakı futbolçu karyersını bitirib. Sonra Qətərin Əl-ƏhliMeksikanın Dorados de Sinaloa klublarının heyətində çıxış edib. Bundan sonra isə futbolçu karyerasına son qoyub.

Milli komanda karyerası

[redaktə | mənbəni redaktə et]

İspaniya milli futbol komandasının heyətində ilk oyununu 21 yaşında ikən 14 oktyabr 1992-ci ildə Şimali İrlandiya milli futbol komandasına qarşı keçirib. Yay Olimpiya oyunları 1992-də olimpiyadanın qızıl medallarını qazanıb. Futbol üzrə dünya çempionatı 1994-də və Futbol üzrə Avropa çempionatı 2000-də İspaniya milli futbol komandasının heyətində çıxış edib. 47 dəfə İspaniya milli futbol komandasının heyətində meydana çıxan Qvardiola bu oyunlarda 5 qol vurub. 14 noyabr 2001-ci ildə İspaniyanın Meksika milli futbol komandasına qarşı keçirdiyi yoldaşlıq oyunundan sonra millinin heyətindəki çıxışlarına son qoyub. Bundan başqa Qvardiola 7 dəfə rəsmən tanınmayan Kataloniya milli futbol komandasının da formasını geyinib.

Məşqçi karyerası

[redaktə | mənbəni redaktə et]

Qvardiola futbolçu karyerasını bitirdikdən sonra 21 iyun 2007-ci ildə Barselona B futbol klubunun baş məşqçisi olub. Frank Raykardın 2007/2008 mövsümündə baş məşqçisi olduğu Barselonanın uğursuz çıxışından sonra bu klubun prezidenti Coan Laporta 8 may 2008-ci ildə klubun baş məşqçisi vəzifəsinə Qvariolanı gətirib. 5 iyun 2008-ci ildə isə Qvardiola Barselona klubu ilə 2 illik müqavilə imzalayıb. Barselonaya baş məşqçilik etdiyi ilk ildə klub İspaniya milli futbol çempionatında çox uğurlu oyun nümayiş etdirərək 100-dən çox qola imza atıb və ölkə çempionu olub. İspaniya kral kubokunda Atletik Bilbaonu 4–1, Çempionlar liqasında Mançester Yunaytedi 2–0, İspaniya super kubokunda Atletik Bilbaonu 2–1 və 3–0, UEFA super kubokunda UEFA kuboku sahibi Şaxtyor Donetsk klubunu əlavə vaxtda 1–0, FIFA dünya klublar kubokunda yarımfinalda Şimali Amerika təmsilçisi Meksika klubu Atlantanı 3–1, finalda isə Cənubi Amerika təmsilçisi Argentina klubu Estudiantesi əlavə vaxtda 2–1 məğlub etməklə mübarizə apardığı 6 turnirin hamısında qalib gələn yeganə klubun — Barselonın baş məşqçisi kimi Qvardiola böyük uğurlara imza atmış olub. Barselona klubu bu oyunu ilə "Kosmos komandası" adını alıb.

Müvəffəqiyyətləri

[redaktə | mənbəni redaktə et]

Futbolçu karyerası

[redaktə | mənbəni redaktə et]

Məşqçi karyerası

[redaktə | mənbəni redaktə et]