Parfiya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Arşakilər imperiyasının maksimum hüdudlarında ərazisi.

Parfiya (q.fars 𐎱𐎼𐎰𐎺, Parθava; parf 𐭐𐭓𐭕𐭅, Parθaw; pəhl. 𐭯𐭫𐭮𐭥𐭡𐭥, Pahlaw) — Xəzər dənizinin cənub-şərqində yerləşən qədim vilayət. E.ə. 1500-cü ildən gec olmayaraq İrandilli tayfalar tərəfindən məskunlaşmışdır.[1] E.ə. VI əsrdən Makedoniyalı İsgəndər tərəfindən fəth edilənə qədər Parfiya Əhəmənilər dövlətinin satraplıqlarından biri kimi siyahıya alınmış, sonra Selevkilər dövlətinin tərkibində olmuşdur. E.ə. 250-ci ildən b.e. 227-ci ilə qədər Parfiya ərazisində Parfiya dövləti mövcud olmuşdur. Selevkilər dövləti tənəzzül etdikcə Parfiya özü də güclənmiş və genişləmişdir. Öz zirvəsində Parfiya dövləti Babilistandan İran vasitəsilə Hind vadisinə qədər uzanırdı. Parfiya çarlığı təqribən 227-ci ildə Sasanilər dövlətinin yaranması ilə öz mövcudluğunu itirmişdir.[2]

  1. "ПАРФИЯ • Большая российская энциклопедия - электронная версия". 2023-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-22.
  2. Парфия // Энциклопедия Кольера. Открытое общество. 2000.