Məzmuna keç

Paleozoy

Vikipediya, azad ensiklopediya
(Paleozoy erası səhifəsindən yönləndirilmişdir)
Yerin geoloji tarixinin bir hissəsi
Paleozoy
538.8—251.9 mln il qabaq
Geoxronoloji məlumatlar
Eon Fanerozoy
İqlim[1]
Oksigen səviyyəsi 18—32 %
Orta temperatur 12—30 °C
Mezozoy →

Paleozoy və ya paleozoy erası — davamiyyəti 290 milyon ildir. Paleozoy erası başlanğıcı erkən kembriyə təsadüf edir. Bitkilər arasında riniofitlər (ilk yerüstü bitkilər), plaunabənzərlərin və qatırquyruqukimilərin çox hissəsi, həmçinin prohimnospermidlər yalnız paleozoyda mövcud olmuşdur. Fuzulinidlər (foraminiferlər), arxeosiatlar, mərcanlardan tabulatoideyalar, hemeolitodeyalar və dördşüalılar, düz qabıqlı başıayaqlıların əksəriyyəti, hiolitlər, tentakulitlər, trilobitlər, mamırabənzərlərin və qıfıllı braxiopodların əksər dəstələri, dərisitikanlıların bir çox sinifləri, həmçinin qraptolitlər və balığa oxşayan çənəsiz qəlsəməlilərin əksəriyyəti (telodontlar, müxtəlif zirehlilər, sümükçanaqlılar, çanaqsızlar), çənəli qəlsəməlilərdən – ən qədim balıqlar (akantodlar və lövhəlidərililər) kimi canlılar yalnız paleozoyda rast gəlinir.

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
  1. "History of Earth's Climate - Paleozoic". 2020-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-03.