Maksimum uçuş çəkisi
Maksimum uçuş çəkisi və ya maksimum takeoff çəkisi (ing. Maximum Takeoff Weight) təyyarənin uçuş müddətində apara biləcəyi maksimum çəkini göstərir.
Aviasiya sahəsinə qısaca MTOW olaraq bilinir. MTOW İngiliscə Maximum Takeoff Weight sözlərinin baş hərflərindən əmələ gəlmişdir. Müasir dövrdə MTOW çox vacib rəqəmdir. Yeni istehsal edilmiş təyyarələr sərnişin və yanacaq tutumunda uçuş həyata keçirə bilməzlər. Təyyarənin texniki məlumatlarının yenidən hesablanması lazımdır. Nümunə olaraq Airbus A330 sərnişin təyyarəsinin MTOW çəkisi 230 tondur. Təyyarə boş halda çəkisi 125 tondur. Təyyarənin yanacaq çənləri boş olarkən sərnişin və yük götürmə çəkisi 170 tondur. Təyyarənin 136.000 litrlik yanacaq tutumu mövcuddur. 136.000 litr Jet A yanacağı tədminəy 110 tonluq çəkiyə bərabərdir. Buna görə bu təyyarə tam dolu olarkən, yəni dolu depo ilə havaya qalxmır. Yanacağından 5 ton götürmək lazımdır. Türkiyə Hava Yollarının istifadə etdiyi A330 təyyarələri Atatürk Beynəlxalq Hava Limanında kifayət qədər uzunluğa malik olan uçuş-enmə zolağı (pist) olmadığına görə 70%-lik yük ilə havaya qalxır. Pistin uzunluğu aviasiya şirkətlərinə müxtəlif MTOW standartları yaratmışdır. A330 təyyarəsinin zavod xüsusiyyətləri ilə İstanbul şəhərindəki Atatürk Beynəlxalq Hava Limanından havaya qalxması olduqca çətindir. Zavod xüsusiyyətləri ilə MTOW üçün 3500 metrlik pistə ehtiyac vardır. Lakin İstanbuldakı (LTBA) (Atatürk Hava limanı) pist uzunluqları 3000 metrdir. Bu təyyarələrin LTBA pistindən havaya qalxması üçün lazım olan MTOW yenidən hesablanır. MTOW bir təyyarənin faydalılığına ən böyük təsir edən amillərdən biridir.