Lourayder

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
QAZ-21 lourayder
1962 Pontiac Catalina lourayder

Lourayder (ing. Lowrider) — gövdəsi endirilmiş, xüsusi modifikasiyalı avtomobil.[1] Lowrider təkər çənbərləri arasındaki məsafə 13" təşkil edir. Avtomobil təkərləri hündürlüyə görə tənzimlənən və suspansiyanı təmin edən hidravlik və ya hava yastığı sistemi ilə təchiz edilmişdir. Bunun köməyilə də avtomobilin gövdəsi sahibinin əmri ilə qaldırıla və ya endirilə bilir.[2] Bu spesifik xüsusiyyətlər nəzərə alınmaqla, lourayder hər zaman gövdəsi endirilmiş avtomobil mənasını vermir. Lourayder həmçinin xüsusi bir nəqliyyat vasitəsi sinfini təsvir etmək üçün istifadə olunur.[3]

Lourayder tipli avtomobil sürücülərinə də lourayder deyilə bilər.[4]

Xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]
Ford Galaxie 1960
Chevrolet Impala 1964
Nissan Lourayder 2008

Avtomobilin gövdəsi hava fırçalama avadanlığından istifadə edərək müxtəlif rənglərə boyanır. Tətbiqi rəsmlər üslubunda Chicano və Aztekas alt mədəniyyətlərindən rəsm əsərləri üstünlük təşkil edir.[5] Bu mədəniyyətlər arasında Pimps, Playas, Hustlers kimiləri olduqca məşhurdur. Xarici dekorativ elementlər yalnız xromla örtülmür, çiləmə üsulu ilə incə bir qızıl təbəqə ilə örtülür. Xrom ilə örtülmə yalnız gövdə üçün deyil, mühərrik, suspansiya, səsboğucularda da istifadə olunur və avtomobilin demək olar ki, bütün hissələri parıldayır.[6] Lourayderlərin güclü mühərrikləri, gücləndirilmiş transmissiyaları, aqressiv bir görünüşü yoxdur və yarış üçün nəzərdə tutulmamışdır.[7] Bu tip avtomobillər şəhər küçələrində xüsusi göstərişlər üçün nəzərdə tutulmuşdur. Seyr halında olan lourayder avtomobillər hərəkət zamanı sıçraya, təkərləri qaldıra, 3 təkərli hərəkət edə bilər. Eyni zamanda, təkərlərin hərəkəti zamanı avtomobilin yer səthinə dəyən hissəsinə xüsusi maqnezium yastıqlar yerləşdirilir.[8]

Təkərlər lourayder avtomobillərinin ayrılmaz hissəsidir.[9] Təkərlərin çeşidi hal-hazırda, "ənənəvi" olaraq qəbul edilən təkərlərlə məhdudlaşmır. Lourayder avtomobillərinin təkərlərinin inkişafı 30-cu illərdən bəri standart olaraq avtomobillərlə təchiz edilmiş şərti möhürlü disklərlə başlamışdır.[10]

Panel və sükan daxil olmaqla bütün salon məxmərlə örtülmüşdür. Sükan tez-tez zəncir bağları şəklində hazırlanır və qızılla örtülür və zəncir sükanı olaraq adlandırlır.[11] Lourayderlərin klub emblemi arxa paneldə metaldan hazırlanır. Bir qayda olaraq, hər bir lourayderə güclü bir multimedia sistemi quraşdırılır.[12]

Lourayderlərin üzərinə quraşdırılmış hidravlik avadanlıq bir neçə elektrik nasos, silindir, klapan avadanlığı olan boru kəmərlərindən, gövdədəki bamperlərdən və bəzən hidravlik akkumulyatorlardan ibarətdir. Bütün sistem doldurula bilən batareyalarla işləyir və batareya bitdikdən sonra adi elektronik qurğular kimi batareya doldurmaq tələb olunur. Hidravlik sistemin funksionallığı nasosların sayı ilə müəyyən edilir. Sadə bir hidravlik dəsti 3000-4000 dollar arasına başa gəlir.[13]

  1. Hamilton, F. How to Build a Lowrider. S-A Design Series. Cartech. 1996. səh. 6. ISBN 978-1-884089-18-3. 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 yanvar 2020.
  2. Stavans, I.; Augenbraum, H. Encyclopedia Latina: history, culture, and society in the United States. Encyclopedia Latina: History, Culture, and Society in the United States. Grolier Academic Reference. 2005. səh. 51. ISBN 978-0-7172-5818-5. İstifadə tarixi: 9 yanvar 2020.
  3. Lowride Magazine; Lowrider Editorial Staff. The Lowrider's Handbook. Penguin Group (USA) Incorporated. 2002. səh. 69. ISBN 978-1-55788-383-4. 27 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 January 2020.
  4. Kercher, Sophia. "Lowriding Culture Goes Global". The New York Times. 4 dekabr 2015. 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 sentyabr 2020.
  5. Sturken & Cartwright, Marita & Lisa. Practices of Looking: An Introduction to Visual Culture. Oxford University Press. 2009. səh. 80. ISBN 978-0-19-531440-3.
  6. "Cruising into History under the Law's Nose". Michigan State University. 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2020.
  7. "Going "Low and Slow" in East Los Angeles". The Golden State Company. 2021-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2020.
  8. Niedermeyer, Paul. "Automotive History: An X-Ray Look At GM's X Frame (1957 – 1970)". Curb Side Classic. 19 January 2012. 16 February 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 fevral 2015.
  9. Frost, Bob. "History of Lowriders". www.historyaccess.com. 2020-08-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-09-04.
  10. Rong, Blake. ""Ghetto Famous" Lowriders Reach For The Sky In Odessa, Texas". Road & Track Magazine. 16 iyul 2016. 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2020.
  11. Lirones, Brett. "Here's Why You'll Find American-Styled Lowriders Roaming Around the Streets of Japan". Hagerty. Hagerty. 6 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 may 2019.
  12. Mendoza, Beto. "Paradise Road - Shop Stop & Talk". Lowrider. Lowrider. 6 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 may 2019.
  13. Donoghue, JJ. "The Elaborate Customized Cars of Japan's 'Lowriding' Subculture". CNN. CNN. 25 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 may 2019.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]