Lielupe

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Lielupe çayı
lv/Lielupe
Ölkə  Latviya
Mənsəbi Riqa körfəzi[1]
 • Yüksəkliyi 0 m
Uzunluğu 119 km
Su sərfi 106 m³/s
Hövzəsinin sahəsi 17.600 km²
Lielupe (Latviya)
mənbəyi
mənsəbi
Lielupe çayı Latviyaın fiziki xəritəsində:

57°00′31″ şm. e. 23°55′59″ ş. u.HGYO

57°09′30″ şm. e. 24°15′48″ ş. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lielupe[2], lelupe (latış. Lielupe‎, tərcümədə «Böyük çay»; alm. Kurländische Aa‎) - в Latviya ərazisndən axan çay. Çayın uzunluğu 119 km-dir. Hövzəsinin sahəsi 17,6 min. km²-dir[3]. Baltik dənizinə daxil olan Riqa körfəzinə tökülür. Sahilə yaxın ərazidə yarımadadan dənizə tökülür. Çay Elqava şəhərinə kimi naviqasiiya üçün yararlıdır[4].

Lielupe çayı sahilində Elqava və Kalnsiems, sahilə yaxın ərazidə Yurmala şəhəri yerləşir.

Lielupe — Latviya ərazisində əhəmiyyətinə görə ikinci çaydır. Çay Bauska yaxınlığında Memele və Musa çaylarının birləşməsi nəticəsində əmələ gəlir. Çay özü əsas qolları olan Memele (191 km) və Musa (164 km) çaylarından qısadır. İslise çayının mənsəbinə qədər dolomitdən ibarət sahədən keçir. Burada sıldırımlı sahillər əmələ gətirir. Sonrada çay düzənliyə keçir. Xüsusi ilə Emburqdan mənsəbə qədər zəif sürətə malik olub, enli və dayaz yatağa malikdir. Sahilə yaxın ərazilərdə duyn əmələ gəlmiş sahələri dolanaraq axır. Burada Riqa körfəzinə paralel olaraq uzanır. Əvvəllər çayın mənsəbi Qərbi Dvina olmuşdur. 1697-ci ildə baş vermiş daşqın nəticəsində mənsəb dəyişir. Çay Bolderay yaxınlığında dənizə tökülürdü. 1755-ci ildə isə çayın hazır ki, mənsəbi formalaşmışdır.

Lielupe 250 qola malikdir. Qolları Bullupe, Qoraze, İesava, İslise, Svitene, Sesava, Vırsava, Platone, Svete və s. Yaz ayları ətraf əraziləri basır. Əsasən kənd və tarlalara ziyan vurur.

Yuxarı axarlarda çayın dərinliyi 1 m, Elqavada yaxınlığında 8–12 m, aşağı axarlarda isə 15-20 metr təşkil edir. Latviya ərazilərində həmiçilik üçün ən əlverişli çayıdır.

  1. Аа (rus.). // А — Аколла 1926. Т. 1. С. 33.
  2. "Information about Lielupe river basin". 2007-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-11.
  3. "Aquastat information for Latvia". 2020-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-11.
  4. Sovet döməmində burada «Raketa teploxodları» hərəkət edirirdi.