Eldar İsmayıl
Eldar İsmayıl | |
---|---|
Eldar Ələsgər oğlu İsmayılov | |
Doğum tarixi | 10 mart 1942 |
Doğum yeri | |
Vəfat tarixi | 20 fevral 2021 (78 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | jurnalist |
Üzvlüyü | |
Mükafatları | |
Eldar İsmayıl | |
Vikianbarda əlaqəli mediafayllar |
İsmayılov Eldar Ələsgər oğlu (10 mart 1942, Ağbulaq, Krasnoselsk rayonu – 20 fevral 2021, Bakı) – şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2003), Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" və "Araz" ali ədəbi mükafatı laureatı, "Əməkdar jurnalist" (20.09.2010)[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Eldar İsmayıl 10 mart 1942-ci ildə Göyçə mahalının Çəmbərək rayonunun Ağbulaq kəndində anadan olub. Bakı Mədəni Maarif Texnikumunda və 1972–1977-ci illərdə Azərbaycan Dövlət Universitetində təhsil alıb.[2]
2021-ci il fevralın 20-nə qədər Azərbaycan Tibb Universitetinin nəşri olan "Təbib" qəzetinin baş redaktoru olub.
İlk mətbu əsəri Eldar Ağbulaqlı imzası ilə "Lenin yolu" qəzetində 1961-ci ildə "Kəndimiz" adlı şeiri ilə başlayıb. 2003-cü ildən AYB-nin üzvü olub.
"Ulu Göyçə", "Mən kiməm", "Türkün xilaskarı", "Ulu Turan yolunda" adlı poemalarında odlu vətənpərvərlik duyğusu ilə tamamlanmış silsilə şeirləri verilmişdir.
Eldar İsmayıl "Xüsusi mükafat"a layiq görülmüş "Göyçənin qisası qalır" və "Səttar oğlu" tarixi romanlarının, "Məndən ötrü Ermənistan yoxdu, yox", "Ağrı dağı qədər ağrılarım var", "Ermənistan türklərinin 1988-ci il soyqırımı" publisistik əsərlərinin müəllifidir.
"Türkün xilaskarı" (2005) poeması Türk xalqına, Türkiyə Cümhuriyyətinin banisi Atatürkə həsr olunmuşdur. Bu şairin türk dünyasına sevgisinin, məhəbbətinin təcəssümü deyilmi? Onun bu zəhməti də Türkiyədə yüksək qiymətləndirilmiş, Türk Dünyası Araşdırmaları Uluslararası Elmar Akademiyası Yüksək Yönetim Kurulunun qərarı ilə Türk ədəbiyyatının inkişafında xidmətinə görə "Türk Ədəbiyyatına Hizmət" beynəlxalq ödülü ilə mükafatlandırılmışdır.
Şairin zəhmətinin növbəti dəyərləndirilməsi "Heyrət" ədəbi dərgisinin dövlət və cəmiyyətin təməl prinsiplərinin qorunmasını, inkişafını özündə ehtiva edən səmərəli ədəbi fəaliyyətinə, ictimai vətəndaşlıq mövqeyinə görə "Məslək Şərəf Diplomu" ilə təltif edilməsidir.
Eldar İsmayıl sevərlərini, pərəstişkarlarını daha bir xoş xəbər sevindirdi. O, Beynəlxalq Təltiflər İttifaqı Birləşmiş Millətlərin İctimai Mükafat üzrə Şurası tərəfindən ədəbiyyatda böyük xidmətlərinə görə " Vəzifə və Şərəf" Ordeni ilə təltif edilmişdir.
- Professor Hüseyn İsmayılovun qardaşıdır.
Fəxri adı
[redaktə | mənbəni redaktə et]20 sentyabr 2010-cu il tarixdə Azərbaycanda tibb təhsilinin və elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Tibb Universitetinin "Təbib" qəzetinin baş redaktoru İsmayılov Eldar Ələsgər oğluna (Eldar İsmayıla) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adı verilmişdir.
Haqqında
[redaktə | mənbəni redaktə et]- Halal olsun dərdini bu qüdrətdə, bu tutumda deyə bilən qələm sahibinə. (Xalq şairi Bəxtiyar Vahabzadə)
- O harada, hansı vəzifəsində işləməsindən asılı olmayaraq yazıb-yaratmaq eşqi ilə çağlayır, şeirdən-şeirə yüksəlir. (Xalq şairi Hüseyn Arif)
- "Eldar İsmayıl" biblioqrafiyası Azərbaycanədəbi mühitində şair-publisist, yazıçı-jurnalist, ədib-tənqidçi kimi tanınmış bir şəxsiyyətin ədəbi irsinin güzgüsüdür. (Professor Abuzər Xələfov)
- Bu gün Eldar İsmayıl poeziyasının imtahanına yüksək qiymət vermək olar. (AMEA müxbir üzvü, professor Yaşar Qarayev)
- Eldar İsmayıl müasir ədəbiyyatımızda ciddi qəbul olunan şairdir. (AMEA müxbir üzvü, professor Nizami Cəfərov)
- Eldar İsmayıl vətənpərvər şairdir. Layiqli jurnalist kimi də fəaliyyəti çox təqdirəlayiqdir. (Akademik Əhliman Əmiraslanov)
- Əzizim Eldar, sən hələ öz haqqını almamısan. Darıxma, Allah qoysa fəxri adlar da alarsan, prezident təqaüdü də, xalq şairi də. (Akademik Teymur Bünyadov)
Kitabları
[redaktə | mənbəni redaktə et]- "Ulu Göyçə", Bakı, "Yazıçı", 1990. 120 səh. 4500 tiraj. Arxivləşdirilib 2016-03-10 at the Wayback Machine
- "Allah amanatı", Bakı, "Səda", 1994. 112 səh. 1500 tiraj.
- "Vətən dedi İbrahim", Bakı, "Sabah", 1995. 52 səh. 300 tiraj.
- "Ermənistan türklərinin 1988-ci il soyqırımı", Bakı, "Qızıl Şərq", 1995. 112 səh. 1500 tiraj.
- "Göyçənin qisası qalır", Bakı, "Zaman", 1997, 384 səh. 2000 tiraj.(Hüseyn İsmayılov ilə ortaqlı)
- "Səttar oğlu", Bakı, "Azərbaycan Ensiklopediyası", 1997, 400 səh. şəkilli. 1500 tiraj.
- "Şəhid yurdun şəhid övladları", Bakı, "Ağrıdağ", 1997. 184 səh. 700 tiraj.
- "Hikmət dünyası", Bakı, "Ağrıdağ", 1997. 40 səh. 500 tiraj.
- "Mən burda qəribəm, yurd orda qərib", Bakı, "Səda", 1998. 268 səh. 1000 tiraj.
- "Oğuz yurdun övladları", I kitab, Bakı, "Təbib", 1999. 376 səh. 1000 tiraj. ISBN 5-8035-0191-3
- "Ağrı dağı qədər ağrılarım var…", Bakı, "Ağrıdağ", 1999. 370 səh. 1000 tiraj.
- "Allah amanatı", Türkiyə, "Ərzurum", 2000. 68 səh. 1000 tiraj.
- "Yaxşı ad", Bakı, "Nurlan", 2001, 100 səh. 500 tiraj.
- "Oğuz yurdun övladları", II kitab, Bakı, "Nurlan", 2001. 398 səh. 1000 tiraj.
- "Eldar İsmayıl və seçilmiş şeirləri", Türkiyə, "Ərzurum", 2001. 72 səh. 1000 tiraj.
- "Sabaha məktub", Bakı, "Səda", 2001. 270 səh. 1000 tiraj.
- "İçimdə bitən bənövşə", Bakı, "Nurlan", 2002, 142 səh. 1000 tiraj. Arxivləşdirilib 2016-03-10 at the Wayback Machine
- "Məndən ötrü Ermənistan yoxdu, yox…" Bakı, "Nurlan", 2002, 300 səh. 700 tiraj. Arxivləşdirilib 2016-03-10 at the Wayback Machine
- "Yaxşılıq, müdriklik, gözəllik", Bakı, "Nurlan", 2003, 240 səh. 1000 tiraj.
- "Ömür itiririk yaş qazanınca", Bakı, "Nurlan", 2004, 116 səh. 500 tiraj.
- "Sənsizlik nə yaman çətinmiş Sərdar", Bakı, "Nurlan", 2004, 288 səh. 1000 tiraj.
- "Böyük öndər", Bakı, "Nurlan", 2004, 408 səh. 500 tiraj.
- "Bütöv Azərbaycan olmalıyam mən", Bakı, "Nurlan", 2004, 270 səh. 500 tiraj.
- "Səttar oğlu", (əlavələrlə təkrar nəşr), Bakı, "Nurlan", 2005, 508 səh. şəkilli. 1000 tiraj.
- "Xatırla məni", Bakı, "Nurlan", 2005, 120 səh. 500 tiraj.
- "Türkün xilaskarı", Bakı, "AZATaM", 2005, 152 səh. 300 tiraj. Arxivləşdirilib 2016-06-24 at the Wayback Machine
- "Sən məni aldada bilməzsən dünya" Bakı, "Nurlan", 2006, 300 səh. 500 tiraj. Arxivləşdirilib 2016-06-24 at the Wayback Machine
- "Mən kiməm…" Bakı, "Nurlan", 2007, 164 səh. 1000 tiraj. Arxivləşdirilib 2016-06-24 at the Wayback Machine
- "Ulu tanrı yolunda" Bakı, "Nurlan", 2007, 430 səh. 500 tiraj.
- "Hacansız dünya" Bakı, "Gənclik", 2008, 272 səh. 500 tiraj.
- "Zaman məni anlamadı" Bakı, "Səda", 2008, 352 səh. 500 tiraj.
- "Cahan ömrü" Bakı, "Səda", 2008, 440 səh. 300 tiraj.
- "Zülmətdə parlayan qılınc" Bakı, "Azərnəşr", 2009, 522 səh. şəkilli. 500 tiraj. Arxivləşdirilib 2016-03-10 at the Wayback Machine
- "Hazır ol qisasa, hazır ol xalqım", ………………
- "Qaldır türkün bayrağını" (türk dilində), Bakı, "Elm və təhsil", 2011, 376 səh. şəkilli, 400 nüsxə. Arxivləşdirilib 2016-06-24 at the Wayback Machine
- "Yarpaqlar tökülmək istəmir hələ", Bakı, "Çənlibel" NPM, 2011, 324 səh. şəkilli, 300 nüsxə.
- "Ulu Göyçə de yatanlar ayılsın", Bakı, "Nurlan", 2011. 400 nüsxə.
- "Vətənimdir Azərbaycan". Bakı, "Elm və təhsil", 2012.
- "Bir igidin ömrü". Bakı, "Təfəkkür", 2013.
- "Zavallı ermənilər, yoxsa zalım ermənilər…", Bakı, 2014. 96 səh.
- "Ermənistan türklərinin 1988-ci il soyqırımı", Bakı, "Bəxtiyar-4", 2014. 253 səh.
- "Şəhid olmağa gəldim" 2015.[3]
- "Qərbi Azərbaycan, Göyçə — erməni işğalı". Bakı, "Ecoprint", 2016. ISBN 978-9952-8104-7-9 (Gündüz Əhmədli ilə ortaqlı)
- "Mən Təbrizdən necə doyum". Bakı, "Ecoprint", 2019. 184 səh. ISBN 978-9952-29 190 2
Məqalələri
[redaktə | mənbəni redaktə et]- "Poeziya əks-sədadır"
- "Göyçənin İmanı, İmanın Göyçəsi", "Kaspi" qəzeti, 19 noyabr 2011-ci il.
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Azərbaycan Tibb Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 2010-cu il tarixli Sərəncamı" (az.). president.az. 20 sentyabr 2010. 2021-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-11.
- ↑ Salman Vilayətoğlu. Oğuz elinin müqəddəs ocağı: Göyçə (PDF). Bakı: TS. 2006. səh. 129.
- ↑ Əliyev, S. "Şəhid olmağa gəldim": [şair-yazıçı Eldar İsmayılın eyniadlı kitabı haqqında] //Ədalət.- 2015.- 23 aprel.- S.6.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Mənsur. Eldar İsmayıl Biblioqrafik göstərici, Bakı, "Nurlan", 2005, 176 səh.
- Yusif Hüseynov. Bütöv Azərbaycan qəzeti. 6 oktyabr 2010-cu il. № 38. ("Eldara yaraşan ad" məqaləsi).
- Yusif Hüseynov. Bütöv Azərbaycan qəzeti. 16 mart 2011-ci il. № 09(97). ("Eldar İsmayıl və türk dünyası" məqaləsi).
- Teymur Əhmədov. Azərbaycan yazıçıları (XX–XXI yüzillikdə), ensiklopedik məlumat kitabı, "Nurlar", Bakı, 2011.
- Ənvər Əhməd, "Dərdini içində dağ edən şair", Ulduz jurnalı, № 2, 2012. səh.63–68.
- "Xatırladım şair dostum Eldarı", Bakı, "Təfəkkür", 2012. 184 səhifə.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- 10 martda doğulanlar
- 1942-ci ildə doğulanlar
- Ağbulaqda doğulanlar (Göyçə)
- 20 fevralda vəfat edənlər
- 2021-ci ildə vəfat edənlər
- 78 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Abşeron rayonunda dəfn olunanlar
- Azərbaycan Yazıçılar Birliyinin üzvləri
- Azərbaycan Jurnalistlər Birliyinin üzvləri
- Azərbaycan Respublikasının əməkdar jurnalistləri
- Əlifba sırasına görə yazıçı və şairlər
- Eldar İsmayıl
- Ermənistan azərbaycanlıları
- Göyçə şairləri
- Azərbaycan şairləri
- Azərbaycanlı şairlər
- Azərbaycan jurnalistləri
- Azərbaycanlı jurnalistlər
- Azərbaycan qəzet redaktorları