47°11′36″ şm. e. 39°23′31″ ş. u.HGYO

Don deltası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Don çayının deltası
Erik Laquntik

Don deltası (antik dövrdə — Maeotis bataqlığı) — Azov dənizi sahillərində yerləşən iki deltadan biri. Delta Don çayının mənsəbində qərarlaşır. İnzibati cəhətdən Rusiyanın Rostov vilayəti ərazisində yerləşir. Don çayı deltasının sahəsi 538 km² təşkil edir. Ölçüsünə görə Kuban deltasından 12,5 % kiçik olsa da, gursululuğuna görə Kubandan 1,5—2 dəfə çoxdur. Delta Taqanroq körfəzinin şimal-şərq sərhədi ilə sərhəddir.

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Hazırda Don çayının deltası 538 km² təşkil edir. Delta Rostov-na-Donu şəhərindən aşağı ərazidə yerləşir. Don çayı deltada çoxlu qollara ayrılır: Kalança çayı, Köhnə Don, Böyük Kuterma, Perevoloka, Mokraya Kalanka və s. Üztəlik buradan Azov magistral kanalı keçir. Bitki örtüyü baxımdan burada kol və ağaclara rast gəlinir. Çay deltada qıvrılaraq axır. Çayın dənizə birləşdiyi ərazidə çoxlu sayda ada və barlar mövcuddur. Deltada sahilə yaxın ərazilər dayazlığı ilə seçilir və dərinlik 0,5 m təşkil edir. Deltanın deltanın sahil boyu uzunluğu 32 metr təşkil edir. Bölgədə iqlim mülayim-kontinentaldır. Don deltası flora və fauna zənginliyi ilə seçilir. Don çayı ümumilildə götürdükdə Azov dənizinə tökülən n iri çaydır. Onun uzunluğu 1870 km təşkil edir. Sutoplayıcı sahəsi isə 422000 km²-dir. İl ərzində Taqanroq körfəzinə 20 km³ su tölülür. Dənizə axın 1951-ci ildə inşa edilən Simlyansk su anbarının tikintisindən sonra azalmışdır. Sahili dəniz səviyyəsi ilə eyni hündürlüyə malikdir[1].

4,5 min il ərzində Don çayı öz deltasının sahəsini böyüdür. Təkcə 1951-ci ildə dənizə 4,7 mln ton gum, lil və gil gətirmişdir. Hər il deltanın sahəsi 8 metr dənizin daxilinə hərəkət edir[2]. Bəzi ərazilərfə isə bu irələyiş sürəti 10-75 metr təşkil etmişdir[3]. Su anbarının tikintisindən sonra delanın kiçilməsi baş verirdi. Hazırda isə dəyişməz olaraq qalır. 1950-ci illərdə irəliləyiş 1 metr olmuşdur.

Antik dövrlərdə delta "Maeotis bataqlığı" (Palus Maeotis) adlanırdı. Hətta burada Tanais şəhəri yerləşirdi.

Flora və Fauna

[redaktə | mənbəni redaktə et]

Delta əsasən tuqay bitkiləri ilə örtülüdür. İqlimi mülayim kontinental olması ilə əlaqədar qar örtüyü uzun zaman qalmır. XXI əsrin əvvəllərindən deltada çaqqallar müşahidə edilir[4][5].

  1. Симов В. Г. Гидрология устьев рек Азовского моря. 1989
  2. Михайлов В. Н. Устья рек России и сопредельных стран: прошлое, настоящее и будущее. 1997
  3. "Arxivlənmiş surət" (PDF). 2017-02-15 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-02-06.
  4. "Rosyov vilayətində çaqqalları ovlamağa icazə verilmişdir". 2016-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-06.
  5. "Canavarın kiçik qardaşını Rusiyanın çöllərində ovlamaq mümkündür". 2016-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-06.