Laminariya

Vikipediya, azad ensiklopediya
(Dəniz kələmi səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Laminariya
Elmi təsnifat
Yarımaləm:
İnfraaləm:
Tipüstü:
Yarımtip:
İnfratip:
Sinifüstü:
Dəstə:
Fəsilə:
Cins:
Laminariya
Beynəlxalq elmi adı

Laminariya (lat. Laminaria)[3]laminariaceae fəsiləsinə aid bitki cinsi. Laminariyanın çoxalması:nəsil növbələşməsi-qeyri cinsi və cinsi nəsilin bir-birini əvələnməsi.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Dəniz kələminin tərkibi yod, manqan, kobalt, fosfor, dəmir və kaliumla zəngindir. Elə həmin keyfiyyətinə görə o ən faydalı bitkilərdən biri hesab edilir.[4]

Dəniz kələmi çiy, qurudulmuş, qaxac edilmiş, konservləşdirilmiş və duzlu halda yeyilir. Onu həm də əvəzsiz pəhriz qidası hesab edirlər. Əsasən ateroskleroz, hipertoniya, raxit, qalxanvarı vəzin müalicəsi və profilaktikası zamanı istifadə edilir. Bu yosun növü maddələr mübadiləsini yaxşılaşdırır, radioaktiv maddələrin bədəndən xaric edilməsinə müsbət təsir göstərir, mədə-bağırsaq sisteminin fəaliyyətini tənzimləyir. Həmin xəstəliklərin müalicə və profilaktikası üçün gündə beş xörək qaşığı dəniz kələmi və yaxud gündə bir neçə dəfə olmaqla iki çay qaşığı onun qurudulmuş formasını qəbul etmək məsləhətdir.

Turşuya duz əvəzinə döyülmüş dəniz kələmi də qatmaq olar. Yaddaşın möhkəmlənməsi üçün hər gün bir çay qaşığı dəniz kələmi tozu qəbul edilir və yaxud iki xörək qaşığı təzə və ya konservləşdirilmiş dəniz kələmi yeyilir. İmmunitet zəifləyəndə qurudulmuş dəniz kələmi axşamdan şüşə qaba doldurulur, üzərinə qaynanmış soyuq su tökülür və səhərədək saxlanılır. Səhər bu qabın ağzı möhkəm bağlanılaraq soyuducuya qoyulur. Gündə iki dəfə-səhər və axşam yeməyindən əvvəl həmin sudan bir çay qaşığı içilir.

Müntəzəm olaraq dəniz kələmindən istifadə edilməsi orqanizmin ümumi tonusuna müsbət təsir göstərir və sərfəli kosmetik vasitə sayılır. Ona görə bu yosun növü müxtəlif cavanlaşdırıcı maska və kremlərin tərkibinə daxil edilir.

Digər qida məhsulları kimi dəniz kələmindən istifadə zamanı da ifrata varmaq olmaz. Misal üçün qalxanvarı vəzin bəzi xəstəlikləri zamanı onun qəbulu qadağan edilir.

Dəniz kələmi yeyilən dəniz məhsullarındandır. Qədim zamanlarda dəniz kələmindən asan yolla əldə edilən dəniz məhsulu olduğuna görə istifadə ediblər. Onun tərkibi yetərincə minerallar və vitaminlərlə zəngindir. Keçmişdə dəniz kələmindən yanlız su sahillərində yaşayan insanlar istifadə edirdilər. Müasir dünyada isə planetin bütün bölgələrində dəniz kələmi restoranların qida rasionuna daxil edilib. Dəniz kələminin tərkibində 59% karbohidratlar, 13% zülallar, 11% liflər, 2% yağlar, 3% minerallar, 12% nəmlik var. Dəniz kələminin tərkibində yod, brom, marqanes, kolbat, sink, kalsium, kalium, natrium, kükürd, fosfor, azot və müxtəlif kimyəvi elementlər, polisaxaridlər, A, B1, B2, B6, B12, C, D, E vitaminləri var. Onun tərkibi pantoten və fol turşuları, L fruktoza və zülallı maddələrlə zəngindir. Adi kələmlə müqayisədə dəniz kələminin tərkibində olan maqniumun miqdarı 11, dəmirin miqdarı 16, natriumun miqdarı 40 dəfə artıqdır. Tərkibinin unikallığına görə dəniz kələmi alimlərin diqqətini həmişə özünə çəkə bilir. Elmi araşdırmalar dəniz kələminin maddələr mübadiləsində iştirak etdiyini və saçların dibini möhkəmləndirdiyini sübut etmişdir. Alimlər dəniz kələmi ilə qidalanmanın bədxassəli şişlərin böyüməsinin qarşısını aldığını sübut edib. Onun tərlkibində olan polisaxaridlər immun sistemin möhkəmlənməsinə səbəb olur. Elmi araşdırmalar zamanı az miqdarda dəniz kələmi yeməyin orqanizmin tonusunu artırdığını sübut ediblər. Dəniz kələmi yemək orqanizmin cavan qalmasına və ömrün uzanmasına səbəb olur. Onu yeməklə orqanizmdəki skleroz əlamətlərini aradan qaldırmaq mümkündür. Onun köməyi ilə protrombin indeksini 10–13% aşağı salmaq mümkün olur. Azyaşlı uşaqlara dəniz kələmi yedirmək onun beyinin daha yaxşı inkişaf etməsinə səbəb olur. Dəniz kələmi zehni və əqli fəaliyyəti artırır, maddələr mübadiləsini yaxşılaşdırır, fiziki yorğunluğu aradan qaldırır, ürək-damar, tənəffüs sistemi xəstəliklərinin əmələ gəlməsinin qarşısını alır, immun sistemdəki disfunksiyanı aradan qaldırır. Davamlı olaraq laminariya yemək kişi və qadınlarda cinsi fəallığın artmasına səbəb olur. Tərkibində olan yod qalxanvari vəzin işinin normallaşmasına səbəb olur.

Gün ərzində 2 çay qaşığı təzə dəniz kələmi və ya 1 qaşıq quru dəniz kələmi yemək orqanizmin yuxarıda adları çəkilən xəstəliklərə yaxalanmasının qarşısını alır. Onun konservləşdirilmiş və marinadlaşdırılımışından da istifadə etmək orqanizmə eyni təsiri bağışlayır.

Yoda qarşı həssaslığı çox olan adamlara dəniz kələmi yeyərkən diqqətli olmaları məsləhət bilinir. Həzm sisteminin kəskin xəstəlikləri, nefrit, hemorragik diatezlər, qızılca, məxmərək, frunkul xəstəlikləri zamanı dəniz kələmi yemək məsləhət görülmür. Hamilələrə dəniz kələmi yeyərkən diqqətli olmaq məsləhət görülür.

Dəniz kələmindən istənilən qədər yemək olar. Çoxlu miqdarda yedikdə isə qanda olan yodun miqdarına nəzarət etmək lazımdır, çünki dəniz kələmindən çox istidadə eləmək orqanizmdə yodun miqdarının artmasına səbəb olur.[5]

  1. (not translated to mul), (not translated to mul), (not translated to mul) An Updated Classification of Brown Algae (Ochrophyta, Phaeophyceae) (çd.). // Cryptogamie, Algologie 2014. C. 35, burax. 2. S. 117–156. ISSN 0181-1568; 1776-0984 doi:10.7872/CRYA.V35.ISS2.2014.117
  2. Appendix III: Conserved, protected, and rejected names of genera and subdivisions of genera. // International Code of Nomenclature for algae, fungi, and plants (Shenzhen Code) / red. N. J. Turland, J. H. Wiersema, F. Barrie, V. Qreuter, D. L. Hawksworth, P. S. Herendeen, S. Knapp, W. Kusber, D. Z. Li, K. Marhold və b. 2018. ISBN 978-3-946583-16-5
  3. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  4. "Arxivlənmiş surət". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-02.
  5. "Arxivlənmiş surət". 2021-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-02.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]