Cüdo

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Cüdo
yap. 柔道
Cüdo heroqliflərlə
Cüdo heroqliflərlə
Tam adı Cüdo
Yaranma tarixi 1882
Ölkə
Banisi Ciqoro Kano
Xələfləri müxtəlif Ciu-citsu məktəbləri, ilk növbədə Tendzin Sinyo RyuKito Ryu
Sələfləri Braziliya ciu-citsusu, Kavaisi Ryu ciu-citsu, Kosen cüdo, Sambo
Müasir təşkilatları Beynəlxalq Cüdo Federasiyası (IJF), Kodokan cüdo
Tanınmış ardıcılları Suneciro Tomita, Mitsuyo Maeda, Küzo Mifune, Keyko Fukuda, Masahiko Kimura, Anton Hesink, Yasuhiro Yamaşita, Hidehiko Yoşida, Kosey İnoue, Vladimir Putin, Qay Riçi, Antonio Rodriqo Noqeyra, Fyodor Yemelyanenko, Habil Biktaşev, Abdulla Tanqriyev, Toşihiko Koqa, Rişod Sobirov, Marat Azimbayev
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Cüdo

Cüdo[1][2][3] (Cü - yumşaq, Do – yol) və ya dzü-do — yapon döyüş sənətidir. Ciqaro Kano Ciu-citsu döyüş növünün əsasında cüdonun əsas qaydalarını, məşq prinsiplərini, mübarizə üsullarını yaratmışdır. Cüdonun yarandığı tarix 1882-ci il hesab olunur.

Cüdo idman növü 1882-ci ildə Yaponiyada yaranıb. Bu idman növünün təməlini Ciqaro Kano qoyub. C.Kano Yaponiyada Olimpiya Komitəsinin ilk prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin üzvü olub. O vaxt yaponların milli idman növü sayılan əlbəyaxa-silahsız döyüş növü olan ciu-citsu təkcə Yaponiyada deyil, eləcə də əksər dünya xalqları arasında geniş yayılmışdır. Lakin bu idman növü ilə məşğələlər, yarışlar saysız-hesabsız zədələrlə nəticələnirdi. Buna görə də ciu-citsu gənclərin fiziki tərbiyəsinə yönəldilmiş idman növü ola bilməzdi. Yaponiya məktəblərindən birində müəllim işləyən Ciqaro Kanonu gənclərin fiziki və mənəvi tərbiyəsi həmişə ciddi şəkildə düşündürdüyündən o belə qənaətə gəlmişdir ki, gənclərə yeni, zərbələrsiz və fəndləri zədələnmələrə səbəb olmayan maraqlı bir idman növü gərəkdir. Buna görə də o, Tokio universitetinin həkimi Ervin Bels ilə birlikdə ciu-citsu idman növündə zədələnmələrə, çıxıqlara və sınıqlara səbəb olan fəndləri və zərbələri çıxararaq yeni idman növünü yaratdı və ona "Cüdo" adını verdi. Yaponca CÜ-elastik, yumşaq, DO isə yol, prinsip deməkdir. Yeni güləş növünün sirrləri isə Ciqaro Kanonun yaratdığı və dünyada ilk cüdo məktəbi olan "Kodokan"da öyrədilirdi. Kodokan ümumdünya cudo institutu olmaqla bu gün də dünyanın ən böyük cüdo mərkəzidir, yapon milli güləşini bütün dünyada təbliğ edən və yayan bir təşkilatdır.

Cüdoya tez bir zamanda geniş kütləni cəlb etmək üçün Kano müxtəlif üsullardan istifadə etmişdir. O, söyləyirdi ki, ən zəif adam belə cüdo fəndlərinin köməyi ilə özündən qat-qat güclü adama çox güc sərf etmədən asanlıqla qalib gələ bilər. Beləliklə də, tez bir vaxt ərzində kodokanda cüdonun sirrlərini öyrənmək arzusunda olanların sayı durmadan artmağa başladı. Tezliklə Kanonun istedadlı tələbələri ciu-citsu və digər məktəblərin yetirmələri ilə təşkil olunan yarışlarda qələbələr qazanaraq cüdonun onlarla müqayisədə yüksəkdə olduğunu sübut etmişlər.

Dünyada tanınması və inkişafı

[redaktə | mənbəni redaktə et]

Daha sonra isə Kano cüdonu dünyada yaymaq haqqında fikirləşməyə başlayır. Bu məqsədlə o, öz tələbələri ilə Avropa və Amerikaya səyahətə çıxır. Onlar hər ölkədə cüdonun üstünlüyünü göstərərək Kodokan məktəbinin filiallarını açırdılar. Cüdo ilə məşqul olanlara hətta təqaüd də verilirdi. Beləliklə də, XX əsrin əvvəllərində cüdo Fransada, İngiltərədə, Braziliyada, Belçikada, Hollandiyada, İspaniyada və s. bu kimi iri inkişaf etmiş ölkələrdə geniş yayılmağa başladı və tez bir zamanda geniş şöhrət qazandı.

İlk dünya çempionatı

[redaktə | mənbəni redaktə et]

Beynəlxalq Cüdo Federasiyası 1951-ci ildə, Avropa Cüdo Birliyi isə 1952-ci ildə yaradıldı. 1956-cı ildə Tokioda ilk dünya çempionatı keçirildi və 1958-ci ildə Parisdə təkrarlandı. Əvvəlcə cüdoda çəki dərəcələrinə bölünmə yox idi və hər iki dünya çempionatında yaponlar qalib gəlmişlər. Lakin 1961-ci ildə keçirilmiş dünya çempionatında Hollandiyalı Anton Hessinkin çempion olması yaponların şöhrətinə zərbə endirdi və bu onları məcbur etdi etdi ki, çəki dərəcələri sistemini yarışlırda tədbiq etsinlər. İlk çəki dərəcələri belə olmuşdur: 68 kq, 80 kq, +80 kq və mütləq çəki dərəcəsi. Mütləq çəkidə çəkisindən asılı olmayaraq bütün cüdoçular güləşə bilərlər.

1964-cü ildə Yay Olimpiya oyunlarına ev sahibliyi edən yaponlar cüdonun Olimpiya oyunlarının proqramına daxil olunmasına nail oldular. Təkcə 1968-ci il Olimpiya Oyunlarında cüdo proqrama daxil olunmamışdır. 1972-ci ildə Münhendə Olimpiya Oyunlarında isə cüdo proqrama yenidən daxil olundu və indiyə qədər də bu davam edir.

İdman yarışları

[redaktə | mənbəni redaktə et]

Yarışlar güləş texnikası (şiay) və kata ( cütluylər kata elementlərinin düzgün işlədməsi ) üzrə keçirilir.

Tərketmə sistemindən asılı olaraq var:

  • olimpik sistem təsəlli görüşlər ilə (yarımfinal görüşlərindən başlayaraq);
  • olimpik sistem təsəlli görüşlərsiz;
  • dairəvi sistem ilə;
  • qarışıq sitem ilə[4].

Təsəlliverici görüşlərdə uduzan cüdoçunun rəqibi finala qədər yüksəldikdə o, son döyüşdə yarımfinalda uduzanla bürünc medal uğrunda döyüşəcək[5][6].

Döyüş ölçüsü minimum 14 x 14 metrə olan tatamidə, onun 8 x 8 və ya 10 x 10 metr olan hissəsində baş tutur. İdmançılardan biri fənd zamanı tatamidən kənara çıxdıqda yalnız tatzminin içində başlayan fənd qiymətlənir.

Beynəlxalq cüdo federasiyasının təşkil etdiyi yarışlar zamanı cüdoçular ağ və göy rəngli cüdogilərdə çıxış edirlər. Döyüşün müddəti 5 dəqiqədir. Əsas vaxt bitdikdən sonra xallar eyni olduğda (həm fəndlər, həm də şidolar sayılır) vaxtı məhdud olmayan qoldenskor təyin olunur, döyüş ilk xal və ya şidoya kimi davam edir.

Döyüşü üç hakim idarə edir ( tatamidəki arbitr və tatamidən kənarda iki hakim, böyük yarışmalarda videotəkrar tətbiq olunur).

Əlillər üçün də yarışlar təşkil olunur (həmçinin gözdən əlillər üçün də)[7].

İdmançılar ayaq üstə fəndlər, parterdə saxlama (osaekomi), boğucu və ağrıedici fəndlər tətbiq edə bilərlər (ənənəvi cüdodan fərqli olaraq, ağrıedici fəndi yalnız dirsək oynağında tətbiq etmək olar). Ayaq üstə ağrıedici və boğucu fəndləri və zərbələri (atemi) tətbiq etmək qadağandır.

Döyüş idmançıların ayaq üstə vəziyyətdə başlayır. Tatamiyə çıxdıqda idmançılar biri birinə baş əyirlər. Həmçinin döyüşün əvvəlində və sonunda baş əymək lazımdır. Döyüşdən əvvəl əl ilə görüşmək qadağandır.

Döyüş «hacime» komandasından sonra başlayır. «Mate» komandası döyüşü müvəqqəti, «soro-made» isə döyüşü tam olaraq dayandırır.

Texniki fənd alındısa, onu qiymətləndirirlər. Üç qiymət var: «yuko» (有効, yu:ko:?, «effektiv»), «vaza-ari» (技あり, vaza ari?, «texnikanın yarısı») və «ippon» (一本, ippon?, «bir xal», təmiz qələbə). Ən yüksək qiymət ippondur, ondan aşağı vaza-ari, minimal qiymət yukodur. Əvvəllər tətbiq olunan ən aşağı xal «koka» (効果, ko:ka?, «nəticə») 2009-cu ildə ləğv olundu.[8]. Vaza-ari rəqibin istənilən yuko fəndlərindən yüksək, vaza-ari və yuko təkcə vaza-aridən yüksək qiymətlənir. İki vaza-ari döyüşçüyə qələbə verir (vaza-ari-avasete-ippon — vaza-ariləri birləşdirirəm və ippon verirəm).

"İppon" bu hallarda verilir:

  • cüdoçu rəqibi belinin böyük hissəsini tez və güclü tatamiyə vurduqda;
  • cüdoçu saxlama (osaekomi) fəndini 20 saniyədən çox tətbiq edildikdə;
  • idmançının rəqibi boğucu və ya ağrıedici fənd zamanı «maita» sözünü dedikdə və ya iki və ikidən artıq dəfə əlini və ya ayağını tatamiyə və ya rəqibinin ayağına vurduqda;
  • boğucu və ya ağrıedici fəndin nəticəsi hakimlərə aşkar olduqda (məsələn,idmançı fənd nəticəsində huşunu itirdikdə).
Hakim əlini qaldıraraq ippon xalı verir

"Vaza-ari" bu hallarda verilir:

  • cüdoçu rəqibinin kiçik hissəsini, zəif və ya gec vurduqda ("ippon" üçün lazım olan üç elementdən ikisi olduqda;
  • cüdoçu saxlama (osaekomi) fəndini 15 saniyədən çox amma 20 saniyədən az tətbiq edildikdə.

"Yuko" bu hallarda verilir:

  • cüdoçu rəqibinin kiçik hissəsini, zəif və ya gec vurduqda ("ippon" üçün lazım olan üç elementdən biri olduqda);
  • cüdoçu saxlama (osaekomi) fəndini 10 saniyədən çox amma 15 saniyədən az tətbiq edildikdə.

Qayda pozuntularına görə hakim «şido» (指導, şido:?, cəza) tətbiq edə bilər. Cəza qadağan olunmuş fəndlərin tətbiqinə gorə, passivlik, fəndlərin immitassiyası, parterə çəkinmə, rəqibin tutma fəndindən hər dəfə yayındıqda və sair hallara görə verilir. Üçdən az «şido» rəqibə xal vermir. Dördüncü şido dərhal döyüşü dayandırır, cüdoçu diskvalifikasiya olunur və rəqibə ippon xalı verilir («hansoku-make» (反則負け, hansoku make?, «qayda pozuntusuna görə məğlubiyyət»). Ciddi qayda pozuntularına görə «hansoku-make» əvvəlcədən verilən şidosuz da verilə bilər (məsələn, ayaq üstə rəqibin ayağını tutduğuna gorə).

2010-cu ilin yanvarın birində qaydalarda dəyişikliklər oldu. İlk fənd kimi ayağın və beldən aşağı hər bir hissənin tutması diskvalifikasiya ilə cəzalanır. Aşağı müdafiə vəziyyəti şido ilə cəzalanır. Cüdo ruhunun hər bir pozuntusu diskvalifikasiya ilə cəzalanır[9].

Döyüşlər iki «Care» sistemli kameralarla qeyd olunacaqlar. Əlavə vaxt zamanı əsas vaxtda qazanılan xallar göstəriləcək. Əlavə vaxtın sonuna qədər nəticə dəyişmədikdə qalibi hakimlər müəyyən edirlər.

2013-cü ilin fevralında yenidən qaydalarda dəyişikliylər oldu. Ayaq üstə döyüş zamanı ayaqdan tutmaq dərhal «hansoku-make» ilə cəzalanır. Saxlama fəndinin müddəti azaldı: 20/15/10 saniyə — ippon/vaza-ari/yuko. Rəqibin tutma fəndindən iki əllə və ayaq ilə qaçmaq. «Səhv» tutmaların (məsələn, birtərəfli) dərhal fənd kimi tətbiq etməsi tələbi (əvvəllər tutma üç saniyədən çox olmadan fənd kimi tətbiq olunmalı idi). Parter və ya ayaq üstə tatamidə başlayan fənd tatamidən kənarda da qiymətlənir və bununla döyüşçünün müdafiə kimi tatamidən kənara çıxmağı taktikası ləğv olunur. İkinci və üçüncü şido rəqibə xal verməyəcək. Əlavə vaxta məhdudiyyət ləğv olundu, hakimlər qələbə qazananı müəyyən etmirlər. Hakimlərin ikisi tatamidən kənarda olacaqlar. Çəkilər döyüşlərdən bir gün əvvə ölçülür.

Olimpiya Oyunlarında

[redaktə | mənbəni redaktə et]

1964-cü ildə Tokioda keçirilən XVIII Yay Olimpiya Oyunlarında cüdo ilk dəfə olimpiya oyunları proqramına daxil edilmişdir. 1992-ci ildə Barselonada keçirilən Olimpiadada MDB yığmasını təmsil edən idmançımız Nazim Hüseynov cüdo üzrə ilk azərbaycanlı Olimpiya çempionu olmuşdur. Eyni uğuru 2008-ci ildə Pekində keçirilən XXIX Yay Olimpiya Oyunlarında Elnur Məmmədli təkrarlamışdır.

  1. Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının Prezidenti Marius Vizeri qəbul edib[ölü keçid]. Beynəlxalq Mətbuat Mərkəzi
  2. "İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının Prezidenti Marius Vizeri qəbul etmişdir". 2021-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-23. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  3. Federasiyalar Arxivləşdirilib 2012-03-07 at the Wayback Machine. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi saytı.
  4. "Правила соревнований Федерации дзюдо России" (rus). Федерация дзюдо России. 2011-08-23 tarixində orijinalından (doc) arxivləşdirilib. İstifadə tarixi: 2010-06-02.
  5. Neil Ohlenkamp. "Judo Competition Systems" (ingilis). JudoInfo.com. 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-06-02.
  6. "IJF Sports & Organization Rules" (doc) (ingilis). International Judo Federation. 2011-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-20.
  7. "Judo for Blind Athletes" (ingilis). JudoInfo.com. 2011-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-15.
  8. "Изменения правил соревнований Международной федерации дзюдо, действующие с 1 января 2009 года" (rus). 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-11-14.
  9. "2010-ci ilin yanvarın 1-dən Beynalxalq cüdo federasiyasının yarışma qaydalarında dəyişiklik" (PDF) (ingilis). 2011-08-23 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2010-03-01.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]