Birinci Cenevrə Konvensiyası
Birinci Cenevrə Konvensiyası | |
---|---|
ing. The First Geneva Convention, for the Amelioration of the Condition of the Wounded in Armies in the Field | |
| |
İmzalanma tarixi | 22 avqust 1864 |
İmzalanma yeri | Cenevrə, İsveçrə |
Tərəflər | Siyahı |
Dili | çex dili |
Birinci Cenevrə Konvensiyası — Quruda döyüşən silahlı qüvvələrdəki yaralıların vəziyyətinin yaxşılaşdırılması ilə bağlı 22 avqust 1864-cü ildə qəbul edilmiş dörd Cenevrə Konvensiyasından birincisi.[1][2] Sənəd "silahlı münaqişələrin qurbanlarının müdafiəsi üçün beynəlxalq hüquq normalarının əsaslandığı baza müddəaları" müəyyən edir.[3]
İlk saziş 1864-cü ildə qəbul edildikdən sonra 1906, 1929 və nəhayət 1949-cu ildə əhəmiyyətli dərəcədə yenidən işlənmiş və dəyişdirilmişdir. Sözügedən sənəd bu konvensiyaların maddələrinin həm formalaşmasında, həm də icrasında təşəbbüskar olan Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə ayrılmaz şəkildə bağlıdır.
Tarixi
[redaktə | mənbəni redaktə et]1864-cü il Cenevrə Konvensiyası Avropanın siyasi və hərb tarixi üçün kritik olan bir dövrdə hazırlanmışdır. Bununla yanaşı, okeanın digər tərəfində – ABŞ-də vətəndaş müharibəsi 1861-ci ildən bəri davam etməkdə idi və nəticədə 750,000–900,000 nəfər insan həyatını itirəcəkdi. 1815-ci ildə Vaterlo döyüşündə Napoleonun məğlubiyyətə uğramasından sonra onun qardaşı oğlunun 1859-cu ildə İtaliyada zəfər qazanmasına qədərki dövrdə böyük güclər Qərbi Avropada sülhü qoruya bilmişdilər.[4]
Bununla belə, 1853–1856-cı illərdə Krımda münaqişənin baş verməsi ilə müharibə Avropaya qayıtdı və bütün bu çətinliklər "uzaq və əlçatmaz bir bölgədə" olarkən, İtaliyanın şimalı "Qərbi Avropanın hər yerindən o qədər əlçatan idi ki, dərhal maraqlı müşahidəçilərlə doldu"; çox qan tökülməsə də, yaranan görüntü qeyri-adi və sarsıdıcı idi.[4] 1864-cü il Cenevrə Konvensiyasının hazırlanmasında məqsəd müharibənin dağıntılarını yüngülləşdirmək olsa da, "I Napoleonun ortadan qaldırılmasından sonra Qərbi Avropa xalqlarının…öyrəşmədiyi şəkildə geniş miqyasda hərbi kampaniyaların yenilənməsini" tətiklədi.[4]
Yaralıların və hərbi əsirlərin müalicəsini tənzimləyən beynəlxalq müddəaların müəyyən edilməsi ilə bağlı hərəkat yardım fəalı Anri Dünanın 1859-cu ildə Şimali İtaliyada Fransız-Pyemont və Avstriya orduları arasında gedən Solferino döyüşünə şahid olması ilə başladı.[5] Döyüş meydanında qalan 40,000 yaralı əsgərin müvafiq şərait və şəxsi heyət olmadığına, o cümlədən onlara tibbi yardım göstərmək üçün atəşkəs elan edilmədiyinə görə çəkdikləri əziyyət Dünanı hərəkətə keçirdi.[2] O, Cenevrəyə qayıtdıqdan sonra "Solferino xatirəsi" (it. "Un Souvenir de Solferino") adlı hesabatını dərc etdirdi.[6] Beynəlxalq konfransın çağırılmasını tələb edən Dünan qısa müddət sonra – 1863-cü ildə isveçrəli hüquqşünas Güstav Muanye ilə Beynəlxalq Qırmızı Xaç Komitəsini təsis etdi.[7][1]
Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) "öz əhalisinin sağlamlığını və fiziki rifahını qorumağın ilk növbədə həmin dövlətin vəzifəsi və məsuliyyəti" olduğunu qəbul etsə də, "könüllü qurumların həmişə, xüsusilə də müharibə zamanı, hər bir ölkədə bu vəzifəni yerinə yetirməli olan rəsmi qurumları tamamlamasına…ehtiyac" olacağını bilirdi.[8] Missiyasının geniş şəkildə qəbul edilməsini təmin etmək məqsədilə komitə həm özünün, həm də maraqlı döyüşən tərəflərin fəaliyyətlərini idarə etmək üçün bir sıra qaydaların qəbul olunmasını zəruri hesab edirdi.
Yalnız bir il sonra İsveçrə hökuməti bütün Avropa ölkələrinin, eləcə də ABŞ, Braziliya və Meksikanın hökumətlərini rəsmi diplomatik konfransda iştirak etməyə dəvət etdi. On altı ölkə Cenevrəyə ümumilikdə iyirmi altı nümayəndə göndərdi. İclasa general Giyom-Anri Düfur rəhbərlik edirdi. Konfrans 1864-cü il avqustun 22-də Cenevrənin şəhər binasının Alabama zalında baş tutdu.[9] Konfransda "Quruda döyüşən silahlı qüvvələrdəki yaralıların vəziyyətinin yaxşılaşdırılması ilə bağlı" ilk Cenevrə Konvensiyası qəbul edildi.
Həmin gün konvensiyanı aşağıdakı 12 dövlətin nümayəndələri imzaladılar:[10]
İsveç və Norveç Birləşmiş Krallığı dekabr ayında,[11] Birləşmiş Krallıq isə bir il sonra – 1865-ci ildə sənədə imza atdı.[12] Avstriya-Prussiya müharibəsinin başa çatmasından sonra 1866-cı ildə Bavariya Krallığı və Avstriya,[13] 1882-ci ildə isə ABŞ konvensiyanı imzalayan ölkələrin sırasına qoşuldular.[12]
Sənədin əsli Bern şəhərində İsveçrə Federal Arxivində saxlanılır.[14] Daha əvvəl sənəd Cenevrədəki Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Muzeyinə verilmişdi.[15]
Tətbiqi
[redaktə | mənbəni redaktə et]Konvensiya "məcburi qüvvəsini onları qəbul edən və hərbi əməliyyatların aparılması zamanı tətbiq edən dövlətlərin nəzərdə tutulan razılığından almışdır".[4] Aşağıda sadalanan əsas vəzifələrinə baxmayaraq, sənəd əhəmiyyətli və sürətli islahatları həyata keçirməkdə uğur qazandı. Bu ilk cəhd yalnız aşağıdakılar üçün nəzərdə tutulmuşdu:[16]
- yaralı və xəstə əsgərlərin müalicəsini təmin edən bütün müəssisələrin ələ keçirilməməsi və məhv edilməməsi üçün onların toxunulmazlığı;
- bütün döyüşçülərin qərəzsiz şəkildə qəbulu və müalicəsi;
- yaralılara yardım göstərən mülki şəxslərin müdafiəsi; və
- Qızıl Xaç simvolunun müqavilənin əhatə etdiyi şəxsləri və avadanlıqları müəyyən etmək vasitəsi kimi tanınması.
Məzmunu
[redaktə | mənbəni redaktə et] I–IV CK və I–III P-ların tərəfləri | I–IV CK və I–II P-ların tərəfləri |
I–IV CK və I və III P-ların tərəfləri | I–IV CK və I P-un tərəfləri |
I–IV CK və III P-un tərəfləri | yalnız I–IV CK-nın tərəfləri |
1864-cü il konvensiyasının ilkin on maddəsi[17] sonralar genişləndirilmiş və maddələrin sayı 64-ə çatdırılmışdır. Bu uzunmüddətli müqavilə döyüş zonasındakı hors de combat əsgərləri (xəstəlik və ya zədə səbəbindən döyüşdən kənarda qalan), habelə tibbi və dini heyəti və mülki insanları qoruyur. Belə ki, konvensiyanın 12-ci maddəsi döyüşdən kənarda qalan yaralı və xəstə əsgərlərə humanist rəftar edilməsini, onların xüsusən də öldürülməməsini, yaralanmamasını, işgəncələrə və bioloji sınaqlara məruz qoyulmamasını tələb edir. Bu maddə sazişin məhək daşı hesab olunur və tibb bölmələrinə və müəssisələrinə (III fəsil), yaralıların qayğısına qalmaq vəzifəsi həvalə edilmiş şəxsi heyətə (IV fəsil), binalar və materiallara (V fəsil), tibbi nəqliyyata (VI fəsil) və qoruyucu nişana (VII fəsil) hörmət etmək öhdəliyi də daxil olmaqla, sənədin böyük hissəsinin əsaslandığı prinsipləri müəyyən edir.[18]
15-ci maddəyə görə yaralı və xəstə əsgərlər, hətta hərbi əsir olsalar belə, yerdən götürülməli, onlara qulluq edilməli və mühafizələri təmin olunmalıdır. 16-cı maddənin tələbinə əsasən münaqişə tərəfləri ölənlərin və yaralıların kimliyini qeyd etməli və bu məlumatı qarşı tərəfə ötürməlidirlər. 9-cu maddə Beynəlxalq Qırmızı Xaç Komitəsinə "və ya hər hansı digər qərəzsiz humanitar təşkilata" yaralı və xəstə əsgərlərin, habelə tibbi və dini heyətin mühafizəsini və yardımını təmin etməyə icazə verir.
Bəzi terminlər və anlayışlarla bağlı çox sayda qeyri-müəyyənlik olduğuna görə, ən əsası isə müharibə və hərbi texnologiyanın sürətlə inkişaf edən təbiətə malik olması səbəbindən orijinal maddələr daha çox 1906-cı ildə İkinci Cenevrə Konfransında, eləcə də dəniz müharibəsi ilə əlaqədar müddaəları da nəzərdə tutan 1899 və 1907-ci il Haaqa Konvensiyalarında yenidən işlənməli və genişləndirilməli oldu.[16] Konvensiyanın 1906-cı il versiyası sonralar yeniləndi və ona kiçik dəyişikliklər edildikdə 1929-cu il versiyası ilə əvəz olundu. Sonuncu sənəd də təkrarən yeniləndi və 1949-cu il Cenevrə Konfransının Yekun Aktı kimi tanınan 1949-cu il versiyası ilə əvəz edildi.[19]
Lakin 1951-ci ildə Beynəlxalq Qırmızı Xaç Komitəsinin direktoru Jan Piktenin də qeyd etdiyi kimi, "hər halda qanun həmişə mərhəmətdən geri qalır; o, həyat reallıqlarına və bəşəriyyətin ehtiyaclarına uyğunlaşmaqda gecikir". Buna görə də ilkin Cenevrə Konvensiyasının əsas prinsiplərinə yenidən baxılması və genişləndirilməsi yolu ilə "hüququn öz dəyərini saxlayacağı ehtimalı ilə…qanunun əhatə dairəsinin genişləndirilməsinə yardım etmək" Qırmızı Xaç Cəmiyyətinin vəzifəsidir.[3]
Hazırda ilkin saziş və digər üç sənəd də daxil olmaqla, 1949-cu il Cenevrə konvensiyalarının 196 iştirakçısı var.[20]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- Cenevrə konvensiyaları
- Beynəlxalq Qırmızı Xaç Komitəsi
- Beynəlxalq humanitar hüquq
- Sankt-Peterburq Bəyannaməsi (1868)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 "The First Geneva Convention of 1864: a historic document". International Review of the Red Cross. 6 (67): International Review of the Red Cross. 1966. 25 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 November 2021.
- ↑ 1 2 Bennett, Angela. The Geneva Convention, the Hidden Origins of the Red Cross. Sutton Publishing. 2005. səh. x. ISBN 978-0750941471.
- ↑ 1 2 Pictet, Jean S., "The New Geneva Conventions for the Protection of War Victims", The American Journal of International Law, 45 (3), 1951: 462–475, doi:10.2307/2194544, JSTOR 2194544
- ↑ 1 2 3 4 Davis, George B., "The Geneva Convention of 1906", The American Journal of International Law, 1 (2), 1907: 409–417, doi:10.2307/2186169, JSTOR 2186169
- ↑ Baxter, Richard, "Human Rights in War", Bulletin of the American Academy of Arts and Sciences, 31 (2), 1977: 5, doi:10.2307/3822833, JSTOR 3822833
- ↑ See Dunant, Henri, Un Souvenir de Solferino (1), Geneve: Jules Fick, 1862
- ↑ Sperry, C.S., "The Revision of the Geneva Convention, 1906", Proceedings of the American Political Science Association, 3, 1906: 33–57, doi:10.2307/3038537, JSTOR 3038537
- ↑ Anderson, Chandler P., "The International Red Cross Organization", The American Journal of International Law, 14 (1), 1920: 210–214, doi:10.2307/2187844, JSTOR 2187844
- ↑ "Town Hall - Alabama Room". Geneva Tourism. 25 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 November 2021.
- ↑ "Convention for the Amelioration of the Condition of the Wounded in Armies in the Field. Geneva, 22 August 1864". Geneva, Switzerland: International Committee of the Red Cross ICRC. 1 July 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 June 2017.
- ↑ "Watch: 70th birthday of the Geneva Conventions: Why was it signed and what does it do?". Euronews. 12 August 2019. 5 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 January 2022.
- ↑ 1 2 "Rules and conventions". BBC. 25 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 November 2021.
- ↑ Bennett, Angela. The Geneva Convention, the Hidden Origins of the Red Cross. Sutton Publishing. 2005. səh. 75. ISBN 978-0750941471.
- ↑ Bennett, Angela. The Geneva Convention, the Hidden Origins of the Red Cross. Sutton Publishing. 2005. səh. xiii. ISBN 978-0750941471.
- ↑ "25 Years of the Additional Protocols to the Geneva Conventions of 1949 - Original Geneva Convention of 1864 now in Geneva museum". ICRC. 7 June 2002. 26 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 January 2022.
- ↑ 1 2 Geneva Conventions // Encyclopædia Britannica. 19 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 August 2020.
- ↑ "Convention for the Amelioration of the Condition of the Wounded in Armies in the Field. Geneva, 22 August 1864". Geneva, Switzerland: International Committee of the Red Cross ICRC. 1 July 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 June 2017.
- ↑ Pictet, Jean. Geneva Conventions of 12 August 1949: Commentary. International Committee of the Red Cross. 1958. 23 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 November 2009.
- ↑ "Final Act of the Diplomatic Conference of Geneva, 12 August 1949". Geneva, Switzerland: International Committee of the Red Cross ICRC. 15 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 June 2017.
- ↑ "States party to the main treaties". The American National Red Cross. 15 August 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 December 2009.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Əlifba sırasına görə müqavilələr
- Cenevrə konvensiyaları
- ABŞ-nin müqavilələri
- Almaniya Demokratik Respublikasının müqavilələri
- Almaniya Federativ Respublikasının müqavilələri
- Andorranın müqavilələri
- Antiqua və Barbudanın müqavilələri
- Argentinanın müqavilələri
- Avstraliyanın müqavilələri
- Avstriyanın müqavilələri
- Azərbaycanın müqavilələri
- Baham adalarının müqavilələri
- Banqladeşin müqavilələri
- Barbadosun müqavilələri
- Belçikanın müqavilələri
- Belizin müqavilələri
- Belorusiya Sovet Sosialist Respublikasının müqavilələri
- Bəhreynin müqavilələri
- Birləşmiş Krallığın müqavilələri
- Boliviyanın müqavilələri
- Bolqarıstan Xalq Respublikasının müqavilələri
- Bosniya və Herseqovinanın müqavilələri
- Botsvananın müqavilələri
- Burkina-Fasonun müqavilələri
- Burundinin müqavilələri
- Cənubi Koreyanın müqavilələri
- Cibutinin müqavilələri
- Çadın müqavilələri
- Çexiyanın müqavilələri
- Çexoslovakiyanın müqavilələri
- Çilinin müqavilələri
- Danimarkanın müqavilələri
- Dominikan Respublikasının müqavilələri
- Dominikanın müqavilələri
- Ekvadorun müqavilələri
- Ekvatorial Qvineyanın müqavilələri
- Eritreyanın müqavilələri
- Ermənistanın müqavilələri
- Estoniyanın müqavilələri
- Esvatininin müqavilələri
- Əlcəzairin müqavilələri
- Fələstin Dövlətinin müqavilələri
- Ficinin müqavilələri
- Filippinin müqavilələri
- Finlandiyanın müqavilələri
- Gürcüstanın müqavilələri
- Haitinin müqavilələri
- Hondurasın müqavilələri
- Xorvatiyanın müqavilələri
- İndoneziyanın müqavilələri
- İordaniyanın müqavilələri
- İrlandiyanın müqavilələri
- İslandiyanın müqavilələri
- İspaniyanın müqavilələri
- İsrailin müqavilələri
- İsveçin müqavilələri
- İsveçrənin müqavilələri
- İtaliyanın müqavilələri
- Kabo-Verdenin müqavilələri
- Kamerunun müqavilələri
- Kanadanın müqavilələri
- Keniyanın müqavilələri
- Kiprin müqavilələri
- Kolumbiyanın müqavilələri
- Komor adalarının müqavilələri
- Konqo Respublikasının müqavilələri
- Kosta-Rikanın müqavilələri
- Kot-d'İvuarın müqavilələri
- Kubanın müqavilələri
- Küveytin müqavilələri
- Qabonun müqavilələri
- Qambiyanın müqavilələri
- Qananın müqavilələri
- Qayananın müqavilələri
- Qazaxıstanın müqavilələri
- Qırğızıstanın müqavilələri
- Qrenadanın müqavilələri
- Qvatemalanın müqavilələri
- Qvineya-Bisaunun müqavilələri
- Qvineyanın müqavilələri
- Latviyanın müqavilələri
- Lesotonun müqavilələri
- Liberiyanın müqavilələri
- Lixtenşteynin müqavilələri
- Litvanın müqavilələri
- Livanın müqavilələri
- Lüksemburqun müqavilələri
- Macarıstan Xalq Respublikasının müqavilələri
- Madaqaskarın müqavilələri
- Malavinin müqavilələri
- Maldiv adalarının müqavilələri
- Malinin müqavilələri
- Maltanın müqavilələri
- Mavrikinin müqavilələri
- Mavritaniyanın müqavilələri
- Meksikanın müqavilələri
- Mərakeşin müqavilələri
- Mərkəzi Afrika Respublikasının müqavilələri
- Moldovanın müqavilələri
- Monakonun müqavilələri
- Monqolustan Xalq Respublikasının müqavilələri
- Monteneqronun müqavilələri
- Namibiyanın müqavilələri
- Naurunun müqavilələri
- Nepalın müqavilələri
- Niderlandın müqavilələri
- Nigerin müqavilələri
- Nigeriyanın müqavilələri
- Nikaraquanın müqavilələri
- Norveçin müqavilələri
- Özbəkistanın müqavilələri
- Palaunun müqavilələri
- Panamanın müqavilələri
- Papua-Yeni Qvineyanın müqavilələri
- Paraqvayın müqavilələri
- Perunun müqavilələri
- Polşa Xalq Respublikasının müqavilələri
- Ruandanın müqavilələri
- Rumıniya Sosialist Respublikasının müqavilələri
- Salvadorun müqavilələri
- Samoanın müqavilələri
- San-Marinonun müqavilələri
- San-Tome və Prinsipinin müqavilələri
- Seneqalın müqavilələri
- Sent-Kits və Nevisin müqavilələri
- Sent-Lüsiyanın müqavilələri
- Sent-Vinsent və Qrenadinin müqavilələri
- Serbiya və Monteneqronun müqavilələri
- Seyşel adalarının müqavilələri
- Slovakiyanın müqavilələri
- Sloveniyanın müqavilələri
- SSRİ-nin müqavilələri
- Surinamın müqavilələri
- Syerra-Leonenin müqavilələri
- Şərqi Timorun müqavilələri
- Şimali Koreyanın müqavilələri
- Şimali Makedoniyanın müqavilələri
- Tacikistanın müqavilələri
- Tailandın müqavilələri
- Toqonun müqavilələri
- Trinidad və Tobaqonun müqavilələri
- Tunisin müqavilələri
- Türkiyənin müqavilələri
- Türkmənistanın müqavilələri
- Ukrayna Sovet Sosialist Respublikasının müqavilələri
- Uqandanın müqavilələri
- Uruqvayın müqavilələri
- Vanuatunun müqavilələri
- Venesuelanın müqavilələri
- Yamaykanın müqavilələri
- Yaponiyanın müqavilələri
- Yeni Zelandiyanın müqavilələri
- Yəmən Ərəb Respublikasının müqavilələri
- Yuqoslaviyanın müqavilələri
- Zambiyanın müqavilələri
- Zimbabvenin müqavilələri