Avstriyalı Mariya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Avstriyalı Mariya
25 iyul 1564 – 12 oktyabr 1576
ƏvvəlkiPortuqaliyalı İzabella
SonrakıAvstriyalı Anna
Şəxsi məlumatlar
Doğum tarixi 21 iyun 1528
Doğum yeri
Vəfat tarixi 26 fevral 1603(1603-02-26)[1][2][…] (74 yaşında)
Fəaliyyəti queen regnant[d]
Atası V Karl[3]
Anası Portuqaliyalı İzabella[3]
Həyat yoldaşı
Uşaqları
Ailəsi Habsburqlar sülaləsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Avstriyalı Mariya (21 iyun 1528, Madrid26 fevral 1603[1][2][…]) — Müqəddəs Roma imperatoru V Karlın qızı və II Maksimilyanın xanımı.

İspaniyada olduğu müddət ərzində məşhur ispan bəstəkarı Tomas Luis de Viktoriyanın hamisi olaraq onun yaradıcılığını dəstəklədi. Üstəlik Mariyanın 1603-cü ildə vəfatından sonra bəstəkar onun şərəfinə möhtəşəm bir əsər bəstələdi.

Mariya 21 iyun 1528-ci ildə Müqəddəs Roma imperatoru V KarlPortuqaliyalı İzabellanın böyük qızı olaraq Madriddə dünyaya gəldi. Uşaqlığı bacısı Yuanna və qardaşı Filiplə birlikdə ValyadolidToledo saraylarında keçmişdir. Atasının vəzifəsiylə bağlı durmadan səyahət etməsi və bu səbəblə ata qayğısından uzaq qalmasına baxmayaraq bacı və qardaşlarıyla sıx ailə əlaqələri qurdu.

15 sentyabr 1548-ci ildə o, əmisi oğlu olan Avstriya hersoqu Maksimilyanla evləndi. Cütlüyün 28 illik evliliyi boyunca 16 övladı dünyaya gəldi. Atasının alman əsilzadələriylə mübarizə apardığı 1548-1551-ci illərdə Mariya və Maksimilyan İspaniyada ona kral naibi olaraq xidmət etdilər. 1551-ci ilin avqustuna qədər Madriddəki kral sarayında yaşayan Mariya və əri, daha sonra Maksimilyanın atasının Vyanadakı sarayında yaşamağa başladılar. Ancaq Mariya 1558-ci ildə yenidən Madridə döndü və İspaniya kralı olan qardaşı II Filipə kral naibəsi olaraq xidmət etməyə başladı. 1561-ci ilədək bu vəzifəni ifa edən Mariya daha sonra Avstriyaya döndü.

Mariya Avstriyaya döndükdən qısa müddət sonra əri Maksimilyan atasının vəfatından sonra Avstriya, BohemiyaMacarıstan kralı oldu. Qatı katolik olan Mariya dini yönümü qeyri-müəyyən olan əriylə bu səbəblə tez-tez münaqişələr yaşadı. Üstəlik təkcə əri II Maksimilyan deyil, yaşadığı saray mühiti də protestant yönümlü idi və bu səbəblə ətrafında əslən ispan olan katolik saray əyanlarını toplamışdı.

1576-cı ildə II Maksimilyan vəfat etdi və Mariya onun ölümündən sonra 6 il boyunca imperator sarayında yaşamağa davam etdi. Gələcəkdə Müqəddəs Roma imperatoru olan övladları RudolfMatveyin üzərində nüfuz sahibi idi.

Mariya ən kiçik qızı Marqaritanı da yanına alaraq 1582-ci ildə İspaniyaya döndü və qızını qardaşı olan İspaniya kralı II Filiplə evləndirəcəyini elan etdi. Ancaq II Filip daha öncə onun böyük qızı Anna ilə evlənmişdi və bu səbəblə Marqarita həm dayısı olan, həm də bacısının dul əri olan II Filiplə evlənməkdən imtina edərək rahibə kimi kilsə həyatını seçdi. Artıq kafirlərin olmadığı bir ölkədə yaşamaqdan məmnun olan Mariya ölümünədək burada yaşadığı Madriddə bir kilsədə yaşamağa başladı.

  • Kamen, Henry (1998). Philip of Spain. Yale University Press. ISBN 978-0-300-07800-8
  • "Maria (D.). Rainha de Portugal". Portugal - Dicionário Histórico, Corográfico, Heráldico, Biográfico, Bibliográfico, Numismático e Artístico (in Portuguese). Vol. IV. pp. 823–824
  • Cárdenas, Fabricio (2014). 66 petites histoires du Pays Catalan [66 Little Stories of Catalan Country] (in French). Perpignan: Ultima Necat. ISBN 978-2-36771-006-8
  • Stephens, Henry Morse (1903). The story of Portugal. G.P. Putnam's Sons. pp. 139, 279. ISBN 9780722224731
  1. 1 2 3 Lundy D. R. Maria von Habsburg, Infanta de España // The Peerage (ing.).
  2. 1 2 Wurzbach D. C. v. Habsburg, Maria von Spanien (alm.). // Biographisches Lexikon des Kaiserthums Oesterreich: enthaltend die Lebensskizzen der denkwürdigen Personen, welche seit 1750 in den österreichischen Kronländern geboren wurden oder darin gelebt und gewirkt haben Wien: 1856. Vol. 7. S. 19.
  3. 1 2 3 4 5 6 7 Kindred Britain.