Avropa Həmkarlar İttifaqları Konfederasiyası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Avropa Həmkarlar İttifaqları Konfederasiyası
AHİK
ing. ETUC
ing. European Trade Union Confederation
Növü Həmkarlar ittifaqı
Yaranma tarixi 1973
Mərkəzi Brüssel
Sədr İqnasio Fernandez Toxo
etuc.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Avropa Həmkarlar İttifaqları Konfederasiyası (ing. European Trade Union Confederation) və ya qısaca AHİK (ing. ETUC) — bütün Avropa üzrə işçilərin hüquqlarını qoruyan əsas və ən irimiqyaslı həmkarlar ittifaqı təşkilatı. Qurumun baş qərargahı Brüsseldə yerləşir.

Konfederasiya 1973-cü ildə yaradılmışdır.

Hazırda təşkilata 36 Avropa ölkəsindən 85 milli həmkarlar ittifaqı və 10 sənaye federasiyası daxildir. 60 000 000 üzvü var.

Məqsəd və fəaliyyət

[redaktə | mənbəni redaktə et]
Budapeşt, 2011-ci il

AHİK-in əsas məqsədi 60 milyon üzvünün vahid səsi ilə çıxış etmək, əməkçilərin hüquqlarını pozanlarla mübarizə aparmaq və qitə əhalisi üçün tam məşğulluğu təmin etməkdir. Konfederasiya siyasətini Avropanın sosial modeli üzərində qurur: əməkçilər üçün stabil sosial-iqtisadi mühit yaratmaq və inkişaf etdirmək, əhalinin bərabər vətəndaş və insan hüquqlarına sahib olmasını təmin etmək.

Avropa sosial modeli termini iqtisadi durumun daimi inkişafı anlamını daşıyır. Bununla yanaşı, Avropa sosial modeli deyərkən iqtisadi inkişaf nəticəsində insanların yaşayış səviyyəsinin artması, iş standartının daha yüksək pilləyə qalxması, tam məşğulluğun təmin edilməsi, cəmiyyətdə ayrı-seçkiliyin aradan götürülməsi, işçilərin maraqlarını qoruyan açıq və demokratik düşüncə və qərar prosesi nəzərdə tutulur.

Konfederasiya hər zaman bildirir ki, kollektiv müqavilənin bağlanması, sosial dialoqun aparılması və müasir tələblərə tam uyğun iş şəraitinin mövcudluğu iqtisadi artımın, aparıcı ölkələr arasında rəqabətin mövcud olmasının, yeni innovasiyaların tətbiq edilməsinin, istehsalçı bir gücə sahib olmaq üçün əsas açardır. Təşkilat apardığı milli və beynəlxalq danışıqları Avropa sosial dialoqu prinsipləri üzərində qurur.

Gördüyümüz kimi, təşkilatın prioritet fəaliyyət istiqamətləri müxtəlifdir. Bunlardan biri də odur ki, konfederasiya işini güclü sosial aspektlər və balanslaşdırılmış makroiqtisadi əsaslar üzərində qurur. Ona görə də AHİK dünya arenasında iqtisadi və sosial siyasəti ilə yüksək səviyyədə çıxış edir. Belə ki, ildə iki dəfə Avropa Milli Bankı və 1998-ci ildə yaranan Makroiqtisadi Dialoqlar üzrə Sosial Partnyorlar Komitəsi ilə görüşlər keçirir. Bununla yanaşı, konfederasiya Avropa Şurasının 1994-cü ildə İstehsalat Şurasının yaranmasında, 2002-ci ildə isə Konsultativ İnformasiya direktivlərinin qəbul etməsində aparıcı rol oynayıb. Konfederasiyanın təşəbbüsü ilə quruma daxil olan beynəlxalq həmkarlar ittifaqları 1997-ci ildə 8 saatlıq iş vaxtının təyin edilməsi, 1999-cu ildə isə müddətli müqavilələrin bağlanması ilə bağlı qərarlar qəbul ediblər.

AHİK, Avropa Şurasının əsas partnyorlarından olduğu üçün, Avropa Parlamenti, Rəyasət Heyəti və komitələri ilə sıx əməkdaşlıq edir. Bu isə o deməkdir ki, konfederasiya milyonlarla Avropa əməkçisinin maraqlarını hökumət qarşısında müdafiə edir.

Konfederasiyanın əsas icraedici orqanı dörd ildən bir keçirilən konqresdir. İclaslar zamanı həllini tezliklə tapmağa ehtiyac duyulduğu məsələlər müzakirə olunur. Bundan başqa, konfederasiyada İdarəedici Komitə fəaliyyət göstərir. Komitə icraiyyə komitəsinin qəbul etdiyi qərarların həyata keçirilməsi ilə məşğul olur. 21 nəfərdən ibarət olan İdarəedici Komitə ildə səkkiz dəfə çağırılır. Qlobal məsələlərin həlli üçün AHİK xidmətində olan təşkilatlarla növbədənkənar beynəlxalq konfranslar təşkil edir.

Gənclər və məşğulluq

[redaktə | mənbəni redaktə et]

Konfederasiya öz siyasətində gənclərə çox böyük önəm verir. Xüsusən də son zamanlarda. Çünki, hər kəsə məlum olduğu kimi, qlobal maliyyə böhranı Avropanın əksər ölkələrini sarsıdıb. Müflisləşən və inkişafdan qalan ölkələrin işçiləri ardı-arası kəsilməyən etiraz aksiyaları keçirirlər. Hazırda Avropada 5,5 milyon gənc işsizdir. İşləyənlərin yarısı isə müvəqqəti iş yerlərində çalışır. Bu durum aidiyyəti olan ölkələrin sosial-iqtisadi səviyyəsini aşağı salır. Gələcəklərini təmin etmək üçün gənclərə qarant lazamdır. Təbii ki, qarant deyərkən yaşayış səviyyəsinə uyğun daimi iş yerləri nəzərdə tutulur.

Hazırda əksər ölkələr böhranın qarşısını almaq üçün müxtəlif yollara əl atır: işçiləri ixtisar etmək, əməkhaqlarını ödəməmək, sahələr üzrə büdcə kəsirləri proqramını hazırlamaq. Hər bir halda işçilər zərər çəkir. Avropa həmkarlar ittifaqları bildiriblər ki, dövlət başçıları daha alternativ yollaradan istifadə etməlidirlər. Ən azından böhranla mübarizə edərkən gənclərin məşğulluq məsələsini zərbə altında qoymamalıdırlar. AHİK nümayəndəliklərinin fikrincə, sosial partnyorlarla əmək bazarında daha aktiv siyasətə əl atmaq lazımdır:

"İndi Avropa cəmiyyətinin və gəncliyinin gələcəyi böyük bir təhlükə altındadır. Dövlət rəhbərləri gənc işçiləri və ümumiyyətlə, əməkçiləri əmək bazarında istədikləri kimi idarə edilə biləcək oyuncağa çevirməməlidirlər".

Sosial dialoq və əmək münasibətləri

[redaktə | mənbəni redaktə et]

AHİK sosial dialoqu Avropa səviyyəsində aparan yeganə təşkilatdır. Konfederasiya sahibkarla birgə müəssisələrin sosial, makroiqtisadi, sənaye və regional siyasətində yaxından iştirak edir. Ümumiyyətlə, sosial dialoqun mövcudluğu, düzgün aparılması və fəal işi sosial-iqtisadi standartların inkişafında böyük rol oynayır.

AHİK sahibkarlarla qurduğu əmək münasibətlərini Avropa Şurasının siyasəti səviyyəsində aparır. 1985-ci ildə Avrokomitənin sədri Jak Delor AHİK və sahibkarlar arasında ikitərəfli sosial dialoqun başlandığını bəyan edir. Elə həmin il sahələr üzrə 35 sektorda sosial dialoq aparmaq üçün xüsusi komitələr yaradılır. Fəaliyyətinin ilk dövründə sözügedən komitələr 40 sahələrarası, 500 isə eyni sahə üzrə dialoq aparır.

Hazırda AHİK-in prezidenti İqnasio Fernandez Toxodur. Baş katibi isə Bernadet Seqoldur.

Beynəlxalq əməkdaşlıq

[redaktə | mənbəni redaktə et]

Qurum Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]