Astola adası
Astola adası | |
---|---|
urdu جزیرہ ہفت تلار | |
Ümumi məlumatlar | |
Sahəsi | 6,7 km² |
Hündür nöqtəsi | 75 m |
Əhalisi | 0 nəfər (2010-cu il) |
Yerləşməsi | |
25°07′21″ şm. e. 63°50′51″ ş. u.HGYO | |
Ölkə | Pakistan |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Astola adası, həmçinin "Cəzirə Xaft Talar" (urdu جزیرہ ہفت تلار) və ya "Yeddi təpə adası" — Ərəbistan dənizində, Pakistana məxsus olan, sahildən 25 km cənubda və Pasni şəhərindən 39 km cənub-şərqdə yerləşən ada. Ada Bəlucistan vilayətinin Pasni şəhəri, Qvadar dairəsi ərazisinə daxildir. Limandan adaya motorlu qayıqlarla 5 saata getmək mümkündür.
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Astola Pakistanın sahilində yerləşən ən böyük adadır. Onun uzunluğu 6,7 km, maksimsl evi isə 2,3 km təşkil edir. Adanın sahəsi 6,7 km²-dir. Ən hündür nöqtəsi 75 metrdir.
Ada ərazisi bir platodur. 7 təpədən ibarətdir. Yerli adı olan "Xaft Talar" elə "yeddi təpə" mənasını verir. Adanın cənubun düzən eniş olduğu halda, şimalı dağlıq və sıldırımlıdır.
Tarixi
[redaktə | mənbəni redaktə et]Ada haqqında ən qədim məlumat Makedoniyalı İsgəndərin Fars körfəzi və Ərəbistan dənizi sahillərini tətqiq etmək məqsədilə Nearxı əraziyə göndərmişdir. O, bölgəyə b.e.ə 325-ci ildə gəlmişdir. Arrinan adanı "Nosala"[1] adlandırmışdır
Bəlucistanın XX əsr coğrafi mənbələrində adanın hinduistlər arasında məşhur olması bildirilir və onları adanı "Satadiı"[2] kimi tanıdıqlarını bildirilirdi.
Ekologiya
[redaktə | mənbəni redaktə et]Adanın təcrid vəziyyətdə olması onun ərazisində bir çox canlı növlərinin qorunub saxlanmasına imkan vermişdir. Buranın endemik canlılarından biri Asola gürzəsidir (lat. Echis carinatus astolae). Adada nəsli kəsilmiş Yaşıl tısbağa və Biss tısbağalarının qalıqlarını aşkarlamaq mümkündür.
Burada yayılmış bitki növlərinin böyük hissəsi alcaq boylu bitkilərdir ən hündür ağac növləri isə Prosopis juliflora növünə aiddir. Adada şirin su mənbəyi yoxdur bu səbəbdən bitkilər ancaq yağış suları ilə qidalanır. Asola adasının ətrafında mərcan rifləri yayılmışdır.
Əhəmiyyəti
[redaktə | mənbəni redaktə et]1982-ci ildə Pakistan hökuməti yaxınlıqdan keçən gəmilərin təhlükəsizliyini təmin etmək məqsədilə burada mayak inşa etmişdir. Artıq 1987-ci ildə mayak günəş batareyaları ilə işləyir[3].
Sentyabrdan maya qədər Astola adası materikdən gələn balıqçılar tərəfindən məskunlaşılır. İyundan avqusta qədər adada yaşayış olmur. Səbəb əlverişsiz hava şəraiti olur.
Adada kiçik məcid vardır. O bura gələn balıqçıların ibadətindən ötrü inşa edilmişdir. Üstəlik burada hindu məbədinin qalıqları vardır[2].
Ekoturizm
[redaktə | mənbəni redaktə et]Ada ekoturizm baxımdan məşhur olsa da burada minimalda olsa turizmə aid tikinti yoxdur. Turistər bura əsasən balıq tutmaq və dayvinq üçün gəlirlər. Burada üstəlik tısbağa koloniyalarına nəzarət edən məntəqə kimi yararlanılır.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Jackson, A.V. Williams. History of India, Volume II. London: The Grolier Society. 1906. 96.
- ↑ 1 2 Information Sheet on Ramsar Wetlands, Ramsar Convention on Wetlands. Social and cultural values "Pakistan, Astola (Haft Talar) Island, 2001" (#bad_url). 2006-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2006-04-22.
- ↑ "Mercantile Marine Department". 2011-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-21.