Alas
Alas — Yakutiyada çoxillik donmuş yeraltı süxurların əriməsi və ərazinin enməsi nəticəsində əmələ gələn hamar çökəklikdir.[1]
Arktikanın daimi donmuş ərazilərinin ərimə və təkrar yenidən donma prosesi səbəbi ilə çökməsi nəticəsində əmələ gəlir. Alas ərimiş suyun çökəkliyi doldurması nəticəsində əvvəlcə dayaz bir göl kimi inkişaf edir, daha sonra isə göl quruyur və yerini ot bitkiləri tutur. Alaslar örüş kimi istifadə olunur.[1]
Nümunələr
[redaktə | mənbəni redaktə et]Alas Arktikanın başqa yerlərində tapılan termokarst çökəkliklərindən ona görə fərqlidir ki, buradakı göl müvəqqəti xarakter daşıyır və Yakutiyanın quraqlığı səbəbindən gölün aşağısındakı buz tükəndikdən sonra quruyur.
Dünyadakı ən böyük Alas Ust-Aldan ulusunda yerləşən Myuryudur.[2]
Alaslar həm də böyük mədəni əhəmiyyətə malikdir. Yakutların ənənəvi Yeni il bayramı olan Ihıax festivalı zamanı yayda 20 000-ə yaxın insan Yakutsk şəhərinin yaxınlığındakı alasa toplaşır. Saxa Respublikasında yerləşən başqa bir alasda digər kiçik bayramlar keçirilir.
İstinad
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 O. Osmanov, B. Abdullayev "Məktəblilərin izahlı coğrafiya lüğəti" Bakı — 1979
- ↑ Evolution of the Alas of Central Yakutia (in Russian)