Agelenidae

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Agelenidae
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
Yarımdəstə:
Fəsilə:
Agelenidae
Beynəlxalq elmi adı

AgelenidaeAraneomorphae yarımdəstəsinə daxil olan fəsilədir. Fəsiləyə ümumilikdə 42 cins və 500-dən çox növ daxildir.

Adlandırılması

[redaktə | mənbəni redaktə et]

Latın dilindən tərcümədə Agelenidae kəlməsi ago lene — «çəkinə-çəkinə hərəkət edirəm» mənasını verir. Hazırda bir çox dillərdə isə onlara «çala», və ya «otluq» hörümçəkləri adlandırılır. Bu fəsilənin bir növü isə Şərqi Avropada — Ev hörümçəyi (Tegenaria domestica) adı ilə tanınır.

Ümumi xarakteristika

[redaktə | mənbəni redaktə et]

Əsas xüsusiyyətləri bel nahiyəsində iki zolaq vardır. Kiçik ölçülü olmaları ilə seçilir. Erkəklər maksimal 2,5 sm olsa da, dişilər onlara nisbətdə adədən 1 sm-ə qədər uzun olur. Bir cüt qara gözlərə malik olurlar. Ön ayaqlarının sensor xüsusiyyəti gözlərindən iti ətrafı hiss etməyə imkan verir. İti sürətə malik olurlar. İstər təhlükədən qaçarkən, istərsə də ovu yaxalayarkən bu özünü aydın büruzə verir. Tararua cinsinə daxil olan hörümçəklər hətta dayanmadan 2 km məsafə qət edə bilirlər. Hördükləri torlar bir qayda olaraq çalanı xatırladır. Malthonica cinsinə daxil olan hörümçəklər gündüz vaxtı da sərbəst ov edə bilirlər. Bu isə onları gündüz vaxtları belə yuvada görməyə imkan verir. Öz şikarlarını zəhərləri ilə iflic etsələrdə insana təsir edəcək gücə malik deyil. Labirintli hörümçəklər (lat. Agelena labyrintchica) növü çəmənliklərdə otların arasında tor hörür. Qurduğu tor qıf şəklində olur. Hörümçək özü qıfın daralmış hissəsində gizlənir. Ev hörümçəyi (lat. Tegenaria domestica) növü də bu fəsiləyə daxildir. Erkək fərdi 11 mm, dişi fərdi 20 mm uzunluqda olub, yaşayış və təsərrüfat tikililərində tor qururlar.

Bu fəsiləyə 42 cins daxildir:

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • How to Know the Spiders, by B. J. Kaston. Dubuque, 1953.
  • Biology of Spiders, by Rainer F. Foelix, second edition, 1996
  • B.İ.Ağayev, Z.A.Zeynalova “Onurğasızlar Zoologiyası”. Bakı, “Təhsil”, 2008, səh. 378