Afroiranlılar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Afroiranlılar (fars. ایرانیان آفریقایی‌تبار‎) — İranda yaşayan Afrika əsilli qaradərili insanlar. Afroiranlıların əksəriyyəti Hörmüzgan, Sistan və Bəlucistan, Xuzistan ostanlarında cəmləşmişdir.[1] Ölkədə onların sayı 1 milyon nəfərə yaxın qiymətləndirilir. Onlar Hörmüzgan, Xuzistan və Buşehr ostanlarında əhalinin təxminən 15%-ni təşkil edir.

Hind okeanında kölə ticarəti çoxistiqamətli idi və zaman keçdikcə dəyişmişdir. Sərt əməyinə tələbatı ödəmək üçün ərəb kölə tacirləri tərəfindən əsir götürülən qaradərili kölələr əsrlər boyu çoxlu sayda İran körfəzi regionuna, Misirə, Ərəbistana, Hindistana, Uzaq Şərqə, Hind okeanı adalarına və Efiopiyaya satılırdı.[2] Digərləri minilliklər boyu mühacir olaraq və ya XVI əsrin əvvəllərində İranın cənubundakı Hörmüz əmirliyinin bir hissəsi olan Bəndər-Abbas, HörmüzQeşm adaları limanlarının əksəriyyətini işğal edən Portuqaliya kölə tacirləri vasitəsilə gəlmişdilər.[3][4]

Qacarlar sülaləsi dövründə bir çox varlı ailələr ev işləri görmək üçün qaradərili qadın və uşaqları kölə kimi idxal edirdilər. Bu cür kölə əməyi yalnız müasir Tanzaniya, MozambikMalaviyə uyğun gələn ərazidə cənub-şərqi Afrika sahillərində yaşayan bantudilli zənci xalqı tərəfindən həyata keçirilirdi.[5][6] Buna baxmayaraq, 1848-ci ildə Məhəmməd şah Qacar ​​Britaniyanın təzyiqi ilə kölə ticarətini qadağan edən bir fərman vermişdir.[7]

  1. Mirzai, Behnaz. Afro-Iranian Lives (documentary film) Arxivləşdirilib 2023-04-19 at the Wayback Machine. afroiranianlives.com. Retrieved 23 November 2011.
  2. Gwyn Campbell, The Structure of Slavery in Indian Ocean Africa and Asia, 1 edition, (Routledge: 2003), p.ix
  3. "Recalling Africa's harrowing tale of its first slavers – The Arabs". New African Magazine. 2018-03-27. 2023-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-24.
  4. Tazmini, Ghoncheh. "The Persian–Portuguese Encounter in Hormuz: Orientalism Reconsidered". Association for Iranian Studies. 2017-03-01. (Cambridge University Press: 1 January 2022), vol. 50, no. 2, pp. 284. Retrieved 6 March 2023.
  5. F.R.C. Bagley et al., The Last Great Muslim Empires, (Brill: 1997), p.174
  6. Bethwell A. Ogot, Zamani: A Survey of East African History, (East African Publishing House: 1974), p.104
  7. "UNESCO: Fugitive Slaves, Asylum and Manumission in Iran (1851 – 1913)" (PDF). 29 March 2015 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 13 April 2010.