Çexoslovakizm

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Çexoslovakizm (çex. Čechoslovakismus, slovak. Čechoslovakizmus) — bu ideologiyaya görə keçmiş Avstriya-Macarıstanın şimal ərazilərində çexlər və slovaklar deyil, "çexoslovaklar" yaşamışlar. Bu ideologiya 1918-ci ildə Çexoslovakiya dövlətinin yaranması üçün əsas olmuşdur. Qeyd olunan doktrina Çexoslovakiyanın 1920-ci il Konstitusiyasında da öz əksini tapmışdır. Birinci Respublika dövrünə (1918-1938) aid statistik hesabatlarda da "çexlər" və "slovaklar" deyil, məhz "çexoslovaklar" xatırladılır.

1921-ci ildə Çexoslovakiyanın əhalisinin milli tərkibi belə olmuşdur[1]

  • Cəmi əhalinin sayı - 13 607 385
  • Çexoslovaklar - 8 759 701 (64,37 %)
  • Almanlar - 3 123 305 (22,95 %)
  • Macarlar - 744 621 (5,47 %)
  • Rusinlər - 461 449 (3,39 %)
  • Yəhudilər - 180 534 (1,33 %)
  • Polyaklar - 75 852 (0,56 %)
  • Digərləri - 23 139 (0,17 %)
  • Xaricilər - 238 784 (1,75 %)

Çexoslovakiyanın heç də bütün sakinləri bu nəzəriyyəni müdafiə etmirdilər. II Dünya müharibəsi ərəfəsində Çexiya Almaniya tərəfindən işğal edildikdən sonra Slovakiya ərazisində müstəqil Slovakiya dövləti yaradıldı. II Dünya müharibəsindən sonra Çexoslovakiya yenidən birləşdirilsə də, "vahid millət" nəzəriyyəsini tamamilə bərpa etmək mümkün olmadı. 1960-cı il Konstitusiyasına əsasən Çexoslovakiyanın iki milli respublikadan ibarət federativ respublika elan edilməsi ilə "çexoslovakizm" ideologiyasına son qoyuldu.

  1. Škorpila F. B.; Zeměpisný atlas pro měšťanské školy; Státní Nakladatelství; second edition; 1930; Czechoslovakia (geograpfical atlas for primary schools from 1930)