Bolad

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bolad
Doğum tarixi 1240
Doğum yeri
Vəfat tarixi 26 aprel 1313(1313-04-26)
Vəfat yeri
Fəaliyyəti diplomat, tarixçi, siyasətçi

Bolad (1240, Monqolustan26 aprel 1313, Arran) — Yuan sülaləsinin Elxanilərə göndərdiyi səfiri.

1240-cı ildə Dörben tayfasında doğulub. Atası Yurki Çingiz xanın etimad duyduğu şəxslərdən olub xanın şəxsi mühafizəçisi idi. 1248-ci ildə Xubilayın oğlu Dorci ilə birlikdə təhsil almış, çin dilini öyrənmişdi.[1] 1260-cı ildə saray hakimi vəzifəsinə yüksəldi və 1264-cü ildə Arıq Buğanın məhkəməsi və 1282-ci ildə Əhməd Fənakatinin qətli işlərində hakimlik etdi. 1285-ci ildə Arqun xanın taxta keçməsindən sonra Elxanilər dövlətinə səfir kimi göndərildi.

Arqun xan dövrü

[redaktə | mənbəni redaktə et]

7 aprel 1286-cı ildə Arqun xana yarlıq və tac gətirən Bolad, Kaydu xanın üsyanına görə Monqolustana qayıda bilmədi və bir həyat yoldaşı ilə iki oğlunu arxada qoydu. O��ulları daha sonra Yuan sülaləsində vəzifələrə yüksəldilər. Arqun xan tərəfindən cariyəkeşik verilərək Xorasan valisi təyin olundu.

Keyxatu xan dövrü

[redaktə | mənbəni redaktə et]

1294-cü ildə Keyxatu xana yeni kağız valyutanın çapını məsləhət görmüşdü. Çao ilk dəfə Bolad ağa sayəsində istifadə olunmağa başladı.

Qazan xan dövrü

[redaktə | mənbəni redaktə et]

1295-ci ildə Qazan xanın taxta çıxması ilə Boladın nüfuzu azalmağa başladı. Boladı monqol yetimləri və gənclərindən ibarət tümənin komandanı təyin etmişdi.[2]

Olcaytu dövrü

[redaktə | mənbəni redaktə et]

Olcaytu xan dövründə baş vəzir olmuşdur.

Bolad ağa Rəşidəddin Həmədaniyə Cəmi ət-Təvarixi yazmaq üçün kömək etmişdir.[3] 1311-ci ildə Ayurbavada xan tərəfindən "Tse knyazı" tituluna layiq görülmüşdür. 1313-cü ildə, Arrandakı "Saray əl-Mənsuriyyə" adlanan mülkündə 73 yaşında vəfat etmişdir.

  1. Bolad Çinsanq — Christopher P. Atwood-Encyclopedia of Mongolia and the Mongol Empire;
  2. Reuven Amitai-Preiss-Ghazan, Islam and Mongol Tradition: A View from the Mamlūk sultanate, Bulletin of the School of Oriental and African Studies, University of London, Vol. 59, No. 1 (1996)
  3. "Bolod – Encyclopedia Iranica". 2022-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-02.