Ceyms Oldric
Ceyms Oldric | |
---|---|
ing. James Aldridge | |
| |
Doğum tarixi | 10 iyul 1918[1][2][…] |
Doğum yeri | Viktoriya, Avstraliya |
Vəfat tarixi | 23 fevral 2015[2][3] (96 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | jurnalist, yazıçı, romançı, uşaq ədəbiyyatı yazıçısı |
Fəaliyyət illəri | 1946-cı ildən |
Əsərlərinin dili | ingilis dili |
Mükafatları |
|
Ceyms Oldric (ing. James Aldridge; 10 iyul 1918[1][2][…], Uayt Hills, Viktoriya[d] – 23 fevral 2015[2][3], London) — Avstraliya və Britaniyalı yazıçı və jurnalistdir. Onun İkinci Dünya müharibəsi haqqında olan əsərləri bir çox ölkələrdə nəşr olunub və o, 30-dan çox kitabın müəllifidir. Onun yaradıcılığına müharibə, macəra romanları və uşaqlar üçün yazılmış kitablar aiddir.
Həyatı
[redaktə | vikimətni redaktə et]Görkəmli ingilis yazıçısı Ceyms Oldric 1918-ci ildə Avstraliyada anadan olmuşdur. 1939–1945-ci illərdə hərbi müxbir işləmiş, müxtəlif ölkələrdə, o cümlədən İranda Cənubi Azərbaycanda olmuşdur. Oldric 1942-ci ildə yazdığı "Şərəf işi", 1944-cü ildə yazdığı "Dəniz qartalı" romanlarında yunan xalqının faşizmə qarşı mübarizəsini təsvir etmişdir.
Yaradıcılığında Azərbaycan mövzusu əhəmiyyətli yer tutur. Ceyms Oldric 1949-cu ildə yazdığı Yaxın Şərq, o cümlədən İran, Cənubi Azərbaycan və kürd xalqlarının milli azadlıq hərəkatından, imperializmin müstəmləkəçilik siyasətinə qarşı mübarizəsindən bəhs edən "Diplomat" əsərinin və onun davamı olan 1974-cü ildə yazdığı "Əli silahlılar" romanının, "Qafqaz haqqında nəğmə" (1942) bədii reportajının müəllifidir.
"Diplomat" romanında Azərbaycan qəhrəmanlarının Cavad Qoçəli, Mirzə Cahansız və b. obrazlarını yaratmışdır. Müəllifin həmin romanı, bəzi hekayələri Azərbaycan dilinə tərcümə edilmişdir.
Oldric dəfələrlə SSRİ-də, o cümlədən Azərbaycanda olmuşdur. O,1953-cü ildə Ümumdünya Sülh Şurasının Qızıl medalını almışdır. 1973-cü ildə isə "Xalqlar arasında sülhü möhkəmlətməyə görə" Beynəlxalq Lenin mükafatı laureatı adına layiq görülmüşdür.
Yaradıcılığı
[redaktə | vikimətni redaktə et]Əsərləri
[redaktə | vikimətni redaktə et]- Şərəf məsələsi (1942);
- Dəniz qartalı (1944) John Llewellyn Rhys Mükafatına layiq görülüb 1945;
- Diplomat (romanda 1940-cı illərdə Cənubi Azərbaycanda baş verən olaylar da təsvir olunub) (1949 Bodley Head);
- Ovçu (1950);
- Sonuncu düym (1958);
- Son sürgün (1961);
- Torpaqda bir əsir (1962);
- Misirdə yaşamaq, Paul Strand ilə (1969);
- Əlvida Amerika (1979);
- Qırılan Yəhər (1982);
- Lilli Stubeckin gerçək hekayəsi (1984);
- Spit Macphee'nin gerçək hekayəsi (1986);
- Lola Mackellar'ın gerçək hekayəsi (1992);
- Dənizdən olan qız (2002);
- Kitty St Clairin qanadları (2006).
Filmoqrafiya
[redaktə | vikimətni redaktə et]- Sonuncu qarış (film, 1958) / rus. Последний дюйм
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 Олдридж Джеймс // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 3 4 James Aldridge // Internet Speculative Fiction Database (ing.). 1995.
- ↑ 1 2 Harold Edward James Aldridge // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et] Yazıçı haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
- 10 iyulda doğulanlar
- 1918-ci ildə doğulanlar
- 23 fevralda vəfat edənlər
- 2015-ci ildə vəfat edənlər
- 96 yaşında vəfat edənlər
- Londonda vəfat edənlər
- "Xalqlar dostluğu" ordeni ilə təltif edilənlər
- Lenin sülh mükafatı laureatları
- Əlifba sırasına görə yazıçı və şairlər
- Yazıçı qaralamaları
- Britaniya yazıçıları
- Avstraliya yazıçıları
- Avstraliya jurnalistləri
- "Lenin" mükafatı laureatları
- Britaniya jurnalistləri
- İngilis yazıçılar