Arqun xan
Bu məqalə elxan haqqındadır. canişin üçün Arqun ağa səhifəsinə baxın. |
Arqun xan | |
---|---|
monq. ᠠᠷᠭᠦᠨ | |
11 avqust 1284 – 10 mart 1291 | |
Əvvəlki | Əhməd Təkudar xan |
Sonrakı | Keyxatu xan |
Xorasan valisi | |
? – 11 avqust 1284 | |
Sonrakı | Qazan xan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Baylakan, Arran |
Vəfat tarixi | |
Vəfat yeri | Bağça, Arran |
Vəfat səbəbi | başın kəsilməsi |
Dəfn yeri | Sultaniyyə |
Fəaliyyəti | suveren[d] |
Atası | Abaqa xan |
Anası | Kaymış Egeçi |
Uşaqları | |
Ailəsi | Çingizlilər, Elxanlılar sülaləsi |
Dini | buddizm |
Vikianbarda əlaqəli mediafayllar |
Arqun xan (1258[2], Monqolustan – 10 mart 1291 və ya 7 mart 1291, Arran) — Hülakülər sülaləsindən dördüncü elxan, Abaqa xan və onun xristian xanımı Haymaş xatunun oğlu. Atası kimi inanclı buddist olsa da, xristianpərəst olmuşdur. O, Avropaya bir neçə də elçilər göndərmiş və Müqəddəs Torpaqlardakı müsəlman hakimiyyətinə qarşı Franko-Monqol ittifaqı təşkil etməyə çalışmışdır. O, arvadı Buluğan Xatun öldükdən sonra Xubilay xandan eyni tayfadan olmaqla yeni bir arvad göndərməsini istəmiş, buna cavab olaraq da, Xubilay xan Kököçini Marko Polonun müşayiəti ilə göndərmişdir. Çinin cənubundan yola çıxan Kököçin Sumatra adasına, oradan Şri-Lankaya, Hindistana gedərək nəhayət Elxanilər dövlətinə gəlib çatmışdır. Lakin bu zaman Arqun xan artıq vəfat etmişdi. Buna görə də o, Arqunun oğlu Qazan xanla evlənmişdir.
Həyatının erkən dövrü
[redaktə | mənbəni redaktə et]Bəzi mənbələrə görə 1250, bəzi mənbələrə görə isə 1259-cu ildə Beyləqan yaxınlığında doğulmuşdur.[a] Atası Abaqa xan, anası isə Onqut tayfasından olan Qayıtmış Egeçi olmuşdur. Anasının xristian olması ehtimal edilir. Gəncliyində əmir Sartaq Cəlair qəyyumluğunda Xorasan valisi təyin olunmuş və burada böyümüşdür. Barqut tayfasından olan Joçiqan Noyon onun atabəyi olmuşdur. Daha sonra o, Mazandaranın nominal valisi olmuş və ona atabəyliyi Sartaq Noyon Cəlair etmişdir. O, ilk dəfə tək başına orduya 20 yaşında ikən komandanlıq etmiş və Negüderiler üzərinə yürüş etmişdir. O, 14 iyul 1279-cu ildə atasının düşərgəsini tərk emiş, Sistana getmiş və Mübarək Şahın oğlu Ölcay Buğanı əsir etmişir. 1282-ci ildə Abaqa xanın ölümündən sonra qurultayda əmisi Əhməd Təkudara qarşı çıxması barədə məlumatlar vardır. Lakin bu nəticəsiz oldu və Təkudar hökmdar seçildi.[3][4][5]
Hakimiyyət uğrunda mübarizəsi
[redaktə | mənbəni redaktə et]Təkudarın hökmdar seçilməsi ilə Cuveynilər yenidən hakimiyyətdə təmsil olunmağa başladılar. Onlar bundan əvvəl dövlət əmlakını mənimsəməkdə ittiham edilmişdilər. Həmçinin Arqun Cuveynilərin atasını zəhərləyib öldürmələrinə inanmaqda idi. O, 1282-1283-cü ilin qışını keçirmək üçün Bağdada gəldi və 5 mart 1283-cü ildə Ata Məlikin insultuna səbəb ola biləcək mənimsəmə ittihamını yenidən araşdırmağa başladı. Onun Cuveynilərə qarşı olan nifrəti Şəmsəddin Cüveyninin onu zəhərləmək üçün adam göndərməsini eşitdikdən sonra daha da artdı. Digər bir gərginlik isə Arqunun Reyə hakim təyin etdiyi Məlik Fəxrəddinin Təkudarın əmri ilə həbs edilməsindən sonra oldu.[6][7]
Eyni zamanda Təkudar özünün ögey qardaşı Qonqurtay ilə Arqunun ittifaqa girə biləcəklərindən şübhələnməyə başlamışdı.O, Şahzadə Cuşkab, Uruq və Qurumuşinin başçılıq etdiyi hərbi dəstələr göndərərək Diyarbəkirdə yerləşdirdi. Onun məqsədi Qonqurtay ilə Arqunun birləşməsinin qarşısını almaq idi. Qonqurtay sui-qəsd təşkil etməkdə ittiham edilərək Təkudarın kürəkəni, eyni zamanda da Gürcüstan valisi Alınaq tərəfindən ələ keçiridildi və 18 yanvar 1284-cü ildə öldürüldü. Bir digər ordu isə Cəzirəyə göndərildi və Keyxatu ilə Baydu Xorasana qaçdı. Arquna yaxınlığı ilə seçilən Tağaçar, Doladay kimi sərkərdələr də həbs edildi.[8]
Arqun Bağdaddan Xorasana geri döndükdən sonra 1283-cü ildə açıq üsyana başladı. Üsyan zamanı onun əsas dəstəkçiləri kiçik əsilzadələr və əmirlər idi.[3] Buna cavab olaraq, Təkudar Alınaqı 15 minlik ordu ilə onun üzərinə göndərdi. Onun ardınca isə Muğanda yerləşən Biləsuvardakı döyüşçüləri də daxil olmaqla, əsas ordusunu toplayaraq Arqunun üzərinə yürüşə başladı. Arqun Alınaqa 4 mayda Qəzvinin cənubunda baş vermiş döyüşdə üstün gəlsə də, Xorasana geri çəkildi. Gələcəkdə Kübravilik təriqətinin qurucusu olacaq sufi Şeyx Əlaüddövlə Simnani də bu zaman Arqunun ordusunda savaşmaqda idi.[9] Arqun yolu yarıladıqdan sonra barışmağa çalışsa da, əkudar köməkçilərinin məsləhəti ilə bundan imtina etdi. 31 mayda Arqun oğlu Qazan tərəfindən rəhbərlik edilən yeni bir elçiliyini göndərdi və bu elçilik Semnanda Təkudarın düşərgəsinə gəldi. Elçilik uğurlu keçdi və sülh əldə edildi. Təkudarın şərtinə görə, sülh bir şərtlə qüvvəyə minərdi ki, Arqun öz qardaşı Keyxatunu girov olaraq onun düşərgəsinə göndərərdi. Arqun şərtlərlə razılaşdı və qardaşını iki əmirin, o cümlədən Novruzun müşayiəti ilə iyunun 13-də[10] və ya 28-də.[6] Təkudarın komandirlərinin ən böyüklərindən olan Buğanın nəzarətinə göndərdi. Öz növbəsində Buğa da onu Təkudara təslim etdi və o, Töday Xatunun düşərgəsinə göndərildi. Buna baxmayaraq, Təkudar düşmənliyi ortadan qaldırmadı və Arqunun üzərinə doğru yürüşünü davam etdirdi. Bu Buöanı Təkudardan uzaqlaşmağa və Arquna rəğbət bəsləməyə təhrik etdi. Bir digər tərəfdən, o, Təkudarın yanındakı mövqeyini itirmişdi və öz vəzifəsini bir digər Cəlairi genralı olan Ağ Buğa qapdırmışdı.{sfn|Wing|2016|p=31}}
Hadisələri görən Arqun iyulun 7-də 100 nəfərlik qüvvə ilə Kalat-e Naderi qalasına sığındı. Lakin dörd gün keçdikdən sonra o, Alınağa təslim olmağa məcbur oldu. Zəfər qazanan Təkudar Arqunu Alınağın düşərgəsində tərk edərək Kalpuşa yola düşdü. Burada onun əsas ordusu gözləməkdə idi. Bunu fürsət kimi dəyərləndirən Buğa düşərgəyə hücum edərək Alınağı öldürdü və Arqunu azad etdi. Buna cavab olaraq, Təkudar qərbə yola düşdü və Buğadan qısas almaq üçün onun Sultaniyyədəki tayfa mülklərini yağmalatdırdı. Təxt-i Süleymana doğru irəliləyən Təkudar 17 iyulda Dərbəndə getmək və oradan Qızıl Ordaya sığınmaq qərarına gəldi. Lakin Buğanın göndərdiyi Qaraunas onu ələ keçirdi və həbs etdi. O, 26 iyulda Marağa yaxınlığında yerləşən Ab-i Şur yaylaqlarında Arquna təhvil verildi.[6]
Hakimiyyəti
[redaktə | mənbəni redaktə et]Arqun rəsmi olaraq 11 avqust 1284-cü ildə taxta çıxdı. Bundan qısa zaman əvvəl Təkudar edam edilmişdi.[11] Taxta çıxdıqdan sonra yeni hökmdarın rəsmi təyinatları qüvvəyə minməyə başladı. O, qohumu olan Cumğurun oğlu Cuşkab və Baydunu Bağdad canişinliyinə, Buğanın qardaşı Aruğu onların əmiri, qardaşı Keyxatu və əmisi Hulaçunu Anadolu canişinliyinə, oğlu Qazanı və qohumu Kingçunu Xorasan canişinliyinə, Əmir Novruzu isə onların əmirliyinə təyin etdi. Hakimiyyətə gəlməyi borclu olduğu Buğa iki qat mükafatlandırıldı. Ona sahib-i divan və əmir-ül üməra rütbəsi verildi və bu həm hərbi, həm də mülki administrasiyanın onun əlində cəmləşməsi demək idi.[12] Atasının zəhərlənərək öldürülməsi iddiası əsasında Şəmsəddin Cüveyni edam edildi. Onun xanlığının ali monqol xaqanı tərəfindən rəsmən tanınması 23 fevral 1286-cı ildə Xubilay xaqanın yarlığı ilə tanındı. Xubilay xaqan təkcə Arqunu yeni hökmdar kimi tanımır, eyni zaman da Buğaya yeni titul — chingsang — da verirdi. Belə olduqdan sonra, Arqun ikinci dəfə, lakin bu dəfə rəsmi tacqoyma mərasimi təşkil etdi və bu mərasim 7 aprel 1286-cı ildə oldu.[3]
Buğanın ortadan qaldırılması
[redaktə | mənbəni redaktə et]Arqun hakimiyyəti yalnız özünün olmalı olan bir şey kimi görürdü və buna görə də, Buğanın və ya onun qardaşı Aruğun gücünü qəbul etmək istəmirdi.[13] Eləbuna görə də, hakimiyyətə gəlməsindən qısa müddət sonra artıq onları özünün düşməni kimi qəbul etməyə başladı. Aruq faktiki olaraq Bağdadı özünün ata mülkü kimi idarə etməkdə idi. O, mərkəzi hakimiyyətə yığılmış vergiləri göndərmir, onu tənqid edənləri qətlə yetirirdi. 30 dekabr 1284-cü ildə Seyid İmaməddin Ələvinin öldürülməsi Buğanın qəzəblənməsinə səbəb olmuşdu və Abiş Xatun saraya çağırılmışdı. Qətlin təfərrüatlarını ilk açan onun xidmətçilərindən biri olan Cəlaləddin Ərqan idi, bundan sonra o, 2 yerə parçalandı. Abiş Xatuna qanpulu olaraq Seyidin oğlanlarına 700 min dinar vermək əmr edildi. Bundan sonra Tuladayın, Tağaçarın və Toğanın da daxil olduğu əmirlər Arqunla Buğanı devirməyin yollarını düşünməyə başladılar. İlk addım olaraq xənizəyə ödənilməyən Salquri vergilərinin araşdırılması oldu. Araşdırma zamanı bəlli olmuşdur ki, o, Fars vilayətindən 1.5 milyon dinar qazanmışdır. Növbəti addım 1287-ci ildə atıldı. Bu zaman Buğa xəstələnmişdi. Bağdadın vergi gəlirlərini araşdırmağa başlayan Arqun nəticədə Aruğu vəzifəsindən kənarlaşdırdı və onun yerinə Ordo Qiyanı təyin etdi. Bir digər əmr ilə Buğanın müttəfiqi olan Əmir Əli Tamğaçı Təbriz canişinliyindən uzaqlaşdırıldı.
Artıq Arqunun onu ortadan qaldırmaq istədiyini anlayann Buğa Şahzadə Cuşkab və Gürcüstan çarı II Demetre ilə (Onun oğlu II Demetrenin qızı Rusudan ilə evli idi.) birlikdə sui-qəsd hazırlamağa başladı. Buqa, uğur qazandıqdan sonra imperiyanın naibi təyin olunmaq şərti ilə Cuşkaba taxt vəd etdi. Lakin Cuşkab hazırlanan sui-qəsd barədə Arqun xana xəbər göndərdi. Buna cavab olaraq, Arqun xanın yeni əmiri Qoncuqbal Buğanı həbs etmək üçün göndərildi. II Demetrenin Arqun xanın cəza qırğınlarından necə qurtulması bəlli deyil, lakin II Demetrenin paytaxta çağırıldığı və həbs edildiyi bəllidir. Buğa 16 yanvar 1289-cu ildə ölüm hökmünə məhkum edildi. Onun yerinə yəhudi həkim olan Səəd əl-Dövlə Əbhəri təyin edildi. Səəd əl-Dövlə Əbhəri monqol dövlət xadimlərinin dövlət əmlakını yağmalamasını və sui-istifadə hallarını pisləməklə, onlara qarşı mübarizə aparmaqla dövlətin mərkəzi hakimiyyətinin güclənməsində qismən uğurlu oldu.[14] Sədəddövlənin dövründə iqtisadiyyat və mərkəzi hakimiyyət gücləndi, illik vergi 10 milyon dinara çatdı.[15]
Təmizləmələr
[redaktə | mənbəni redaktə et]Buğanın məsələsini həll etdikdən sonra Arqun Hülakü şahzadələri ilə məşğul olmağa başladı. Onun hədəfində sadəqatə şübhəli olan şahzadələr idi. Cuşkab ordunu qiyama qaldırmaq istəməkdə ittiham edilərək həbs edildi və 21 sentyabr 1289-cu ildə edam edildi. Hulaçı və Yoşmutun oğlu Qara Noqay Novruzun Xorasanda başlatdığı üsyanla əlaqədar olaraq 30 may 1289-cu ildə həbs edildilər. Keçirilən məhkəmədən sonra onların ikisidə Damğanagöndərildilər və 7 oktyabr 1290-cı ildə orada edam edildilər. Qohumların edamı bitdikdən sonra Arqun Səəd əl-Dövləni Şəmsəddin Cüveyninin uşaqlarının və ona yaxın olan adamların edamını əmr etdi.[16]
Hakimiyyətin sonu
[redaktə | mənbəni redaktə et]Rəşidəddina görə, Arqun 1289-cu ilin 21 sentyabrında Marağa rəsədxanasını ziyarət etdikdən sonra tiryək istehlak etməyə başlamışdır. 18 may 1290-cı ildə ikinci oğlu olan Yesü Teymurun vəfat etməsindən sonra o, hökumətin gündəlik işlərindən bir qədər uzaqlaşdı. O, 1290-cı ildə Təbrizin yaxınlığında Arquniyyə adlandırılan şəhər saldırdı və orada buddist məbədi tikdirərək özünə oxşayan heykəllər ucaltdırdı. Onun tərəfindən əsası qoyulan bir digər şəhər Şaruyaz idi. Lakin bu şəhərin tikintisi Olcaytu dönəmində sonlandırılmışdır.[17]
Xarici əlaqələr
[redaktə | mənbəni redaktə et]Qızıl Orda ilə münasibətlər
[redaktə | mənbəni redaktə et]Özünün sələfi kimi Arqun tez-tez Qızıl Orda ilə toqquşurdu. O, hücum edən Qızıl Orda ordusunu 5 may 1288-ci ildə Şamaxı yaxınlığında məğlub edərək geri göndərmişdi. Dərbəndə yönəldilən bir digər hücum 26 mart 1289-cu ildə oldu. Tağaçar və digər komandanlar tərəfindən bu yürüş də məğlub edildi. Müharibə rəsmi olaraq Arqunun 2 may 1290-cı ildə Biləsuvara dönməsindən sonra sonlandı.
Məmlüklərlə münasibətlər
[redaktə | mənbəni redaktə et]Arqunun hakimiyyəti dövründə Misir Məmlükləri durmadan Suriyadakı qüvvələrini artırmaqda idilər. Məmlük sultanı Qalavun səlibçilərin əlində saxladıqları bölgələri ələ keçirmişdi. Bu bölgələrdən bəziləri Elxanilərin vassalı idi. Buna misal olaraq, Tripoli qraflığını göstərmək olar. Məmlüklər həmçinin, şimal qalası olan Marqatı 1285-ci ildə, Əl-Laziqiyyəni 1287-ci ildə, Tripolinin tamamnı 1289-cu ildə ələ keçirdilər.[18]
Xristianlarla münasibətlər
[redaktə | mənbəni redaktə et]Arqun xan Çingiz xanın soyundan gələnlər arasında Avropa qüvvələri ilə ortaq düşmən olan Misir məmlüklərinə qarşı ittifaq qurmağa ən çox çalışan şəxsdir. O, özünün potensial müttəfiqlərinə söz vermişdi ki, Qüdsün ələ keçiriləcəyi halda o, özü vəftiz olunacaqdır. Lakin artıq XIII əsrin sonlarında Avropa qüvvələri yeni bir səlib yürüşünə maraq göstərmirdilər və buna görə də, Arqunun cəhdləri nəticəsiz qaldı.[19]
Papalığa göndərilən ilk elçilik
[redaktə | mənbəni redaktə et]1285-ci ildə Arqun elçilik ilə Papa IV Honoriusa məktub göndərdi. Bu məktubun latın dilinə tərcümə edilmiş versiyasi indi də Vatikanda saxlanmaqdadır.[20][21] Arqunun məktubunda Arqunun ailəsinin Xristianlıqla əlaqəsi qeyd edilir və müsəlman torpaqlarının birgə hərbi fəth edilməsi təklif edilirdi:[22]
Müsəlman torpaqları olan Suriya və Misir sizinlə bizim aramızda yerləşir [biz] onu mühasirəyə alıb boğacağıq (“estrengebimus”). Biz öz elçilərimizi sizin yanınıza göndəririk ki, siz bir tərəfdən, biz bir tərəfdən Misirə ordu göndərək, biz yaxşı döyüşçülər ilə oranı ələ keçirə bilərik. Təhlükəsiz xəbərçilər vasitəsilə bunun nə zaman baş verməsini istədiyinizi bizə bildirin. Allahın, Papanın və Böyük Xanın yardımı ilə biz Sarasinləri təqib edəcəyik. Arqun xanın 1285-ci ildə Papa IV Honoriusa göndərdiyi məktubdan çıxarış.[23] |
Papalığa göndərilən ikinci elçilik
[redaktə | mənbəni redaktə et]İlk elçilik cavabsız buraxıldıqdan sonra, Arqun 1287-c ildə Avropa hökmdarlarına özünün ikinci elçiliyini göndərir. O, bu dəfə elçiliyinə Türk Onqut tayfasından olan xristian rahib Bar Saumanı rəhbər təyin edir. Nestorian olan Bar Sauma bu vəzifəyə Nestorian kilsəsinin rəhbəri, Bar Saumanın dostu və eyni zamanda Türk olan III Yabalaxanın təklifi ilə rəhbər təyin edilmişdi.[24] Elçiliyin qarşısındakı əsas məqsəd Orta Şərqin müsəlman hökmdarlarına qarşı xristian qüvvələrlə ittifaq qurmaq idi. Əsas hədəf isə Qüds şəhəri idi. Elçiliyə müsbət cavab verilsə də, görüləcək işlər qeyri-müəyyən olaraq qalmaqda idi. Sauma 1288-ci ildə Papa IV Nikolas, İngiltərə kralı I Edvard, Fransa kralı IV Flipp tərəfindən yazılmış müsbət məktublarla Elxanilər dövlətinə geri döndü.[20][25][26]
Papalığa göndərilən üçüncü elçilik
[redaktə | mənbəni redaktə et]1289-cu ildə Arqun Avropaya üçüncü elçilik göndərdi. Bu dəfə elçiliyə rəhbər olaraq Elxanilər dövlətində yaşayan genuyalı Gisolfeli Buskarel rəhbər təyin edilmişdi. Missiyanın məqsədi xristian və monqolların birgə səylərinin hansı tarixdə başlaya biləcəyini müəyyən etmək idi. Arqun səlibçilərin ordularının Akraya çatmasına az qalmış dərhal ordusu ilə yürüşə başlamaq istəməkdə idi. Buskarel 15 iyul — 30 sentyabrda Romada, noyabr–dekabr 1289-cu ildə də Parisdə oldu. O, Arqun tərəfindən yazılmış məktubu Plipp le Belə təslim etdi. Məktubda Arqun avropalılara potensial mükafat kimi Qüds şəhərini təklif edirdi və hər iki tərəfin yürüşə başlama tarixi kimi 1290-cı ilin qışı ilə 1291-ci ilin yazını təklif edirdi.[28]
Göy Tanrının hakimiyyəti altında böyük hökmdar Arqunun Fransa kralına məktubudur...dedi: Mən sizin Saymer Saqura (Bar Sauma) yanındakı elçilərin verdiyiniz sözü qəbul etdim ki, Elxanın döyüşçüləri Misirə hücum etsə, onları dəstəkləyəcəksiniz. Biz də Pələng ilinin qışının [1290] sonunda ora gedib, Göy Tanrıya sitayiş edərək, yazın əvvəlində [1291] Şamda məskunlaşaraq öz dəstəyimizi verərdik.
Əgər siz söz verdiyiniz kimi öz döyüşçülərinizi göndərər və Misiri fəth edərsəniz mən sizə Qüdsü verəcəyəm. Döyüşçülərimizdən hər hansı biri təyin olunmuş vaxtdan gec gəlsə, bütün cəhdlərimiz boşa çıxacaq və heç kim fayda görməyəcək. Zəhmət olmasa, mənə təəssüratlarınızı bildirin və mən də [öz növbəmdə] elçilərinizə yüklədiyiniz [və] fransız zənginlik nümunələrini [olan hədiyyələrinizi] qəbul etməyi çox istəyirəm. Mən bunu sizə Myckeril vasitəsiylə göndərirəm və deyirəm: Hamı Göy Tanrının gücü və padşahların əzəməti ilə tanış olacaq. Bu məktub Öküz ilinin yayın əvvəlinin altıncı günü Hondlonda yazılmışdır. — Arqun xanın Flippe le Belə 1289-cu ildə yazdığı məktubdan çıxarış. Fransız Kraliyyət Arxivində saxlanmaqdadır.[29] |
Buskarello da monqol hökmdarının səlibçilər üçün bütün lazımi ləvazimatları, həmçinin 30.000 at hazırlayacağını izah edən bir memorandum daşıyırdı.[30] Daha sonra Buscarel Arqunun mesajını kral I Edvarda çatdırmaq üçün İngiltərəyə getdi. O, 1290-cı il yanvarın 5-də Londona gəldi. Edvardın bu layihəyə həvəslə yanaşdığı günümüzə qədər gəlib çıxan cavabından bəllidir. Lakin bu layihənin həyata keçirilməsi üçün faktiki addımlar atmaqdan yayındı və bunun üçün Papaa müraciət etməyi üstün tutdu.[31]
Hücum üçün dəniz qüvvələrinin toplanması
[redaktə | mənbəni redaktə et]1290-cı ildə Arqun Bağdadda dəniz qüvvələrini formalaşdırmağa başladı. Onun istəyi dəniz vasitəsiylə ticarətdən böyük pullar qazanan Məmlük ticarətinə böyük zərbə vurmaq idi. Əsas hədəf isə Qırmızı dəniz idi. Genuyalılar Arqunun yanına 800 gəmi ustası və dənizçi göndərərək ona donanma düzəltməkdə yardım etmək istəyirdilər. Bunlarla birlikdə arbeletçilər də göndərilmişdi. Lakin bu layihənin həyata keçirilməsi zamanı Genuya hökuməti bu cəhdi blokladı və onların özlərinin Bəsrə limanındakı Guelf və Ghibellin fraksiyaları arasında mübarizə başladı.[30][32]
Papalığa göndərilən dördüncü elçilik
[redaktə | mənbəni redaktə et]Arqun Avropaya özünün dördüncü elçiliyini 1290-cı ildə göndərdi. Elçiliyə Endryu Zaqan rəhbərlik edirdi və heyətə Gisolfeli Buskarel, xristian olan Sahadin də daxil idi.[33] 1291-ci ildə Papa IV Nikolay yeni səlib yürüşünün baladığını elan etdi və Arqunun nümayəndələri ilə danışıqlara başladı. Papa eyni zamanda efiopiyalılarla, ermənilərlə, gürcülərlə, Yaqubi Süryani Kilsəsi ilə də danışıqları davam etdirirdi. 5 yanvar 1291-ci ildə IV Nikolay dua zamanı bütün xristianları müqəddəs torpaqları müsəlmanlardan xilas etməyə çağırdı. Bunun ardınca bütün Avropadakı papalıq təbliğatçıları insanları I Edvardı səlib yürüşlərində dəstəkləməyə dəvət etdi.[34]
Lakin bütün bu cəhdlər gecikmiş və nəticəsiz cəhdlər idi. Nəticədə 18 may 1291-ci ildə Əkka Məmlüklər tərəfindən ələ keçirildi. 1291-ci ilin avqustunda Arqun xana məktub yazan Papa xristian səlibçilərin I Edvardın komandanlığı altında Müqəddəs Torpaqları yenidən ələ keçirməyə gələcəyini, lakin onların monqol ordusu kimi güclü ordu tərəfindən dəstəklənməyəcəyi halda bütün bu cəhdlərin nəticəsiz qalacağını bildirdi. Monqollarla xristianların köhnə əlaqələrini vurğulayan Papa yenidən Arqundan vəftiz olmasını və Məmlüklər əleyhinə yürüşə başlamasını istədi. Lakin bu zaman Arqun artıq 1291-ci ilin mart ayında vəfat etmişdi. Papa özü də 1292-ci ilin martında öldü. Bu ölümlər birgə əməliyyatlar üçün edilmiş bütün cəhdləri boşa çıxardı.[35][32][36]
I Edvard 1292-ci ildə Arqunun xələfi Keyxatunun yanına Cofrey de Langleyin rəhbərliyi altında elçilər göndərdi. Lakin Avropa qüvvələri ilə Elxanilərin genişləndirilmiş əlaqələri yalnız Arqunun oğlu Qazan xanın dövründə bərpa edildi.
XX əsr tarixçisi Runcimana görə:[33]
Əgər monqol ittifaqı əldə olunsa və Qərb tərəfindən vicdanla həyata keçirilsəydi, Outremerin [Səlib yürüşündən sonra yaranmış dövlətlər] varlığı demək olar ki, uzanacaqdı. Məmlüklər məhv olmasaydı da, şikəst olardılar; Elxanilər isə xristianlara və Qərbə dost bir güc kimi sağ qalacaqdı. |
Ölümü
[redaktə | mənbəni redaktə et]Arqun hakimiyyətinin sonuna doğru kimyagərliyə böyük maraq salmışdı. O, dini məsələlərdə ona məsləhət verən Buddist lamalara sığınacaqlar verir, hamıdan çox yaşadığını iddia edən və Arquna da eyni şeyi təklif edən bir yogi ilə dostluq edirdi. Rəşid əd-Dinin Arquna kükürd və civə qarışığı verən bu kimyagərin təsviri Marko Polonun hind yogilərinin təcrübəsi kimi təsvir etdiyi maddə ilə eyni idi.[37][38] Bu maddəni qəbul etdikdən 8 ay sonra Arqun xəstələndi. Tanrıçı şamanlar 1291-ci il yanvarın 19-da çaya atılaraq edam edilən Təkudarın dul qadını Toğaçaq xatunu cadugərlikdə günahlandırdılar. Arqunun xəstəliyi 27 yanvar da daha da şiddətləndi və o, insult keçirdi. Bu imkandan yararlanan Tağaçar və onun müttəfiqləri bir başqa cəhd daha edərək, Səəd əl-Dövlə və onun adamlarını 2 apreldə öldürdülər. Arqun nəhayət 7 mart sabahı və ya 10 mart 1291-ci ildə Aranda vəfat etdi. O, Cənubi Azərbaycanda yerləşən Socas dağlarnda salınmış gizli məzarda dəfn edildi.[39][40][3]
Mirası
[redaktə | mənbəni redaktə et]XIII əsr monqollara aid şeylərin Qərbdə dəbdə olduğu dövr idi. Bu elə bir səviyyəyə yüksəlmişdi ki, İtaliyada yeni doğulan uşaqlara monqol hökmdarlarının adları verilirdi. Məsələn, Can Grande (Böyük Xan), Alaone (Hülakü), Argone (Arqun), Cassano (Qazan) adlarına tez-tez rast gəlinirdi.[41] Dominikan təriqətindən missioner olan Montekrokeli Rikoldoya görə, Arqun "bədxahların ən pis adamı idi, amma bütün bunlara baxmayaraq, xristianların dostu idi". Arqun Buddist idi, lakin əksər türk-monqollar kimi o, bütün inanclara qarşı böyük dözümlülük nümayiş etdirmiş, hətta müsəlmanların İslam qanunlarına görə mühakimə olunmasına icazə vermişdir.[3]
Arqun sülaləsi [b] başlanğıcını Arqun xandan götürdüyünü iddia etmişdir. Həmçinin Həsən Fasayi onun xəzinəsinin Qacar sülaləsi dövründə tapıldığını iddia etmişdir. O, bununla Qacarları Arqun xanın əmirlərindən biri olan Sartaq Noyonun oğlu Qacar Noyona bağlamaq istəyirdi.[45]
Ailəsi
[redaktə | mənbəni redaktə et]Arqunun ümumilikdə 10 arvadı var idi. Onlardan 7-i Xatu rütbəsində ikən, 3-ü kəniz idi. Onun övladları arasından yalnız 2 oğlan və 2 qız yetkinlik yaşına çata bilmişdir.
Əsas arvadları:
- Qutluq Xatun (ö. 13 mart 1288) — Hülakü xanın qızı Todoqac Xatunla Oyratlardan Tengiz Güregenin qızı.
- Xitay-oğul (həmçinin digər adı ilə, d. 3 mart 1291 — d. 24 yanvar 1298)[46]
- Ölcatay Xatun (evlilik tarixi. 1288) — Tengiz Güregenlə Todoqax Xatunun oğlu olan Sulamışın qızı.
- Uruk Xatun — Sarıcanın qızı, Əmir İrincinin vacısı və Toğrul xanın nəticəsi.[47]
- Yesü Teymur (born between 1271 and 1282, d. 18 may 1290)
- Olcaytu (d. 24 mart 1282 — ö. 16 dekabr 1316)
- Olcaytu Xatun — ilk evliliyini Qunçuqballa etmiş, ikinci dəfə Ağ Buğa ilə evlənmiş, üçüncü dəfə özünün ögey oğlu ilə evlənmişdr. Sonuncu ərinin adı Əmir Hüseyn Cəlair olmuşdur.
- Olcay Teymur — ilk evliliyini Tukalla etmiş, ikinci dəfə 30 may 1296-cı ildə Qutluqşahla evlənmişdir.
- Qutluq Teymur Xatun (gənc ikən Bağdadda ölmüşdür)
- Səlcuq Xatun (evlilik tarixi. 1276, ö. 1332, Niğdə) — Rum Səlcuqlu sultanı IV Qılınc Arslanın qız.[48]
- Bulughan Khatun Buzurg (d. 20 April 1286) — widow of Abaqa
- Buluğan Xatun (evlilik tarixi. 22 mart 1290, ö. 5 yanvar 1310) — Abatay Noyonun oğlu Otmanın qızı.
- Dilənçi (körpə ikən ölmüşdür)
- Today Xatun (evlilik tarixi. 7 yanvar 1287) — Konqratlardan olan əsilzadə və Təkudarla Abaqanın dul arvadı.
Kənizlər:
- Kultak Egeçi (evlilik tarixi. 1271) — Dörd Oyrat tayfasından olan Bitikçi Kihtarın qızı.
- Qutay — Hüseyn Ağanın oğlu Qutluq Buğanın qızı.
- Ergene Egeçi — Abaqa xanın keçmiş kənizi.
Mədəniyyət və quruculuq
[redaktə | mənbəni redaktə et]Arqun xanın hökmranlıq çağından başlayaraq Elxanlıların tikdirdiyi binalar diqqəti cəlb edir. Arqun xan Təbrizin qəbrində "Şənb" kəndində müxtəlif binalar tikdirir. O bütpərəst olduğuna görə, tikdirdiyi binalar içərisində bütpərəst məbədləri üstünlük təşkil edir. O abadlq işlərinə də xüsusi fikir verirdi. Şərviyazda sonralar Sultaniyyə adlanan şəhərin və Təbrizin qərbində gözəl tikintilər olan şəhərciyin bünövrəsini qoyur. O, bu şəhərciyə "Arquniyyə" adını verir.
Arqun xanın hakimiyyəti dövründə xəttatlıq inkişaf etmişdi. Belə xəttatlardan biri Şəmsəddin ibn Ziyəddin Zuşəki idi. Qeyd etmək lazımdır ki, Şəmsəddin həm də Elxanlılar hakimiyyətinin şöhrətli vəzirlərindən olub. O, öz dövrünün nüfuzlu alimi kimi tanınmış, şeirlər, risalələr yazmışdır. Təbrizdə Arqun xanın əmri ilə edam olunmuşdur.
Qeydlər
[redaktə | mənbəni redaktə et]- ↑ Fəzlullah Rəşidəddin onun 1262-ci ildə doğulduğunu bildirmişdir
- ↑ monqol[42] və ya türk-monqol [43] sülalələrindən biri. Sülalə üzvlərinin iddiasına əsasən, sülalə Arqun xandan gəlməkdədir. Bu sülalədən olan hökmdarlar Cənubi Əfqanıstan və Sind bölgəsini XV əsrin sonundan XVI əsrin sonuna qədər idarə ediblər.[44]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ China Biographical Database (ing.).
- ↑ Deutsche Nationalbibliothek Record #123548829 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ 1 2 3 4 5 Jackson, 1986
- ↑ Бартольд, 1974. səh. 485–486
- ↑ Boyle, 1971. səh. 98
- ↑ 1 2 3 Fisher, 1968. səh. 364–368
- ↑ Lane, 2009
- ↑ Hamadani, 1998. səh. 551
- ↑ Elias, 1995. səh. 551
- ↑ Lane, 1952. səh. 60
- ↑ Hamadani, 1998. səh. 562
- ↑ Hope, 2016. səh. 136
- ↑ Hope, 2016. səh. 161
- ↑ Fisher, 1968. səh. 366–369
- ↑ Mantran, 1986. səh. 298
- ↑ Hamadani, 1998. səh. 572
- ↑ Özdural, 2017. səh. 169
- ↑ Tyerman, 2006. səh. 817
- ↑ Prawdin, 1961. səh. 372
- ↑ 1 2 Runciman, 1987. səh. 398
- ↑ de Tyr, 1300. səh. 398
- ↑ Maalouf, 1984. səh. 254
- ↑ Grousset, 1935. səh. 700
- ↑ Rossabi, 2014. səh. 700
- ↑ Rossabi, 2014. səh. 99
- ↑ "FRANCE". www.encyclopediairanica.com. 27 September 2007. 4 April 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 dekabr 2022.
- ↑ Grands Documents de l'Histoire de France, Archives Nationales de France, p. 38, 2007.
- ↑ Runciman, 1987. səh. 401
- ↑ "Alternative translation of Arghun's letter". www.csupueblo.edu. 2007. 2022-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 dekabr 2022.
- ↑ 1 2 Richard, 1996. səh. 468
- ↑ Grousset, 1935. səh. 713
- ↑ 1 2 Jackson, 2005. səh. 169
- ↑ 1 2 Runciman, 1987. səh. 402
- ↑ Dailliez, 1972. səh. 324–325
- ↑ Schein, 1979. səh. 809
- ↑ Runciman, 1987. səh. 412
- ↑ Hamadani, 1998. səh. 574
- ↑ Polo, 2018
- ↑ Grousset, 1970. səh. 376
- ↑ Hamadani, 1998. səh. 575
- ↑ Jackson, 2005. səh. 315
- ↑ Davies, 1960. səh. 627
- ↑ Bosworth, 1996. səh. 329
- ↑ Schwartzberg, 1978. səh. 147
- ↑ Hope, 2016. səh. 8
- ↑ Loon və başqaları, 2016. səh. 43
- ↑ Hoyle, 1888. səh. 354
- ↑ Lambton, 1988. səh. 288
- ↑ Lambton, 1988. səh. 286
Mənbə
[redaktə | mənbəni redaktə et]- В. В. Бартольд. Сочинения. Работы по исторической географии и истории Ирана. VII. Moskva: Наука. 1974.
- P. Jackson. ARḠŪN KHAN. iranicaonline.org. 1986.
- W. B. Fisher. The Cambridge History of Iran. Cambridge University Press. 1968. ISBN 0-521-06935-1.
- George Lane. JOVAYNI, ʿALĀʾ-AL-DIN. iranicaonline.org. 2009.
- Rashidaddin Hamadani. Compendium of Chronicles. Harvard University. translated by Thackston, W.M. 1998.
- Jamal J. Elias. The throne carrier of God : the life and thought of ʻAlāʼ ad-Dawla as-Simnānī. Albany: State University of New York Press. 1995. ISBN 0-585-04596-8.
- George Lane. The Mongols in Iran : Qutb Al-Dīn Shīrāzī's Akhbār-i Moghulān. London. 1952. ISBN 978-1-351-38752-1.
- Michael Hope. Power, Politics, and Tradition in the Mongol Empire and the Ilkhanate of Iran. 2016. ISBN 9780198768593.
- Patrick Wing. Jalayirids. Edinburgh Univ Press. 2016. ISBN 978-1-4744-0226-2.
- Robert Mantran. "A Turkish or Mongolian Islam" in The Cambridge Illustrated History of the Middle Ages: 1250–1520. Robert Fossier. 1986.
- Marco Polo. Travels of Marco Polo. B&R Samizdat Express. 2018. ISBN 978-1-4554-1591-5.
- Ann K. S. Lambton. Continuity and Change in Medieval Persia. SUNY Press. 1988. ISBN 978-0-887-06133-2.
- J B van Loon və Abu Bakr al Qutbi al-Ahri. Ta'rīkh-i Shaikh Uwais : (History of Shaikh Uais) : Am important source for the history of Adharbaijān in the fourteenth century. 2016.
- Alpay Özdural. The Arts of Ornamental Geometry: A Persian Compendium on Similar and Complementary Interlocking Figures. Brill. 2017.
- Le Templier de Tyr. 1300.
- Sir E. A. Wallis Budge. The Monks of Kublai Khan Emperor of China.
- Laurent Dailliez. Les Templiers (in French). Editions Perrin. 1972. ISBN 2-262-02006-X.
- Richard Foltz. Religions of the Silk Road. New York: Palgrave Macmillan. 2010. ISBN 978-0-230-62125-1.
- René Grousset. Histoire des Croisades III, 1188-1291. Editions Perrin. 1935. ISBN 2-262-02569-X.
- Rene Grousset. The Empire of the Steppes: a History of Central Asia. New Brunswick, NJ: Rutgers University Press. 1970.
- Michael Hope. Power, Politics, and Tradition in the Mongol Empire and the Ilkhanate of Iran. 2016.
- Peter Jackson. The Mongols and the West: 1221-1410. Longman. 2005. ISBN 978-0-582-36896-5.
- Claude Lebédel. Les Croisades, origines et conséquences. Editions Ouest-France. 2006. ISBN 2-7373-4136-1.
- Amin Maalouf. The Crusades Through Arab Eyes. New York: Schocken Books. 1984. ISBN 0-8052-0898-4.
- Michael Prawdin. Mongol Empire. Collier-Macmillan Canada. 1961. ISBN 1-4128-0519-8.
- Jean Richard. Histoire des Croisades. Fayard. 1996. ISBN 2-213-59787-1.
- Morris Rossabi. Voyager from Xanadu: Rabban Sauma and the first journey from China to the West. Kodansha International Ltd. 1992. ISBN 4-7700-1650-6.
- Steven Runciman. A history of the Crusades 3. Penguin Books. 1987. ISBN 978-0-14-013705-7.
- Sylvia Schein. Gesta Dei per Mongolos 1300. The Genesis of a Non-Event. The English Historical Review. 1979. 805–819.
- Christopher Tyerman. God's War: A New History of the Crusades. Harvard University Press. 2006. ISBN 0-674-02387-0.
- J. A. Boyle. Camridge History of Iran. V. Cambridge University Press. 1971.
- Sir Henry Hoyle Howorth. History of the Mongols, from the 9th to the 19th Century. III. Burt Franklin. 1888. ISBN 978-1296812676.
- C. Collin Davies. Arghun. I. Leiden: The Encyclopedia of Islam - Brill. 1960. ISBN 90-04-08114-3.
- Clifford Edmund Bosworth. The New Islamic Dynasties: A Chronological and Genealogical Manual. New York: Columbia University Press. 1996. ISBN 0-231-10714-5.
- Joseph E. Schwartzberg. A Historical atlas of South Asia. Chicago: University of Chicago Press. 1978. ISBN 0226742210.
- Michael Hope. Power, Politics, and Tradition in the Mongol Empire and the Ilkhanate of Iran. 2016. ISBN 9780198768593.