Abdullah şah
Abdullah şah | |
---|---|
tel. അബ്ദുല്ല കുത്തുബ് ഷാ | |
Qütbşahların VII sultanı | |
1626 – 1672 | |
Əvvəlki | Sultan Məhəmməd şah |
Sonrakı | Əbülhəsən Tana Şah |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | |
Atası | Sultan Məhəmməd şah |
Anası | Həyat Bəxş xanım |
Vikianbarda əlaqəli mediafayllar |
Abdullah şah (1614[1] – 21 aprel 1672) — Qolkonda hökmdarı, Qütbşahlar sülaləsinin son nümayəndəsi.
Həyatı
[redaktə | mənbəni redaktə et]1612-ci ildə, Heydərabadda doğulmuşdur. Atası Sultan Məhəmməd şah, anası isə Həyat Bəxş xanımdır. Atası və anası əmioğlu-əmiqızı idilər.
Hakimiyyəti
[redaktə | mənbəni redaktə et]Hakimiyyətə gələndə hələ 14 yaşı vardı və qəyyumluğu anası Həyat Bəxş xanım edirdi. Hakimiyyətə gələndən cəmi 4 il sonra imperator Şah Cahanın oğlu Övrəngzib Əhmədnaqara hücum etdi və Qolkonda üçün təhlükə yarandı. Abdullah şah Moğollardan asılı olduğunu elan etməyə məcbur oldu.
Avropalıların Hindistana ayaq açması, almaz yataqlarının kəşfi Qolkonda üçün yeni bir fürsət idi. Sənaye canlamağa, ticarət güclənməyə başlamışdı. Masulipatnam meşələrində ağac sənayesi üçün əlverişli vəziyyət vardı və Hollandiya Ost-Hind şirkəti bundan istifadə etməyə can atırdı.[2]
Ailəsi
[redaktə | mənbəni redaktə et]İki qızı olmuşdu:
- Padşah Bibi xatun — 13 aprel 1656-cı Övrəngzibin böyük oğlu Məhəmməd Sultan ilə evlənmişdi.[3] Abdullah Məhəmmədi gələcək imperator kimi görmək istəsə də, Məhəmmədin atası tərəfindən edam edilməsi bu planlara son qoydu.
- Digər qızı — Əbül Həsən Qütbşah ilə evlənmişdi. Onu əvəz edən də elə kürəkəni idi. Oğlu olmamışdır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Bibliothèque nationale de France Record #14580863b // BnF catalogue général (fr.). Paris: BnF.
- ↑ Sultans of Deccan India, 1500–1700: Opulence and Fantasy by Navina Najat Haidar, Marika Sardar
- ↑ Journal of Indian History — Volume 45. University of Kerala. 1967. p. 132.