40°14′02″ şm. e. 34°41′44″ ş. u.34°41′44″D_region:TR_type:area HGYO

Alacahöyük

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Alacahöyük - Çorumun Alaca rayonundan 15 km şimal-qərbdə, Alacahüyük kəndində yerləşən abidədir. Bu abidədə dörd müxtəlif mədəni

Alacahöyük
Qədim Alacahöyükdə Het dövrünə aid Sfinksli qapılar
Qədim Alacahöyükdə Het dövrünə aid Sfinksli qapılar
Xəritə
40°14′02″ şm. e. 34°41′44″ ş. u.34°41′44″D_region:TR_type:area HGYO
Ölkə Türkiyə
Şəhər Çorum
Yerləşir Çorum ili[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

mərhələyə aid 15 tikinti qatı müəyyən edilmişdir.

Arxeoloji qazıntılar və araşdırmalar nəticəsində əldə edilən arxeoloji tapıntılara əsasən Alacahöyük sakinlərinin yanğından sonra yaşayış məntəqəsini tərk etmədiyi bəlli olmuşdur. Onların mərhumlarını eyni qəbiristanlıqdakı (nekropoldakı) D, H, B və R qəbirlərində hoker və ya cenin vəziyyətində dəfn etdiyi müəyyən edilib. Ən qədim və ən yeni yaşayış məskəninin qəbir formalarında heç bir dəyişiklik izlənilmir.[2] Yanğından əvvəl və sonrakı qəbir tapıntıları da fərqli bir mədəni prosesi əks etdirmir.

Erkən Tunc və Het dövrlərində çox əhəmiyyətli sənət mərkəzi olan Alacahöyükdə dörd sivilizasiya dövrü aşkar edilmişdir.[3] Alacahöyük arxeoloji tədqiqatlarında ilk tapıntılar e.ə. 3500-cü ilə aid olsa da, bəzi tapıntılar tarixi daha 1500 il əvvələ aparır və abidənin eramızdan əvvəl 5000-ci ilə aid olduğunu göstərir. Orta Anadoluda təxminən eramızdan əvvəl 1750-ci ilə qədər davam edən Hatti Dövrü Hetlərin Anadoluya gələrək krallıq qurması ilə sona çatmışdır. Ancaq Hatti mədəniyyətinin izləri Het Sivilizasiyasında da nəzərə çarpmaqdadır.[4] Alaca Höyük Het İmperatorluğu dövründə məbəd-saray, təmiz və tullantı su kanalları, biri relyef bəzəkli olmaqla iki monumental qapısı və girişindəki şəhər qala divarları ilə əhəmiyyətli bir dini mərkəz kimi rol oynamışdır.

Arxeoloji qazıntılar

[redaktə | vikimətni redaktə et]

Alacahöyük ilk dəfə 1835-ci ildə W.G.Hemilton tərəfindən kəşf edilmişdir. 1907-ci ildə T.Makridi burada ilk arxeoloji qazıntı işlərinə başlamışdır.[3][4]

Alacahöyükün əsl adı İmat Höyükdür. Abidənin ətrafında ən yaxın yaşayış məntəqəsi Alaca rayonu olduğundan Alaca adlanır. Atatürk öz cibindən verdiyi 500 lirə ilə burada ilk qazıntılar başlamış və onun təşəbbüsünün nəticələri bütün dünyada rezonans doğurmuşdur.[5] Alacahöyükdə ilk qazıntılar 1907-ci ildə Osmanlı arxeoloqu Teodor Makridi tərəfindən aparılmışdır. Buradakı qazıntılar 1935-ci ildən sonra Dr. Hamit Zübeyir Koşay və Rəmzi Oğuz Arıkın rəhbərliyi ilə həyata keçirilmişdir. Bu qazıntılar zamanı Eneolit dövründən Osmanlı dövrünə qədər davam edən dövrlərə aid tapıntılar üzə çıxarılıb. Alaca Höyükdə 1935-ci ildə Sfinksli qapının şimalında başlayan qazıntılar zamanı yazımızın mövzusunu təşkil edən B, R, T işarəsi olan qəbirlər 6-8 metr dərinlikdə tapılmışdır. Elə bu qazıntı zamanı 10.20 m. dərinliyində Son Eneolit dövrünə qədər dərinliyə çatmışdır. 1936-cı ildə aparılan qazıntılar zamanı A, A', C qəbirləri üzə çıxarılmış və 13,81 metr dərinlikdə materikə qədər qazılmışdır. 1937-1939-cu illərdə isə H, D, E, F, K, L və S qəbirləri aşkarlanmışdır. Bu günə qədər qəbirlərin stratiqrafiyası ilə bağlı müxtəlif tədqiqatlar aparılmış və fərqli nəticələr əldə edilmişdir.[2]

Təbəqələşmə

[redaktə | vikimətni redaktə et]

Rəmzi Oğuz Arık, Hamit Zübeyir Koşay və M.Akokun rəhbərliyi altında uzun illər aparılan qazıntılar nəticəsində kurqanda 4 əsas tarixi mərhələdə toplanmış məlumatlar aydınlaşmışdır. Eneolit dövründən Dəmir dövrünə qədər təxminən 15 tikinti mərhələsi aşkar edilib. Arxeoloji tədqiqatlar 3-cü mərhələdə aşkar edilən tapıntıların erkən tunc dövrünə aid olduğunu göstərir. Kurqanın ən məşhur təbəqəsi qeyri-adi dəfn hədiyyələri olan kral məzarlarının yerləşdiyi 3-cü təbəqə olsa da, təbəqəyə aid 4 tikinti mərhələsi də aşkar edilmişdir. Alacahöyük hesabatlarında bu təbəqə tez-tez Eneolit dövrü kimi təsvir edilir.[6]

Birinci Mərhələ

[redaktə | vikimətni redaktə et]

Qazıntı zamanı əldə edilən məlumatlar birinci mərhələni E.ə. 5000-3500-cü illərə aid ola biləcəyini göstərsə də, ilk mədəni mərhələ adlandırılan Alacahöyükün yuxarı qatlarında Frigiyalılardan başlayaraq Roma, BizansAnadolu saxsı qabları, xüsusilə boyalı saxsı qablar və ayaqlı meyvə qablarına da rast gəlinir. Bu qatlardan əldə edilən silah və əşyaların çoxu daşdandır.

İkinci Mərhələ

[redaktə | vikimətni redaktə et]

Bu mərhələyə aid qatlardan E.ə. 2500 - 2100-cü illərə aid kral və şahzadə məzarları tapılmışdır. Qəbirlərdə diqqəti cəlb edən tapıntılar içərisində gümüşdən hazırlanmış ölü hədiyyələri, qızıl və gümüşdən hazırlanmış qiymətli əşyalar vardır. Xüsusilə məzarın ətrafında tapılan vəhşi heyvanların kəllə və buynuzları diqqəti cəlb edir. Kişi qəbirlərində daha çox zinət əşyaları tapıldığı halda, qadın məzarlarında o dövrə aid silahlar aşkar edilmişdir.

Üçüncü Mərhələ

[redaktə | vikimətni redaktə et]

Üçüncü Mərhələ E.ə. 2000-1200-cü illəri əhatə edir. Bu dövrdə Alacahöyük torpaqları Hetlərə məxsus idi. Buradan Hetlərə aid çox mühüm arxeoloji artefaktlar tapılmışdır. Sənədli film rejissoru Tekin Gün araşdırma məqaləsində şəhəri əhatə ed��n qala divarlarının Hetlərə aid olduğunu bildirir. Bundan əlavə, Sfinksli qapı da Het dövründə tikilmişdir. O dövrün ən orijinal və incə sənət əsərlərindən biri də bu sfinksli qapılardır. Sfinkslərin ətraf mühiti pislikdən qoruduğuna inanılırdı. Daşların üzərində çox maraqlı motivlər vardır. Bəzi motivlərdə musiqiçilərə də rast gəlinir. Bu motivlər bizə həmin dövrlərlə bağlı mühüm tarixi dəyişiklikləri təqdim edir. Bundan başqa, bu dövrə aid mixi yazı lövhələri də aşkar edilmişdir.

Dördüncü Mərhələ

[redaktə | vikimətni redaktə et]

Bu mərhələyə aid heç bir əhəmiyyətli tapıntı aşkar edilməmişdir. Bu mədəni mərhələdə bu şəhər artıq əhəmiyyət kəsb etmirdi. Ankara muzeyində həmin dövrə aid tapıntılar sərgilənir. Bunlar əsasən saxsı qab, pul kimi əşyalardan ibarətdir.

Alacahöyükdə aşkar edilən tapıntılar Ankaradakı Anadolu Mədəniyyətləri Muzeyində və 1941-ci ildə açılan Alacahöyük Muzeyində sərgilənir. Alacahöyük və Boğazköyü əhatə edən ərazi 1988-ci ildə Boğazköy-Alacahöyük Milli Parkı adı ilə milli park elan edilmişdir.

Memarlıq xüsusiyyəti

[redaktə | vikimətni redaktə et]

Alacahöyük yaşayış məskəninin Eneolit dövrünə aid tikinti qatları digər təbəqələrlə müqayisədə yalnız çox kiçik sahədə tədqiq edilmişdir. Bu baxımdan bu dövrə aid məskunlaşma planı çəkmək mümkün deyildir. Ancaq üzə çıxarılan bəzi tikinti strukturları əsasında bu dövrün tikinti texnologiyasını anlaya bilərik. Akokun planlarından və üçölçülü təsvirlərindən belə aydın olur ki, daş bünövrəyə əsaslanan nazik çiy kərpicdən hörülmüş suvaqlı divarlar olmuşdur. Dam quruluşu haqqında heç bir məlumat verilməsə də, tikililərin bugünkü Anadolu kərpic memarlığı kimi düz damlara sahib olduqları düşünülür. Damın üzərinə tökülmüş nazik torpaq örtüyünün altında tir və qamışların olması da bugünkü memarlığa uyğundur. Binaların döşəmələri gil suvaqlıdır. Planlarda bir-birinə bitişik düzbucaqlı otaqlarla qarşılaşırıq. Evlərin içində ocaq yerləri tapılmışdır. Alacahöyüğün 1963-67-ci illərdəki qazıntı hesabatında palçıqla suvanmış qamış divarların mövcudluğu bildirilir. Sonrakı nəşrlərdə isə bu məsələyə toxunulmamışdır.

  1. GEOnet Names Server. 2018.
  2. 1 2 Baltacıoğlu, Hatçe. Alaca Höyük Erken Tunç Çağı Yönetici Mezarları ve Hitit Kültür Katı İle İlişkisi (türk). Ege Üniversitesi Rektörlüğü Basımevi Müdürlüğü. 2017. 11, 21.
  3. 1 2 Alacahöyük. Çorum İl Kültür Turizm Müdürlüğü. 1, 2.
  4. 1 2 Türk Tarih Kurumu tarafından yapılan Alacahöyük hafriyatı : 1935 (türk). Ankara: Türk Tarih Kurumu. 1937.
  5. Akok, Mahmut. Turkısh Review Of Archaeology. Kültür Bakanlığı Eski Eserler ve Müzeler Genel Müdürlüğü. 1977. 5, 6, 7.
  6. "Alacahöyük. TAY Projesi. Türkiye Arkeolojik Yerleşmeleri". TAY project. 28 Ağustos 2021. 2021-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-03.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]