Pavel Karyagin
Pavel Karyagin | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1761 |
Doğum yeri | |
Vəfat tarixi | 7 may 1807 |
Vəfat yeri | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rusiya imperiyası |
Qoşun növü | piyada |
Rütbəsi | polkovnik |
Döyüşlər | |
Təltifləri |
Pavel Mixayloviç Karyagin — Çar ordusunun polkovniki, 17 Yeger alayının komandiri.
Həyatı
[redaktə | vikimətni redaktə et]Pavel Karyagin 1761-ci ildə Poltava şəhərində zadəgan ailəsində anadan olub. Xasiyyətcə qəddar olmasını nəzərə alan valideynləri Paveli Hərbi məktəbə qoyurlar. 1778-ci ildə həmin məktəbi bitirir. 1781-ci ildə praporşik rütbəsi alır. 1783-cü ildən Qafqazda fəaliyyət göstərən Yeger polkunda xidmət edir və müxtəlif rütbələrə yüksəlir. 1784–1791-ci illərdə Türkiyəyə qarşı Rus ordusunda döyüşür və buna görə P. P. Rumyantsevin təqdimatı ilə ona mayor rütbəsi verilir və Georgi Xaçı ordeni ilə təltif edilir. 1796-cı ildə Valerian Zubovun Azərbaycana yürüşü zamanı P. M. Karyagin xüsusi xidmət göstərmiş, Gəncə, Şəmkir, Şirvan, Qarabağ, Dərbənd, Bakı və s. yerlərdə gedən döyüşlərdə xüsusi qəddarlıqlar törətmişdir. V. Zubov Azərbaycandan geri çağrılarkən Qarabağdakı Hərbi Hissənin rəhbərliyini P. M. Karyaginə tapşırır. Ermənilərə inanan və onlardan məharətlə istifadə edən P. M. Karyagin çox vaxt vergi toplama işlərinə qarışmaqla Qarabağın müsəlman camaatına olmazın zülmün vermişdir. Bu azmış kimi 1800-cü ildə ona Qafqaz Ali Baş Komandanlığı tərəfindən polkovnik rütbəsi verilmişdir.
1802-ci ilin 8 noyabrında imperator Aleksandrın fərmanı ilə Qafqaz Ali Baş Komandanlığına Karyaginin dostu Pavel Dmitriyeviç Sisyanov təyin olunur. Bu vaxtdan başlayaraq P. D. Sisiyanov harada işğalçı müharibələr aparıbsa Karyagin onun yanında olub. Karyaginin Qarabağda törətdiyi zülmləri eşidən və bundan qəzəblənən İbrahimxəlil xanın İranda yaşayan oğlu Əbülfət xan 1805-ci il iyun ayının 21-də Karyaginin qoşunu ilə Əsgəran yaxınlığında döyüşür. Bu döyüşdə Karyaginin qoşunu məğlub olur, özü isə bərk yaralanır və Sisyanovun göstərişi ilə Gəncəyə qayıdıb orada müalicə olunur. Sağalandan sonra bir müddət Gəncədə mülki işlərdə çalışır. 1807–ci il mart ayının 17-də о, yenidən Şuşaya qayıdaraq hərbi işlərini davam etdirir. 1807-ci ilin 14 oktyabrında Karyagin Şuşada bərk xəstələnir və Həmin ilin dekabrında vəfat edir. Çar polkovnik P. M. Karyaginin adını əbədiləşdirmək üçün Qarabulaqda yaranan qəzaya onun adını verir. 8 avqust 1930-cu ilədək rayon mərkəzi statusunu almış Qarabulaq 2 mart 1959-cu ilə qədər Karyagin adı altında öz fəaliyyətini davam etdirir.
Elə bu tarixdən də (2 mart 1959-cu il) başlayaraq rayon mərkəzinin Karyagin adı ləğv edilərək Azərbaycanın dahi şairi M. Füzulinin şərəfinə Füzuli şəhəri adlanır.
Mükafatları
[redaktə | vikimətni redaktə et]- 4-cü dərəcəli "Müqəffəs Georgi" ordeni (1804)
- "Cəsurluğa görə" qızıl qılınc (1805)
- 3-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni (1807)
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- 1761-ci ildə doğulanlar
- 7 mayda vəfat edənlər
- 1807-ci ildə vəfat edənlər
- Şuşada vəfat edənlər
- 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeninin kavalerləri
- III dərəcəli Müqəddəs Vladimir ordeninin kavalerləri
- "İgidliyə görə" qızıl qılıncı kavalerləri
- Əlifba sırasına görə hərbi xadimlər
- Rusiya hərbçiləri
- Rusiya-İran müharibəsi (1804-1813) iştirakçıları