Nizami küçəsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Nizami küçəsi
Ümumi məlumatlar
Ölkə
Rayon Səbail
Uzunluğu 3,538 km
metro Sahil
Poçt indeksi 1001

Nizami küçəsi və ya TarqovıBakı şəhərinin Səbail rayonu ərazisində yerləşən bir zolaqlı və bir istiqamətli sonu piyadalar zonasına keçən dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan küçə.

2015-ci ildə buraxılmış Azərbaycan poçt markası

Öz başlanğıcını Abdulla Şaiq küçəsindən götürür və indiki Sabit Orucov küçəsində isə tamamlanır. Küçənin uzunluğu 3,538 km-dir. Küçə paytaxt Bakının mərkəzini kəsərək qərbdən şərqə doğru uzanır. Küçə demək olar ki, mərkəzi hissəsində piyadalar zonasına keçir. Küçənin bu kəsiyi sakinlər tərəfindən "Tarqovı" da adlandırılır. Fəvvarələr meydanından Rəşid Behbudov küçəsinə qədər olan hissəsi tam piyadaların ixtiyarında olub, bütün növ nəqliyyat vasitələri üçün bağlıdır. Küçədə hərəkət bir tərəflidir.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]