Ağacşəkilli xostək
Ağacşəkilli xostək | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Ağacşəkilli xostək |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Ağacşəkilli xostək (lat. Caragana arborescens) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin xostək cinsinə aid bitki növü.
Təbii yayılması
[redaktə | vikimətni redaktə et]Yabanı halda Şimali və Qərbi Monqolustanda bitir. Buna bəzən sarı akasiya da deyilir.
Botaniki təsviri
[redaktə | vikimətni redaktə et]Hündürlüyü 3 m olan ağac və ya kol bitkisidir. Gövdəsi hamar, yaşılımtıl, qabığı boz rənglidir. Cavan budaqları yaşılımtıl, tilli, boz, uzunsov zolaqlıdır. Yarpaqları cütlələkvari olub, 1 sm uzunluqda 4-8 cüt yarpaqcıqlardan ibarətdir. Yarpaqcıqları 10–35 mm uzunluqda, 5–13 mm enində, uzunsov-ellipsvari və ya tərs-yumurtavari olub, üstdən açıq yaşıldır. Cavan vaxtı yarpaqcıqlar və budaqlar ipək tüklü olub, sonradan çılpaqlaşır. Yarpaqaltıqları şişkin və ucu bizvaridir. Çiçəkləri tək-tək və ya cüt-cüt yerləşir. Çiçəktacı sarı, 5 ləçəkli, 16–20 mm uzunluğunda, kəpənək-varidir. Yumurtalığı çılpaq və ya tükcüklüdür. Çiçəkyanlığı qıf formasındadır. Kasacığı zəngvari, tükcüklü, enli, qısa dilimlidir. Paxla meyvəsi xətvari-silindrik olmaqla, 3-6 sm uzunluğunda, 3–5 mm enindədir. Hər paxlada 5-8 ədəd qonur rəngli toxum yerləşir. 3-5 yaşından başlayaraq toxum verir və toxumları 4-5 il cücərmə qabiliyyətini saxlayır. 1000 ədəd toxumun çəkisi 25-44 qramdır. May-iyun aylarında çiçəkləyir, meyvəsi iyun və iyul aylarında yetişir. Paxlaları yetişənə yaxın yığılır və kölgəli yerdə qurudularaq toxumları təmizlənir. Toxumları yığıldıqdan sonra payızda, yaxud bir ay stratifikasiya edildikdən sonra yazda səpilir. Toxumla asan çoxalır, həmçinin kökündən pöhrə verir.
Ekologiyası
[redaktə | vikimətni redaktə et]Bitmə şəraitinə az tələbkar, tezböyüyən, quraqlığadavamlı, işıqsevən bitkidir.
Azərbaycanda yayılması
[redaktə | vikimətni redaktə et]Böyük Qafqazda, Abşeronda, Kür-Araz ovalığında təsadüf edilir.
İstifadəsi
[redaktə | vikimətni redaktə et]Təsərrüfat üçün qiymətli olub, yarpaqlarından göy rəng alınır və tərkibində 285-400 mq C vitamini vardır. Ballı bitkidir, çiçəyi 1-4 mq nektar verir. Bunun tərkibində 18%-ə qədər şəkər vardır. 1 hektar sahədən 350 kq-a qədər bal almaq mümkündür.
Sinonimləri
[redaktə | vikimətni redaktə et]Homotipik sinonimləri
[redaktə | vikimətni redaktə et]- Aspalathus caragana (L.) Kuntze
- Caragana caragana (L.) H.Karst.
- Robinia caragana L.
Heterotipik sinonimləri
[redaktə | vikimətni redaktə et]- Aspalathus redowskii (DC.) Kuntze
- Caragana altagana J.St.-Hil.
- Caragana altagana (Pall.) Poir.
- Caragana arborescens lusus acuta Kom.
- Caragana arborescens lusus angustifolia Kom.
- Caragana arborescens var. dubia Kom.
- Caragana arborescens var. fruticosa (Pall.) Kom.
- Caragana arborescens f. lorbergii Koehne
- Caragana arborescens var. marjanovii Kom.
- Caragana arborescens var. nana H.Jaeger
- Caragana arborescens f. nana (H.Jaeger) Rehder
- Caragana arborescens lusus obovata Kom.
- Caragana arborescens var. pendula (Carrière) Hartwig & Rümpler
- Caragana arborescens f. pendula (Carrière) Zabel
- Caragana arborescens var. redowskii (DC.) Schübeler
- Caragana caragana lusus pendula (Carrière) Asch. & Graebn.
- Caragana fruticosa (Pall.) Besser
- Caragana fruticosa var. multiflora H.Xie & Y.T.Zhao
- Caragana inermis Moench
- Caragana mongolioa K.Koch
- Caragana pendula Carrière
- Caragana redowskii DC.
- Caragana sibirica Medik.
- Caragana sophorifolia K.Koch
- Robinia altagana Pall.
- Robinia altagana var. fruticosa Pall.
- Robinia caragana var. altagana (Pall.) Sims
- Robinia caragana var. arborea Sims
- Robinia mongolica Sw. ex Besser
- Robinia speciosa Sw. ex Besser