Marsiya Kross

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa, brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Marsiya Kross
ing. Marcia Cross
Doğum tarixi 25 mart 1962(1962-03-25)[1] (62 yaş)
Doğum yeri
Uşağı 2
Təhsili
Fəaliyyəti Aktrisa
Fəaliyyət illəri 1984-cü ildən
Əsərlərinin dili ingilis dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Marsiya Enn Kross (ing. Marcia Anne Cross; 25 mart 1962[1], Malboro[d], Massaçusets) — Aktrisa.

Həyatı

Marsiya Kross 25 mart 1962-ci ildə Malboroda (Massaçusets ştatı, ABŞ) Mark və Canet Kross ailəsində anadan olub.[2]

Sənəti

Aktrisa "Melrose Place" (1992–1997) serialında doktor Kimberli rolu ilə tanınıb. Bundan əlavə Desperate Housewives (2004–12) serialında da Bri Van de Kamp rolunda böyük şöhrət qazanıb.

Kross öz debütünü 1984-cü ildə The Edge of Night serialında edib. Daha sonra Nyu-Yorkdan Los-Ancelesə köçüb və orada kiçik rollarda televiziya filmlərində çəkilməyə başlayıb. 1986–1987-ci illərdə One Life to Live serialında çəkilib.

Kross məşhurluğunu Aaron Spellinqin "Melrose Place" serialında əldə edir. Əvvəlcə serialın prodüserləri aktrisanı yalnız bir epizodda iştirak etmək üçün dəvət etdilər, lakin daha sonra Krossun əsas heyətə daxil edilməsinə qərar verdilər. Krossun xarakteri beşinci mövsümdə öldürüləndən sonra onun karyerası zəifləməyə başladı və o, əsasən "Seinfeld", "Spin City", "Ally McBeal" seriallarında epizodlarında görünür. 2003-cü ildə "Everwood" serialında ikinci plan rolunda qazanıb.

2004-cü ildən Desperate Housewives serialında Bri van de kamp rolunu qazanıb. Layihə həm ABŞ-də, həm də dünyada çox uğurlu olub və karyerasında ən böyük əhəmiyyət daşıyıb. 2005-ci ildə o, Emmy Award mükafatına namizəd olub, lakin Felisiti Haffman-a uduzub, üç dəfə "Qızıl Qlobus" mükafatına namizəd olub, lakin hər dəfə öz rəqiblərinə uduzub.[3]

Şəxsi həyatı

Marsiya 1993-dcü ilə qədər Riçard Cordanla bir yerdə yaşayıb.

24 iyun 2006-cı ildə Marsiya Tom Mahoni ilə evlənir. Onların əkiz qızları olur.[4]

Aktrisanın həyat yoldaşı xərçənglə mübarizədə qalib gəlir. SAonradan isə aktrisa özü bu xəstəlikdən əziyyət çəkir, hal-hazırda isə vəziyyəti kifayyət qədər yaxşıdır.[5]

İstinadlar

  1. 1 2 Marcia Cross // Internet Broadway Database (ing.). 2000.
  2. "Marcia Cross Tapped For 'Quantico' Role" (ingilis). DEADLINE. 2020-10-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10.12.20.
  3. "Marcia Cross Tapped For 'Quantico' Role" (ingilis). DEADLINE. Archived from the original on 2020-09-29. İstifadə tarixi: 10.12.20.
  4. "Movies, TV and Celebrities" (inilis). IMDb. Archived from the original on 2018-02-19. İstifadə tarixi: 10.12.20.
  5. "Marcia Cross Is Sharing Her Anal Cancer Story in the Hopes of Ending the 'Stigma'" (ingilis). Archived from the original on 2022-08-31. İstifadə tarixi: 10.12.20.