Bristol Universiteti
Bristol Universiteti | |
---|---|
University of Bristol | |
51°27′23″ şm. e. 2°36′16″ q. u.HGYO | |
Əsası qoyulub | 1909 |
Tip | Dövlət |
Rektor | Professor Erik Tomas |
Tələbə sayı | 22,780 |
Şəhər | Bristol |
Ölkə | |
Sayt | bristol.ac.uk |
Vikianbarda əlaqəli mediafayllar |
Bristol Universiteti (ing. University of Bristol) — Böyük Britaniyada, İngiltərənin cənub-qərbindəki Bristol şəhərində yerləşən ali təhsil müəssisəsi.
Xarici əlaqələri
Bristol Universiteti Rassel, Koimbra[1] ümumavropa qruplarının, Beynəlxalq Universitetlər Şəbəkəsinin üzvüdür. Universitetin vitse-kansleri Erik Tomas hazırda Beynəlxalq Universitetlər Şəbəkəsinin sədridir.
Reytinqi
2015/16[2] | 2014/15[3] | 2013/14[4] | 2012/13[5] | 2011/12[6] | 2010/11[7] |
---|---|---|---|---|---|
37 | 29 | 30 | 28 | 30 | 27 |
Məşhur tələbələri
Bristol Universiteti beynəlxalq şöhrətə malik olan təhsil ocağıdır. Burada dünyanın bütün ölkələrindən olan tələbələrə rast gəlmək olar. Ali məktəb tələbələrə Britaniya akademik mədəniyyəti ilə yanaşı, dünya təcrübəsini də öyrədir. Universitetin vitse-kansleri Erik Tomas rəhbərlik etdiyi təhsil müəssisəsi haqqında yazır: "Bristol Universiteti gözəl Bristol şəhərinin mərkəzində yerləşən valehedici akademik reputasiyaya malik bir elm mərkəzidir. Tələbələrimiz cəmiyyətin müxtəlif təbəqəsini təmsil edirlər, bu isə universitetimizi daha da zənginləşdirir. Biz bütün insanların bərabərliyinə inanırıq və bəşəriyyət üçün hərtərəfli inkişaf etmiş şəxsiyyətlər yetişdiririk".
- Nkosazana Dlamini-Zuma — Cənubi Afrika Respublikasının xarici işlər naziri
- Manuel Esquivel — Belizin sabiq Baş naziri
- Alastair Sammerli — Guellph Universitetinin prezidenti
- Bill MakMillan — Şərqi İngiltərə Universitetinin vitse-kansleri
- Devid Vilyam Rind — Siti Universitetinin vitse-kansleri
- Jan-Mari Qüstav Le Klezio — yazıçı, Nobel mükafatı laureatı
- Harold Pinter — yazıçı, Nobel mükafatı laureatı
- Maks Delbruk — tibb üzrə Nobel mükafatı laureatı
- Paul Dirak — fizika üzrə Nobel mükafatı laureatı
- Nevill Mott — fizika üzrə Nobel mükafatı laureatı
- Sesil Frank Pauell — fizika üzrə Nobel mükafatı laureatı
- Doroti Hodkin — kimya üzrə Nobel mükafatı laureatı
- Ser Vilyam Ramsey — kimya üzrə Nobel mükafatı laureatı
- Gerhard Hersberq — kimya üzrə Nobel mükafatı laureatı
Mənbə
İstinadlar
- ↑ "CG Member Universities 2014" (PDF). Coimbra Group. 2014-04-21 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 10.10.2015.
- ↑ "QS World University Rankings (2015)". 2020-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-27.
- ↑ "QS World University Rankings (2014)". 2016-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- ↑ "QS World University Rankings (2013)". 2016-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- ↑ "QS World University Rankings (2012)". 2019-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- ↑ "QS World University Rankings (2011)". 2011-10-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- ↑ "QS World University Rankings (2010)". 2011-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.