Vikipediya:Mövzulu ay/Skandinaviya ayı
Skandinaviya ayı — "Mövzulu ay" layihəsinin bir hissəsi kimi Skandinaviya haqda məqalələrin yazılması üçün yaradılmışdır. Bu layihə çərçivəsində mövzu ilə əlaqəli məqalələrin zənginləşdirilməsi də nəzərdə tutulub.
İstiqamət: Layihə iştirakçıları Vikipediya:Mövzulu ay/Skandinaviya ayı/Plan səhifəsində nəzərdə tutulan səhifələri yarada və təkmilləşdirə bilər və həmçinin həmin səhifədə olmayan, lakin Skandinaviya ilə bağlı olan səhifələri yarada və təkmilləşdirə bilərlər. Güman edilir ki, vikipediyanın bir sıra digər dil bölmələrində - xüsusilə də rusdilli və ingilisdilli layihələrdə bu mövzu haqda daha çox məlumat var.
Məqsəd: Skandinaviya ayı bu sahə ilə əlaqəli məqalələrdəki boşluqları aradan qaldırmaq üçün nəzərdə tutulub. Ay ərzində Skandinaviya ilə bağlı məqalələrin yaradılması və zənginləşdirilməsi nəzərdə tutulmuşdur.
Müddət: 1-31 dekabr 2019-cu il. (1 dekabr 2019-cu il Bakı vaxtı ilə saat 00:01-də başlayacaq və 31 dekabr 2019-cu il Bakı vaxtı ilə saat 23:59-da bitəcək.)
Başlayarkən
[mənbəni redaktə et]
- İştirakçılar hissəsinə imzanızı qoymağı unutmayın.
- Layihə səhifənizdə hazırladığınız və təkmilləşdirdiyiniz səhifələri (Yeni məqalələr, təkmilləşdirilən məqalələr və s.) əvvəlinə # işarəsi qoyaraq alt-alta yazın.
- Layihə iştirakçıları yalnız qeydiyyatdan keçmiş istifadəçilər olmalıdır. IP ilə işləmək tövsiyə olunmur. Hər istifadəçi yalnız 1 istifadəçi adı ilə layihə iştirakçısı ola bilər.
Qiymətləndirmə
[mənbəni redaktə et]Qiymətləndirmə "Jüri üzvləri" tərəfindən aparılacaq. Jüri üzvləri qiymətləndirməni aşağıda göstərilmiş metodla aparacaq. Onlar qiymətləndirməni ay başa çatdıqdan sonra maksimum 5 gün ərzində yekunlaşdırmalıdır.
- Təşkilat komitəsi:
- Qeyd 1: Jüri üzvləri də layihə iştirakçısı ola bilər və öz töhfələrini qiymətləndirə bilərlər. Mübahisəli hallarda qiymətləndirmə digər Jüri üzvləri tərəfindən təkrar aparıla bilər.
- Qeyd 2: Qiymətləndirmə yalnız buraya yüklənən məqalələrlə bağlı aparılır. İştirakçıların burada göstərmədikləri töhfələr qiymətləndirilmir.
Qaydalar
[mənbəni redaktə et]Xülasə: Yeni məqalə, Skandinaviya haqqında, yaxşı keyfiyyətdə, minimum 3000 bayt və 250 söz, 2019-cu ilin dekabr ayı müddətində yaradılmalı, siyahı olmamalı.
Skandinaviya ayı çərçivəsində yaradılan məqalələr aşağıdakı şərtlərə cavab verməlidir:
- Yeni məqalə 1 dekabr 2019-cu ildən (saat 00:00) 31 dekabr 2019-cu ilə qədər (saat 23:59) olan dövrdə yaradılmalıdır.
- Məqalə Skandinaviya haqqında olmalıdır.
- Məqalənin ölçüsü azı 3.000 bayt olmalı və içərisində azı 250 söz işlənməlidir.
- Məqalə ensiklopedik cəhətdən əhəmiyyətli olmalıdır.
- Məqalədə lazımı qədər istinad olmalıdır.
- Məqalə maşın tərcüməsi ilə yaradılmamalıdır, aydın dildə yazılmalıdır.
- Məqalədə onun bəzi kriteriyalara cavab vermədiyini göstərən şablonlar olmamalıdır. Məsələn, {{orijinal tədqiqat}}, {{tərəfli}}, {{mənbə azlığı}} və s.
- Məqalə siyahı olmamalıdır. Lakin seçilmiş statusu alarsa, dəyərləndiriləcəkdir.
Qeyd:
- Məqalənin qəbul olunub-olmamasını sonda ancaq Jüri üzvləri müəyyənləşdirir.
Qiymətləndirmə metodu
[mənbəni redaktə et]
- Qəbul olunan hər bir məqalə keyfiyyətinə görə 1-3 arası xal ilə qiymətləndirilir.
- Böyük həcmli məqalələrə əlavə olaraq 1 xal verilir (Bu xal məqalənin keyfiyyətinə aid deyil).
Qiymətləndirmə metodunun təkmilləşdirilməsinə zərurət yaranarsa, bu halda Qiymətləndirmə Komissiyasının üzvləri müvafiq qərarın qəbul edilməsində məsuldurlar
Mükafatlandırma
[mənbəni redaktə et]
- 1-ci yeri tutan istifadəçiyə "Qızıl medal" mükafatı veriləcək.
- 2-ci yeri tutan istifadəçiyə "Gümüş medal" mükafatı veriləcək.
- 3-cü yeri tutan istifadəçiyə "Bürünc medal" mükafatı veriləcək.
[[Fayl:COTW Towns Copper Barnstar Hires.png | 240px]] |
Qeyd: İldə bir dəfə təşkil olunan tədbirdə il ərzində Mövzulu ay mükafatçılarına "Azərbaycan vikimediaçıları" istifadəçi qrupu tərəfindən müxtəlif hədiyyələr təqdim olunur.
Nəticə
[mənbəni redaktə et]İstifadəçi | Töhfələr | Xal | Məqalə sayı (yeni+təkmilləşdirmə) |
Yer |
---|---|---|---|---|
Eldarado | /Eldarado | 0 | 0 | 11 |
Solavirum | /Solavirum | 13 | 12 | 2 |
Şahmar Zeynallı | /Şahmar Zeynallı | 2 | 11 | 5 |
Wikipediya M | /Wikipediya M | 13 | 13 | 2 |
Murad İsmayılzadə | /Murad İsmayılzadə | 12 | 8 | 3 |
Şahdağlı | Şahdağlı | 0 | 0 | 10 |
Мурад 97 | /Мурад 97 | 2 | 2 | 6 |
Namikilisu | /Namikilisu | 3 | 3 | 4 |
Metleb Qurbanli | /Metleb Qurbanli | 0 | 1 | 8 |
AfraimMammadov | /AfraimMammadov | 16 | 14 | 1 |
İştirakçılar
[mənbəni redaktə et]Töhfələrinizi bu alətlə qeyd etməyi unutmayın! Həmçinin, aşağıda istifadəçi adınızı qeyd edə bilərsiniz.
- --eldarado ✉ 22:15, 8 noyabr 2019 (UTC)
- --Şahmar Zeynallı (müzakirə) 21:40, 1 dekabr 2019 (UTC)
- --Murad İsmayılzadə ✉ 22:46, 1 dekabr 2019 (UTC)
- --Rehman ehmedov 0:21, 2 dekabr 2019(UTC)
- --Wikipediya M (müzakirə) 02:36, 2 dekabr 2019 (UTC)
- --Qızılbaş (müzakirə) 12:31, 2 dekabr 2019 (UTC)
- --Adil Şahdağlı (müzakirə) 15:44, 3 dekabr 2019 (UTC)
- --Мурад 97 (müzakirə) 01:44, 7 dekabr 2019 (UTC)
- --Metleb Qurbanli (müzakirə) 08:33, 7 dekabr 2019 (UTC)
- --namikilisu (müzakirə) 09:41, 16 dekabr 2019 (UTC)
- --AfraimMammadov (müzakirə) 18:52, 6 yanvar 2020 (UTC)
Yekun
[mənbəni redaktə et]2019-cu ilin dekabr ayında "Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun təşəbbüsü ilə həyata keçirilmiş "Skandinaviya ayı" layihəsi çərçivəsində aşağıdakı göstəricilər qeydə alınmışdır:
İştirakçı sayı |
Töhfəsini təqdim edənlər |
Məqalə sayı |
Şablon sayı |
Kateqoriya sayı |
Şəkil sayı |
1-ci yer |
2-ci yer |
3-cü yer |
4-cü yer |
---|---|---|---|---|---|---|---|---|---|
11 | 9 | 65 | AfraimMammadov | Wikipediya M, Solavirum | Murad İsmayılzadə | Namikilisu |
Faydalı keçidlər
[mənbəni redaktə et]
- Müsabiqənin Ana səhifəsi
- Suallar üçün e-mail ünvanı: info@wikimedia.az