Fuad Mustafayev

Vikipediya, azad ensiklopediya
Gadir (müzakirə | töhfələr) tərəfindən edilmiş 14:18, 16 may 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Fuad Mustafayev
Fuad Seyfulla oğlu Mustafayev
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi (91 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Uşaqları Çingiz Mustafayev
Vahid Mustafayev
Seyfulla Mustafayev
Milliyyəti azərbaycanlı

Fuad Seyfulla oğlu Mustafayev (16 avqust 1927, Bakı8 aprel 2019, Bakı) — ANS Şirkətlər Qrupunda Təsisçilər Şurasının Fəxri Sədri (1991–2016).

Mustafayev Fuad Seyfulla oğlu 1927-ci il 16 avqust tarixində Bakıda anadan olmuşdur. 1948-ci ildə Bakı Dəmiryol Texnikumunu, 1958-ci ildə Leninqrad Dövlət Hərbi Akademiyasını bitirmişdir.

1958–1964-cü illərdə hərbi qulluqda olmuşdur, hissə komandiri vəzifəsinədək yüksəlmişdir. 1965–1995-ci illərdə Tikinti Nazirliyində, Sənaye Tikinti Nazirliyində, Üzümçülük-Şərabçılıq komitəsində, Baş Kolxoz-sovxoz Tikinti Birliyində, Hidrometeorologiya İdarəsində rəhbər vəzifələrində işləmişdir. 1996–1999-cu illərdə ANS-Kommers şirkətinə rəhbərlik etmişdir. 1999-cu ildən 2016-cı ilədək Çingiz Mustafayev Fondunun Prezidenti idi. 1991-ci ildən 2016-cı ilədək ANS Şirkətlər Qrupunda Təsisçilər Şurasının Fəxri Sədri oldu.

Fuad Mustafayev 8 aprel 2019-cu ildə 91 yaşında vəfat etmişdir.