Rorks Drift döyüşü

Vikipediya, azad ensiklopediya
İşçiBot (müzakirə | töhfələr) (Bot: tənzimləmə) tərəfindən edilmiş 11:27, 27 iyun 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Rorks Drift döyüşü
Anqlo-Zulu müharibəsi
(fr. Alphonse de Neuville) Rorks Drift döyüşü
(fr. Alphonse de Neuville) Rorks Drift döyüşü
Tarix 22-23 yanvar 1879-cu il
Yeri Rorks Drift, Zululend
Nəticəsi Britaniyanın qələbəsi
Münaqişə tərəfləri

Britaniya imperiyası

Zulu ölkəsi

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rorks Drift döyüşü (Battle of Rorke’s Drift) — həmçinin "Rorks Driftin müdafiəsi" və ya "Rork keçidi döyüşü" kimi tanınan, 1879-cu il Anqlo-Zulu müharibəsi zamanı 22-23 yanvar 1879-cu ildə zulularbritaniyalılar arasında baş vermiş hərbi toqquşmadır.

Əvvəlki tarix

[redaktə | mənbəni redaktə et]

Zululendin işğalı zamanı, keçmiş İsveç Lüteran Missiyası Rorks Driftin yerində, İngilislər xəstəxana və ərzaq anbarı yerləşdirdilər.

Postun rəhbəri Kral mühəndislərinin (ing. Corps of Royal Engineers) leytenantı Con Rouz Merriot Çard idi.

Rorks Driftin qəhrəmancasına müdafiəsində böyük rol oynayan 24-cü piyada alayının, 2-ci batalyonun, "B" bölüyünə (2-ci Vorvikşir alayı, indi Uels Kral alayı) leytenant (ing. Gonville Bromhead) komandanlıq edirdi.

22 yanvar 1879-cu ildə, müharibənin başlanmasından 9 gün sonra, başçı Ntsinqvayonun komandanlığı altında Zulu ordusu İsandlvanadakı İngilis düşərgəsini əzdi, demək olar ki, 24-cü İngilis piyada alayının 1-ci batalyonu da daxil olmaqla burada yerləşən İngilis qoşunlarını tamamilə məhv etdi.

Məğlub olan düşərgədən fərqli olaraq, Rorks Drift kifayət qədər möhkəmləndirilmişdi: missiya binaları arasındakı boşluq daşlarla doldurulmuş qutulardan və kisələrdən hörülmüş divarla hasarlanmışdı, istehkamların qarşısında şimal-şərqdən iri daşlarla örtülmüş hərəkət üçün əlverişsiz bir sahə var idi, qərbdən və cənubdan isə missiyanın köhnə divar qalıqları hücumçular üçün əlavə maneə rolunu oynayırdı.

Döyüşün gedişi

[redaktə | mənbəni redaktə et]
Şahzadə Dabulamanzi
(zulu Dabulamanzi kaMpande)

Yanvarın 22-də axşam Zulu kralı Keçvayonun qanbir qardaşı Dabulamanzinin komandanlığı altında Zulu ordusunun arxa müdafiəçiləri İsandlvandan 11 mil (17,7 km) məsafədə olan Rorks Driftə hücum etdi.

Hücum edən qüvvələrin döyüşçüləri 30-40 yaş arası evli kişilərdən toplanan "uDloko", "uSulvana", "inDlonqo" amabuto (alaylar) və subay gənclərin xidmət etdiyi "inDlu-yenqve" ibusodan ibarət idi.

O zaman Rorks Driftdə cəmi 139 britaniyalı var idi[1] (104 sağlam və xəstəxanada müalicə olunan 35 xəstə və yaralı).

İlk hücum saat 17:00-da başladı. Hücumçular ənənəvi silahlarla - assaqay (nizə), nokberr (dəyənək) və qalxanlarla yanaşı, üstəlik İsandlvanada ələ keçirilən tüfənglərdən də istifadə edirdilər.

Hücumların birində zulular xəstəxananın yerləşdiyi binanı yandırmağa müvəffəq oldular. Müdafiəçilər hücumu dəf etməklə yanaşı, eyni zamanda yaralıları da təxliyə etməli oldular.

Ümumilikdə, Zulular hər dəfə yeni bir istiqamətdən üç hücum etdi (görünür, bunlar üç fərqli Zulu bölməsinin hücumları idi), bundan sonra 23 yanvar 1879-cu ildə səhər saat 4-də Dabulamanzi ordusu Zululendə geri çəkildi.

Döyüşdən sonra meydanda 370 Zulu cəsədi tapıldı, qarnizonun itkisi isə 15 cəsəd və 10 yaralı (onlardan ikisi tezliklə güllə yarasından həyatını itirdi) idi. Döyüş meydanında qalan yaralı zuluları, Dabulamanzi döyüşçülərinin britaniya xəstəxanasında yaralıların qətl etdiyini görən qəddarlaşmış ingilislər öldürdülər[2].

Diqqəti İsandlvanadakı məğlubiyyətdən yayındırmaq üçün Rorks Driftdəki döyüşə böyük əhəmiyyət verildi. İngiltərə parlamentinin hər iki palatasının təşəkkürünü alan leytenantlar Çard və Bromhed (kapitan rütbəsini aşaraq) dərhal mayor rütbəsinə yüksəldilər və Rorks Driftin doqquz digər müdafiəçisi ilə birlikdə Britaniyanın ən şərəfli döyüş mükafatı olan Viktoriya xaçına layiq görüldülər.

Daha doqquz müdafiəçi medallarla təltif edildi[1].

Ədəbiyyat və incəsənətdə əksi

[redaktə | mənbəni redaktə et]
  • Rorks Drift Salman Rüşdinin "Şeytan ayələri" (ing. The Satanic Verses) kitabında xatırlanır.
  • 1964-cü ildə Rorks Drift döyüşündən bəhs edən "Zulular" bədii filmi çəkilib.
  • Sabaton qupunun The Last Stand albomundan "Rorke's Drift" mahnısı Rorks Drift döyüşünə həsr olunub.
  1. 1 2 Р. Эрнест Дюпюи, Тревор Н. Дюпюи. Всемирная история войн (в 4-х тт.). том 3 (1800—1925). — СПб.; М.: Полигон; АСТ, 1998. — С. 459—460. — ISBN 5-89173-019-7
  2. Lock, Ron; Quantrill, Peter. Zulu Victory: The Epic of Isandlwana and the Cover-up. Greenhill Books. 2005. 231–232. ISBN 1-85367-645-4.