38°59′47″ şm. e. 48°20′54″ ş. u.HGYO

Ləzran (Yardımlı)

Vikipediya, azad ensiklopediya
InternetArchiveBot (müzakirə | töhfələr) (Rescuing 3 sources and tagging 0 as dead.) #IABot (v2.0.9.2) tərəfindən edilmiş 22:04, 30 sentyabr 2022 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Ləzran
38°59′47″ şm. e. 48°20′54″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 137 nəf.
Xəritəni göstər/gizlə
Ləzran xəritədə
Ləzran
Ləzran

LəzranAzərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Yardımlı rayonunun Ərus kənd Sovetinin Ləzran kəndi Ərsilə kənd Sovetinin tərkibinə verilmişdir.[1]

Tarixi abidələri

[redaktə | vikimətni redaktə et]

Ləzran kəndinin yaxınlığında XIII-XIV əsrlərə aid edilmiş Abi-Dərdə türbəsi yerləşir. Türbə ilkin forması saxlanmaqla 1985 və 2000-ci illərdə təmir olunub. Yardımlı şəhər sakini Hacı Sabir İsmayılovun şəxsi vəsaiti hesabına 2011-ci ildə ziyarətgahın yanında istirahət otağı və 17 metr uzunluğunda məscid tikilmişdir. Abi-Dərdə türbəsi ən çox ziyarət olunan pirlərdən biridir, buraya müxtəlif yerlərdən insanlar ziyarətə gəlir. Abi-Dərdə türbəsi 4471 invertar sayı ilə XIV əsrə aid yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınaraq mühafizə olunur.

1944-cü ildə Azərbaycan SSR Nazirlər Sovetinin hərbi sərhəd zonasından kəndlərin köçürülməsi haqqında qərarına əsasən 20-yə yaxın kəndin köçürülməsi prosesi başlanıldı. Köçürülənlərin bir hissəsi Yardımlının Çayüzü, Ünəç, Əsədabad kəndlərində yerləşdirilib. Kəndlərin torpaq sahələri dövlət fonduna daxil edilib. 50-ci illərdə (1952-1953) isə Abasallı, Köhnəqışlaq, Ovra, Pirovdağ, Ləceyir, Arvana, Qarovuldaş, Deman, Avaş, Binələr, Perimbel, Ərvərəz, Oncaqala, Peştəsər, Şatiker, Niyazonu, Niglə, Fındıqlı qışlaq, Vəlişli, Xanbulağı, Avaraq, Məceyir, Əliabad, Limar, Şələ, Eçara, Ləzran kəndləri əhalisinin böyük hissəsi Puşkin (Biləsuvar), Salyan, Cəlilabad, Neftçala, Əlibayramlı (Şirvan şəhəri) rayonlarına köçürüldü. Köçürmə prosesində 3 sovetlik, 17 kolxoz, 33 kənd ləğv edilib. Ləzran kəndinin əhalisi əsasən Cəlilabad rayonunun Göytəpə şəhərində məskunlaşmışdılar. SSRİ dağıldıqdan sonra əhalinin bir hissəsi doğma yurduna geri dönmüşdür.[2]

Hazırda Ləzran kəndində 137 nəfər yaşayır.

Ləzran kəndində ibtidai məktəb fəaliyyət göstərir.[3]

  1. "Azərbaycan Respublikası Biləsuvar, Bərdə, Qusar, Yardımlı, Yevlax, Gədəbəy, Göyçay, Lənkəran, Masallı, Neftçala, Saatlı, Samux, Siyəzən və Xızı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı". 29 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 August 2022.
  2. "Arxivlənmiş surət". 2019-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-04.
  3. "Arxivlənmiş surət". 2022-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-04.