Rafiq İsmayıl

Vikipediya, azad ensiklopediya
(Rafiq İsmayılov səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Rafiq İsmayıl
15 iyun 1992 – 28 iyun 1992
ƏvvəlkiKamran Rüstəmov
Şəxsi məlumatlar
Doğum tarixi 1939
Doğum yeri
Vəfat tarixi 5 oktyabr 2017(2017-10-05)
Dəfn yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Elmi fəaliyyəti
Elmi dərəcəsi

Rafiq İsmayıl oğlu İsmayılov, Rafiq İsmayıl və ya Rafiq bəy İsmayıl (1939, Musaköy, Qazax rayonu5 oktyabr 2017) — Azərbaycan Respublikasının humanitar məsələlər üzrə dövlət müşaviri, professor, tarix elmləri doktoru.

Rafiq İsmayıl 1939-cu ildə Qazax rayonunun Musaköy kəndində doğulub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb şöbəsini bitirmişdir. 1964–1967-ci illərdə SSRİ İqtisadi Əlaqələr Komitəsinin xətti ilə Sudanda və Yəməndə tərcüməçi kimi çalışmışdır.[1]

Rafiq İsmayıl 1968-ci ildən Azərbaycan Dövlət Universitetində müəllim, baş müəllim, dosent vəzifələrində işləmiş, 1978–1986-cı illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində dekan müavini vəzifəsində çalışmışdır. O, 1993-cü ildən isə Bakı Dövlət Universitetinin müəllimi kimi fəaliyyətini davam etdirmişdir.[1]

Rafiq İsmayıl 5 oktyabr 2017-ci ildə ölmüşdür.[1] O, Qazax rayonunun Xanlıqlar kəndindəki məzarlıqda dəfn olunmuşdur.[2]

Rafiq İsmayıl professor və tarix elmləri doktoru olmuşdur.[2][1]

Rafiq İsmayıl Əbülfəz Elçibəyin Türkiyə nümayəndəsi Xanım Xəlilova ilə evli olmuşdur. Onların oğlu Prof. Dr. Toğrul İsmayıl Qəhrəmanmaraş Sütçü İmam Universitetində müəllim olaraq çalışır.[3] Nəvələri Sezen İsmayılbəyli Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı, sabiq inşaat və şəhərqurma naziri Mustafa Yılmazın oğlu ilə evlənmişdir.[4]

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Rafiq İsmayıl Azərbaycan Xalq Cəbhəsi üzvü olmuşdur.

Rafiq İsmayıl Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri İsa Qəmbərin 15 iyun 1992-ci il tarixli 848 nömrəli fərmanı ilə Azərbaycan Respublikasının humanitar məsələlər üzrə Dövlət müşaviri vəzifəsinə təyin edilmişdir.[5] O, 28 iyun 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin 658 nömrəli fərmanı ilə vəzifəsindən azad edilmişdir.[6]

Rafiq İsmayıl daha sonra Müsavat Partiyasının üzvü olmuşdur. O, həmçinin, Müsavat Partiyasının Məclis üzvü olmuşdur.[1]

Rafiq İsmayıl 2000-ci il parlament seçkilərində çoxmandatlı vahid seçki dairəsi üzrə proporsional seçkilərdə Müsavat Partiyasının vahid siyahısında ilkin seçkiylə 19-cu sırada qərar tutmuşdur, lakin partiyanın %6-lik seçki həddini keçməməsi səbəbi ilə deputat seçilə bilməmişdir.[7]

  1. 1 2 3 4 5 "Rafiq İsmayıl vəfat edib". 2023-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-29.
  2. 1 2 "Professor Rafiq İsmayılın bu gün anım günüdür". 2022-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-29.
  3. "Azərbaycana AĞIR İTKİ: O, dünyasını dəyişdi - FOTO". 2023-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-29.
  4. "Xanım Xəlilova keçmiz nazirlə qohum olub". 2023-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-29.
  5. "848 - R. İ. İsmayılovun Azərbaycan Respublikasının humanitar məsələlər üzrə Dövlət müşaviri təyin edilməsi haqqında". 2021-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-17.
  6. "658 - R. İ. İsmayılovun Azərbaycan Respublikasının humanitar məsələlər üzrə Dövlət müşaviri vəzifəsindən azad edilməsi haqqında". 2021-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-17.
  7. "2000-ci ilin və bu günün Müsavat Partiyası - deputatlığa namizədləri müqayisə etsək... (FOTOLAR)". 2023-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-29.