Qocalar, qocalar… (film, 1982)
Qocalar, qocalar... | |
---|---|
Fayl:Qocalar, qocalar... (film, 1982).jpg | |
Janr | Dram |
Rejissorlar |
Elxan Qasımov Yefim Abramov |
Ssenari müəllifləri |
Əhmədağa Qurbanov Yefim Abramov |
Baş rollarda |
Ələddin Abbasov — Bəhri Dadaş Kazımov — Ziyad Şahmar Ələkbərov — Sadıq Əliabbas Qədirov — Xalıq Rasim Balayev — Davud |
Operator | Zaur Məhərrəmov |
Bəstəkar | Cavanşir Quliyev |
Rəssam | Məmməd Hüseynov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 14 sentyabr 1982 |
Filmin digər adı | Çobanbayatı |
Filmin növü | Tammetrajlı bədii film |
Müddət | 65,5 dəqiqə |
Ölkə | Azərbaycan SSR |
Dil | rusca |
İl | 1982 |
Texniki məlumatlar |
9 hissə 1790 metr 35 mm "Svema " kinolenti (Şostka kimya kombinatı) |
Rəng | Rəngli |
IMDb | ID2130175 |
Məzmun
[redaktə | mənbəni redaktə et]Filmin baş qəhrəmanı qoca çoban Bəhri (Ələddin Abbasov) təqaüdə çoxdan çıxmalı idi, hər halda şəhərə köçmüş, yaxşı vəzifələrdə işləyən, atalarına sakit və rahat həyat arzulayan üç oğul belə düşünür. Lakin Bəhri bütün varlığı ilə doğma dağlara bağlıdır. Buna görə də o, uşaqlarının rahat və isti mənzilində qala bilmir. Doğma dağ kəndinə, həmkəndlilərinin yanına qayıdır. Bəli, onun əsl yeri buradadır, vaxtilə ocağını yandırdığı kəndindədir. Burada o özünü güclü, inamlı hiss edir və başa düşür ki, məhz burada o adamlara lazımdır.
Kinolentdə müəlliflər həyatın mənası, Vətənə məhəbbət, düzgün yol seçmək, cəmiyyətə xeyir vermək kimi çox vacib məsələlərə toxunurlar.
Film haqqında
[redaktə | mənbəni redaktə et]Film rejissor Elxan Qasımovun quruluşçu rejissor kimi kinoda ilk işidir.
Film aktrisa Firəngiz Mütəllimovanın kinoda ilk işidir.
Film yazıçı Əhmədağa Qurbanovun "Çobanbayatı" povestinin motivləri əsasında çəkilmişdir.
Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.
Film 1-ci kateqoriyaya layıq görülmüşdür.
Filmin heyəti
[redaktə | mənbəni redaktə et]Film üzərində işləyənlər
[redaktə | mənbəni redaktə et]- Ssenari müəllifi: Əhmədağa Qurbanov, Yefim Abramov
- Quruluşçu rejissor: Elxan Qasımov, Yefim Abramov
- Quruluşçu operator: Zaur Məhərrəmov
- Quruluşçu rəssam: Məmməd Hüseynov
- Bəstəkar: Cavanşir Quliyev
- Səs operatoru: Ağahüseyn Kərimov
- Rejissor: Əşrəf Mamayev
- Geyim rəssamı: Arif Məhərrəmov
- Qrim rəssamı: A.Rzazadə
- Montaj edən: Rəfiqə İbrahimova
- Rejissor assistenti: Y.Əhmədov, N.Cavadzadə, Maarif Məhərrəmbəyli (Məhərrəmov)
- Operator assistenti: Nizami Abbasov
- İnzibatçı: Aydın Hüseynov, Sahib Quluzadə (C.Quluzadə kimi)
- İşıq ustası: Məhəmməd Hacıyev
- Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev
- Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev
- Redaktor: Çingiz Qaryağdı
- Filmin direktoru: Qasım Səfəroğlu
Rollarda
[redaktə | mənbəni redaktə et]- Ələddin Abbasov — Bəhri
- Dadaş Kazımov — Ziyad
- Şahmar Ələkbərov — Sadıq
- Əliabbas Qədirov — Xalıq
- Rasim Balayev — Davud
- Fəxrəddin Manafov — Eldar
- Firəngiz Mütəllimova — Leyla
- Fikrət Məmmədov — müxbir
- Telman Əliyev
- Vəliəhd Vəliyev — Həsən
- Əşrəf Mamayev
- Y.Əhmədov
- Xalidə Quliyeva — Əsli
- C.Sadıqov
- Salam İsmayılov
Film Azərbaycan dilində AZTV tərəfindən dublyaj edilmişdir[1]
Filmi səsləndirənlər:
Ədalət Məmmədov (aktyor) - Bəhri (Ələddin Abbasov) (titrlərdə yoxdur)
Pərviz Bağırov (aktyor) - Ziyad (Dadaş Kazımov) (titrlərdə yoxdur)
Kazım Abdullayev - Sadıq (Şahmar Ələkbərov) (titrlərdə yoxdur)
Əliabbas Qədirov - Xalıq (Əliabbas Qədirov) (titrlərdə yoxdur)
Rasim Balayev - Davud (Rasim Balayev) (titrlərdə yoxdur)
Sponsor
[redaktə | mənbəni redaktə et]- Mərkəzi Televiziya (Moksva)
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- ↑ Ələsgər, Məhərrəmov. .