Nazim Rza

Vikipediya, azad ensiklopediya
(Nazim Rza İsrafiloğlu səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Nazim Rza
Nazim İsrafil oğlu Rzayev
Digər adları Nazim Rzayev
Nazim İsrafiloğlu
Doğum tarixi 11 yanvar 1941(1941-01-11)
Doğum yeri
Vəfat tarixi 16 yanvar 2021(2021-01-16) (80 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Fəaliyyəti ssenarist, rejissor, kinematoqraf, publisist
Təhsili
Üzvlüyü

Nazim Rza İsrafiloğlu (tam adı: Nazim İsrafil oğlu Rzayev; 11 yanvar 1941, Kirovabad16 yanvar 2021, Bakı) — kino və televiziya rejissoru, kinodramaturq, Beynəlxalq və Ümumittifaq kinofestivallarının laureatı.

Nazim Rza 1941-ci il yanvar ayının 11-də Gəncə şəhərinin Zərrabi məhəlləsində ziyalı ailəsində anadan olmuşdur. Ata babası Rza Əsədullayev Gədəbəy bölgəsində tanınmış xeyriyyəçilərdən biri olmuşdur. Ana babası isə "Difai" partiyasının Gəncə şöbəsinin katibi, ilk nizamişünas Mirzə Məhəmməd Axundzadə olmuşdur. Atası İsrafil Rzayev və anası Hafizə Axundzadə Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunu (indiki ADAU) bitirərək, uzun illər baytarlıq sahəsində çalışmışlar.

Nazim Rza 1945-ci ildə ailəsi ilə birlikdə Bakıya köçmüş, Bakı şəhər 1 saylı orta məktəbdə oxumuş, lakin həmin tədris ocağının hərbi-təmayüllü məktəbə çevrilməsi ilə bağlı təhsilini öncə 44, sonra 7 və 14 saylı məktəblərdə davam etdirmişdir. Orta məktəbdə oxuyarkən, eyni zamanda 1 saylı şəhər Musiqi məktəbində də təhsil almış və 1956-cı ildə fortepiano ixtisası üzrə kursu müvəffəqiyyətlə bitirmişdir. Orta məktəbi bitirdikdən sonra istehsalatın müxtəlif sahələrində çalışmış, 1959–1964-cü illərdə M. A. Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) mədəni-maarif fakültəsində təhsil almışdır. 1964-cü ildə Bakının Suraxanı bölgəsindəki S. Orconikidze adına Mədəniyyət Sarayında bədii rəhbər vəzifəsində çalışmış, elə həmin ilin axırlarından 1965-ci ilin sonuna kimi hərbi xidmətdə olmuşdur. 1966-cı ildə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun (hazırda İ. Repin adına Sankt-Peterburq İncəsənət Akademiyası adlanır) televiziya rejissorluğu fakültəsinə daxil olmuş və 1971-ci ildə həmin İnstitutu müvəffəqiyyətlə bitirmişdir. Diplom işi "İnsan Xəzəri xilas edir" televiziya filmi artıq Beynəlxalq və Ümumittifaq kinofestivallarında mükafat və xüsusi diplomlar almışdır. Televiziya sahəsində ilk işinə dublyaj şöbəsində başlamış, eyni zamanda musiqi, kinoproqram, sənaye redaksiyaları ilə də əməkdaşlıq etmişdir. 1969-cu ildə təşkil olunmuş "Ekran" yaradıcılıq birliyində kinorejissor vəzifəsinə dəvət olunmuş və yaradıcılıq fəaliyyəti o vaxtdan bu birliklə sıx bağlı olmuşdur.

2000-ci ilin sonuna qədər 45-dən artıq sənədli film çəkmiş, 1978–1993-cü illərdə iqtisadi problemlərə həsr edilmiş 200-ə yaxın televiziya proqramının müəllifi, rejissoru və aparıcısı olmuşdur. Azərbaycan tarixi, xüsusilə də Bakı nefti və dünya neft tarixinin tədqiq edilib öyrənilməsi sahəsində geniş elmi araşdırmalar aparmışdır. Azərbaycan mətbuatında müntəzəm olaraq publisistik yazılarla çıxış edir. 1992–1997-ci illərdə Ə. Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin televiziya rejissorluğu fakültəsində "Rejissorluq və aktyorluq sənəti" fənni üzrə kurs rəhbəri vəzifəsində çalışmışdır. Eyni zamanda Azərbaycan televiziyasında müəllif filmlərinin yaradıcısıdır. 7 müstəqil filmi özündə birləşdirən və 12 seriyadan ibarət olan Azərbaycan elmi-publisistik kinoserialının müəllifi və quruluşçu rejissorudur.

1974-cü ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının və 1991-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Ailəlidir, bir övladı və bir nəvəsi var.

  1. Odlu məmləkət. Bakı: 2002
  2. Neft və cahan savaşı. Bakı: 2005
  3. M. M. Axundzadə. Bakı: 2006
  4. Neft. Qlobal münaqişələr mənbəyi. Bakı: 2009
  5. Огненная земля. Баку — 2017
  6. Qara üçbucaq və kentavrlar dünyası. Bakı — 2017
  7. Üçüncü dalğanın meridianlarında. Bakı — 2017
  8. Нефть и Война: Битва Титанов. Баку — 2017
  9. Günəşə baxan insan (Biblioqrafiya) Bakı — 2019

1. Azərbaycan vulkanları

2. Arranın anası

3. Arxa da cəbhə idi… 12 filmdən ibarət film toplusu

4. Azərbaycan narı (film, 1978)

5. Atəşgah (film, 2001)

6. Alovlardan keçən ömür (film, 2005)

7. Akademik Validə Tutayuq (film, 2008)

8. Bakı-Çələkən (film, 1973)

9. Dağlıq Qarabağ (film, 1977)

10. Doğma ocağım mənim (film, 1984)

11. Dənizdə addımlayanlar (film, 2002)

12. Elmi mərkəz (film, 1975)

13. Elegiya (film, 2001)

14. Ermənilər: Riyakarlığın anatomiyası — kinodiologiya

I film — Forpost əməliyyatı

II film — Əsrin siyasi avantürası

15. Əsrlərin yadigarı (film, 1967)

16. Göylər sonsuz bir dənizdir (film, 1995)

I film — Leyla

II film — Züleyxa

III film — Səma qartalları

17. Həyat romansı (film, 1971)

18. Xəzər oğlu (film, 1971)

19. Xınalıq etüdləri (film, 1974)

20. İki sahil

21. İsmayıl bəy Qutqaşınli — (Qutqaşınli rolunda)

22. İnsan Xəzəri xilas edir (film, 1969)

23. İlk traktorçu haqqında hekayə (film, 1973)

24. İliç buxtası (film, 1974)

25. İş günündən sonra (film, 1983)

26. İki ömür (film, 2000)

27. Qeyri-adi dəniz (film, 1975)

28. Qədim Gəncə (film, 2003)

29. Qanun dəllalı — film — tamaşa

30. Mavi alovun üfüqləri — kinodiologiya (film, 1999)

I film — Şimal dənizi — odlu dənizdir

II film — Meridianlar qovuşanda

31. Muğan qəhrəmanı (film, 1973)

32. Mayılovlar ailəsi (film, 1977)

33. Mən Muğana vurğunam (film, 1986)

34. Məbədlər diyarı (film, 2005)

35. Mücadilə (film, 2006)

I film — İstiqlalın beşiyi

II film — Yüksələn bayraq

36. Nəhəngin ilk addımları (film, 1976)

37. Norveç eskizləri — kinodiologiya (film, 1997)

I film — Qədim və yeni yollar

II film — Sülh və tərəqqi naminə

38. Odlar yurdunun qızları (film, 1972)

39. Onlar Bakıda dost olublar (film, 1975)

40. Odlu məmləkət (film, 1998)

I film — Ərslərin əks-sədası

II film — Başlanğıc

III film — Təlatümlü illər

IV film — İşğal

V film — Müharibə

VI film — Xəzərin hakimi

VII film — Cazibə qüvvəsi

41. Səmt küləyi (film, 1980)

42. Sənə sevinc bağışlayım (film, 1978)

43. Şamama (film, 1973)

44. Torpağın mahnısı (film, 1980)

45. Üç üstəgəl milyon (film, 1981)

46. Vaqif (film, 1968)

47. Vulkanla üz-üzə (film, 2001)

48. Yuva qurdum söz içində. Məmməd Alim (film, 2007)

49. 1915-ci il erməni saxtakarlığının başlanğıcı (film, 2009)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]